/ / “Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
10.03.2021 [09:09]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Biz İsrail həkimlərinə, İsrailə çox minnətdarıq. Bu, bizim dostluğumuzun və əməkdaşlığın sübutudur”.
AZƏRTAC xəbər verir ki, israilli jurnalist Din Şmuel Elmas bu haqda İsrailin aparıcı ivritdilli nəşri olan “Israel HaYom” qəzetində yazıb.
Nəşrdə İsrailin Bakıdakı səfiri Corc Dikin sözləri də sitat gətirilib. Səfir deyib: “Bu, bizim aramızda mövcud olan dostluğun ruhunu əks etdirir”.
Məqalənin müəllifi qeyd edir ki, ötən həftənin bazar ertəsi günü səfir Corc Dik başda olmaqla, İsrailin Azərbaycandakı səfirliyi tibbi yardım göstərilməsi üzrə fövqəladə əməliyyat həyata keçirib. Dağlıq Qarabağda Vətən müharibəsi zamanı yaralanmış Azərbaycan əsgərlərinə və zabitlərinə ən azı 150 əməliyyat aparılması və onların müalicəsinin həyata keçirilməsi məqsədilə israilli oftalmoloqların və plastik cərrahların Azərbaycana səfərləri təşkil edilib.
Cümə günü Azərbaycan hökumətində yüksəkvəzifəli şəxslərdən biri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində İsrail həkimlərinə minnətdarlığını və hörmətini bildirib.
Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb: “Bu, çox əlamətdar hadisədir. Bizim yaralı əsgərlərimizə və zabitlərimizə real tibbi yardım göstərmiş tibbi personala və İsrail səfirliyinə dərin minnətdarlığımızı bildiririk. Bu, ölkələrimiz arasında dostluğun sübutu və təcəssümüdür”.
Hikmət Hacıyev öz “tvit”ini yəhudi mənbələrindən bir sitatla bitirib: “Bir insanı xilas edən şəxs dünyanı xilas edir”.
Məqalənin müəllifi qeyd edir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik dünən öz “Twitter” səhifəsində belə bir mesaj yerləşdirib: “Bu, İsrail ilə Azərbaycan arasında dostluğun ruhunu əks etdirir. Biz bu insanların möhkəm sağlamlığını, özünə əminlik hissini və öz Vətənində - Azərbaycanda normal və layiqli yaşamaq qabiliyyətini qaytarmaq istəyirik”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18

