Milli Məclisin sədri Sahibə Qafarova İran parlamentinin nümayəndə heyəti ilə görüşüb
18.02.2021 [09:00]
Fevralın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sədr qonaqları səmimi salamlayaraq bildirib ki, Azərbaycan və İran dost və qardaş ölkələrdir. Ortaq tarixi, mədəni və dini dəyərlərimiz münasibətlərimizin qarşılıqlı anlaşma əsasında inkişafı üçün yaxşı zəmin yaradır. İnanıram ki, gələcəkdə əlaqələrimiz bu möhkəm təməl üzərində daha da genişlənəcək. İranla hərtərəfli əməkdaşlığın dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir.
Spiker qeyd edib ki, münasibətlərimizin bu səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin bugünkü səviyyəyə çatmasında əsaslı rol oynayıb. Siyasi dialoqun ardıcıl xarakter alması iqtisadi, humanitar, mədəni sahələrə də müsbət təsirini göstərir. Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyəti, keçirilən biznes forumlar və ikitərəfli görüşlər ticarət dövriyyəsinin artmasına şərait yaradır.
Ölkələrimizin ali qanunvericilik orqanları arasında mövcud olan xoş münasibətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqda özünü büruzə verir. Sədr hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, bu qruplar arasındakı təmasların intensivləşdirilməsi, beynəlxalq parlament təşkilatları çərçivəsində çoxtərəfli əsasda görüşlər ümumi hədəflərə çatmaq baxımından önəmlidir.
Spiker İranın Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dönəmində ölkəmizin haqq işini dəstəkləməsini yüksək dəyərləndirib, bu ölkənin daim Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyi üçün şəxsən öz adından və Milli Məclis adından İran xalqına və dövlətinə təşəkkürünü ifadə edib. Bildirilib ki, erməni işğalçılarının Azərbaycanın azad olunmuş ərazilərində törətdikləri vəhşiliklər, dini abidələrə münasibətdə etdikləri hərəkətlər insanlığa yaraşmayan vandallıqdır. Bu, təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman dünyasına qarşı yönəlmiş mənəvi terrordur.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnuri səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır.
“Azərbaycanın Qarabağda apardığı Vətən müharibəsi zamanı İran vətəndaşlarının ürəyi Azərbaycanla birlikdə döyünüb. Biz Azərbaycanın ərazi bütövlüyünü, onun haqq işini həmişə dəstəkləmişik. 44 günlük hərbi əməliyyatlar zamanı ən müxtəlif səviyyələrdə verilən bəyanatlar bunu bir daha təsdiqləyir”, - deyən qonaq Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinin minalardan təmizlənməsində, bərpa işlərində, dini abidələrin yenidən qurulmasında İran tərəfinin yaxından iştirak etmək arzusunu bildirib. Qeyd edilib ki, Qarabağın yenidən dirçəlməsinə onun ölkəsi də layiqli töhfəsini vermək niyyətindədir.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Madər Musayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

