Abutalıb Səmədov: Azərbaycan peyvənd olunmuş əhalinin sayına görə regionun lideridir
10.04.2021 [08:43]
“Vaksinlərin alınması ilə bağlı bir çox dövlətin ciddi çətinliklərlə üzləşdiyi bir dövrdə Azərbaycanın əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasında olması mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan peyvənd olunmuş əhalinin sayına görə regionun lideridir”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
A.Səmədov deyib ki, “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən, ilk növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur: “Bu günə kimi təxminən 600 min vətəndaşımız peyvənd olunub və bu proses uğurla davam edir. Qeyd edilməlidir ki, adıçəkilən strategiyanın həyata keçirilməsində əsas hədəf ölkədə yeni növ koronavirus infeksiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinasiyanın əsas məqsədlərinə immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm hallarının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaq daxildir”.
Partiya sədri deyib ki, bu baxımdan əsas hədəfin əhalinin 80 faizinin vaksinasiya edilməsi olduğu barədə TƏBİB-dən verilən açıqlama mühüm önəm kəsb edir: “Belə bir hədəf gələcəkdə ölkəmizə koronavirus bəlasından birdəfəlik xilas olmaq imkanı yaradır. Eyni zamanda, bu kampaniyada ölkəmizin tanınmış, yüksək dövlət vəzifəsi tutan şəxslərinin, siyasi partiya təmsilçilərinin də yaxından iştirak etməsi vətəndaşlarımızın çəkinmədən, vaxtında peyvənd olunmasına öz təsirini göstərir. Şübhə yoxdur ki, qısa müddətdə bu mühüm ümumdövlət tədbiri başa çatacaq və bu amil COVID-19-a yoluxanların, vəfat edənlərin sayını minimuma endirməyə və insanların normal həyata qayıtmasına imkan yaradacaq”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07

