PAMUKLAR, HRANTLAR, BİRANDLAR...
17.04.2010 [14:56]
Qütblərin, ideologiyaların, sivilizasiyaların qarşı-qarşıya durduğu, arxaiklə ənənəvinin, modern fikirlərlə postmodern ideyaların apardığı mübarizələr fonunda Azərbaycanla Türkiyənin BİR MİLLƏTİN gələcəyini müəyyənləşdirəcək yolda ağır sınaqlarla üz-üzə qaldığı bir vaxtda içərimizdən erməni təfəkkürlü, düşmən xislətli öZüMüZüNKüLƏRİN çıxması hələ də insanlarımızın əksəriyyətinin ümumbəşəri ideallardan kənar olduğunu bir daha nümayiş etdirir. Tarixi keçmişimizə nəzər saldıqda görürük ki, BİR MİLLƏTİN gələcək dünya düzənindəki mövqeyi ilə bağlı strateji məsələlər həll olunarkən, hər zaman daxilimizdən PAMUKLAR, HRANDLAR, BİRANDLAR kimi ümumbəşəri ideallardan kənar düşən erməni təfəkkürlü öZüMüZüNKüLƏR ortaya çıxır. Ona görə onları özümüzünkülər adlandırırıq ki, həmin erməni təfəkkürlülər “bir millət, iki dövlət” prinsipi üzərində qurulmuş münasibətlərdən bəhrələnir, inkişaf edirlər, bizlərlə bir yerdə yaşayırlar. Məhz BİR MİLLƏT olaraq, daxilimizdəki antimilli qüvvələrin xislətindən xəbərdar olmadan onlar üçün hər cür şərait yaradırıq. çünki onlar da bizlərdəndirlər. Əlbəttə ki, cəmiyyətin özünüyeniləmə prosesi tarixi inkişaf qanunauyğunluqlarına tabe olan bir prosesdir. Qısa zaman kəsiyində cəmiyyət özünütəmizləmə instinktini işə sala və anticəmiyyət düşüncəli insanları çıxdaş edə bilməz. Əgər bir millətin inkişafı üçün müəyyən qrup insanlar özünün potensialını ictimai mənafelərdən uzaq şəxsi maraqları naminə istifadə edirsə, demək, problem hələ də həmin özümüzünkülərdədir. Bu gün milli təəssübkeşliyi və vətənpərvərlik hissi olmayan PAMUKLAR, HRANTLAR, BİRANDLAR yenidən baş qaldırıblar...
Bu dəfə konkret olaraq, tanınmış jurnalist Mehmet Əli Biranddan danışırıq. Onun Türkiyənin “Hürriyət” qəzetinin 15 aprel sayında “Türkiye çırpınıyor, Azeriler ise hiç oralı değiller” sərlövhəli məqaləsi dərc olunub. Təbii ki, fikirlərində bəzi mənfi məqamlar olmasaydı, bəlkə də onun “vətənpərvər” mövqeyindən çıxış etdiyini düşünə bilərdik. M.Ə.Birand Türkiyədəki imkanlardan faydalanaraq, bugünkü statusa, nüfuza malik olub. Əlbəttə, hazırda Türkiyə ilə Azərbaycanın bir mövqedən çıxış edərək, ermənilərə öz yerlərini göstərməsi Birandın xətrinə dəyirsə, o zaman BİR MİLLƏTƏ qarşı kütləvi kampaniyaya start verilməsi zamanı onun nələr edəcəyini proqnozlaşdırmaq heç də çətin deyil. Onun qəzetdəki yazısının başlığına nəzər yetirdikdə Azərbaycan xalqına qarşı olan münasibətini görürük. Bu da, “Azəri” deyə müraciət edərək Azərbaycan xalqının qondarma adla çağırılması Birandın hansı qüvvələrə xidmət etməsindən xəbər verir...
Birand son vaxtlar cərəyan edən Türkiyə-Ermənistan münasibətləri və “soyqırım” məsələsi ilə bağlı “Hürriyət” qəzetində tarixi səhvə yol verən məqalə ilə də çıxış etmişdi. Məqalədə yazar qeyd edirdi ki, “1988-ci ildə Dağlıq Qarabağın Ermənistana verilməsinə cavab olaraq-azərbaycanlılar Sumqayıtdan erməniləri sürüyüb atdılar”. Məqalədə digər yanlış məqam isə Stalinin Qarabağı guya ermənilərdən alıb Azərbaycana verməsi barədə açıqlamasıdır. ümumiyyətlə, Birandın son zamanlar dərc olunmuş yazılarına nəzər saldıqda, bir meyil sezilir: türk-erməni dostluğunun təbliğatı...
Amma Birand və onun kimiləri unudurlar ki, Azərbaycan indiyədək üzləşdiyi bütün çətinliklər və təzyiqlərə rəğmən, ən müxtəlif proseslərdə Türkiyənin maraqlarının müdafiəçisi kimi çıxış edib. İstər Bakı-Tbilisi-Ceyhan, istər Bakı-Tbilisi-Ərzurum, istərsə də Azərbaycanın əsas iştirakçısı olduğu digər strateji enerji və nəqliyyat layihələrinin reallaşması zamanı Azərbaycan yalnız özünün deyil, həm də qardaş Türkiyənin maraqlarının müdafiəçisi qismində çıxış edib. Türkiyənin maraqlarının tanınması naminə, Azərbaycan da çox təzyiqlərə dözüb və öz prinsipial mövqeyindən imtina etməyib. Heç zaman da M.Ə.Birand kimilərinə xas olan “Əgər Azərbaycan yalnız öz maraqları haqda düşünsəydi, indi vəziyyət fərqli olardı” kimi fikirlər səsləndirməyib və səsləndirməz. Və bu gün məhz həmin prinsipiallığın nəticəsidir ki, Türkiyə ilə Azərbaycan birlikdə regionda reallaşan bütün enerji və nəqliyyat layihələrinin iştirakçısıdırlar. Böyük dövlətlərin təzyiqi qarşısında duruş gətirən Bakı ölkədə türk şirkətlərinin üstünlük təşkil etməsini təmin edib. Odur ki, təzyiqlərə və basqılara rəğmən, Azərbaycanın Türkiyə, Türkiyənin isə Azərbaycan naminə prinsipiallıq nümayiş etdirməsi, bir-birinə arxa durması iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini təşkil edir.
Bir sözlə, M.Ə.Birand və onun kimilərinin arxasında duran qüvvələrin iki ölkə arasında münasibətləri korlamaq cəhdləri isə həmişə elə cəhd olaraq qalacaq. çünki onların əqidəsi və məsləklərinin nə olduğunu həm Azərbaycan, həm də Türkiyə xalqı çox yaxşı bilir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

