Milli Məclisin sədri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb
09.02.2021 [09:41]
Fevralın 8-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Böyük Britaniyanın dövlət naziri xanım Vendi Morton ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, spiker qonağı salamlayaraq Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu bildirib.
Sədr diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərimizin inkişafına böyük töhfələr verib. Böyük Britaniyanın da yüksəksəviyyəli nümayəndə heyətləri dəfələrlə Azərbaycanda səfərdə olublar. Bu səfərlər zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə dair bir sıra sənədlər imzalanıb. İstərdik ki, parlamentlər səviyyəsində də intensiv qarşılıqlı səfərlər həyata keçirilsin.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərimizə də öz təsirini göstərib. Bu gün ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. O cümlədən Britaniyanın BP şirkətinin Azərbaycanda fəaliyyəti geniş ictimaiyyətə yaxşı məlumdur.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Böyük Britaniyanın dövlət naziri Azərbaycana ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Qonaq Azərbaycanda keçirdiyi görüşləri, apardığı müzakirələri yüksək dəyərləndirib.
Vendi Morton Azərbaycanda məişət zorakılığının qarşısının alınması və gender məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirərək parlamentin bu sahənin hüquqi bazasının təkmilləşdirilməsində böyük rol oynadığını bildirib.
Sahibə Qafarova ölkəmizdə gender məsələlərinə xüsusi diqqət göstərildiyini qeyd edərək bildirib ki, hələ 1918-ci ildə müsəlman Şərqində ilk olaraq Azərbaycanda qadınlara seçki hüququ verilib. Sovet dövründə də bu məsələlər o vaxtkı Konstitusiya ilə tənzimlənib, kişi-qadın bərabərliyi təmin olunub.
Ölkəmiz 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra gender məsələləri ilə yaxından məşğul olmaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Hazırda Azərbaycanda qadınlar həyatın müxtəlif sahələrində, dövlət idarəetməsində, parlamentdə təmsil olunurlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz genişmiqyaslı fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir və bu məsələlərə böyük diqqət göstərir.
Spiker qeyd edib ki, Milli Məclisdə də ailə və qadın məsələləri ilə məşğul olan xüsusi komitə fəaliyyət göstərir. Parlamentdə bu sahəni tənzimləyən bir sıra qanunlar qəbul edilib. Qadın deputatlarımız gender məsələləri ilə bağlı beynəlxalq tədbirlərdə fəal iştirak edirlər.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, hər iki ölkənin səfirləri Tahir Tağızadə və Ceyms Layl Şarp, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

