Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda mitinqlər üçün imkan və şərait var

Azərbaycanda mitinqlər üçün imkan və şərait var

21.04.2010 [09:13]

“Müxalifətin şəhərin mərkəzi meydanlarına kütləvi aksiyalar təyin etməsinin məqsədi kifayət qədər natəmizdir”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov deyib. Azərbaycanda istənilən partiyanın aksiya keçirməsi üçün şəraitin yaradıldığını, yerlər ayrıldığını bildirən Ə.Əhmədov bununla belə, müxalifətin ayrılan meydanlarda aksiya keçirməkdən imtina etməsi üçün bəhanələr irəli sürdüyünü bildirib: “Onlar aksiyalarında iştirak edən insanların az olacağını, aksiyanın baş tutmayacağını bildikləri üçün belə addım atırlar. Digər tərəfdən, bu, bir sıra beynəlxalq təşkilatlar qarşısında Azərbaycan hakimiyyəti haqqında xoşagəlməz rəy formalaşdırmaq məqsədindən xəbər verir.
Azərbaycanda mitinqlər üçün imkan və şərait var. Sadəcə olaraq, müxalifət qeyd etdiyim kimi, aksiya keçirmək üçün lazım olan insanları toplaya bilmədiyi üçün müxtəlif bəhanələrlə “Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə qadağalar qoyulub” təəssüratı yaratmaq üçün xoşagəlməyən oyunlardan çıxır”.

Paylaş:
Baxılıb: 1240 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31