Azərbaycanın xarici işlər naziri Belçika Baş nazirinin müavini ilə görüşüb
19.12.2020 [00:30]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Belçika Krallığına işçi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini-xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri xanım Sofi Vilmes ilə görüşü olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Belçika arasında ikitərəfli əməkdaşlıq münasibətləri, həmçinin Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb, Cənub Qaz Dəhlizinin artıq fəaliyyətə başlaması, Cənub Qaz Dəhlizi konsorsiumunda, o cümlədən Belçika şirkətinin də təmsil olunması qeyd edilib.
Tərəflər, həmçinin regiondakı son vəziyyəti müzakirə ediblər. Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən cari ilin 27 sentyabr tarixində başladılan təxribat və ona cavab olaraq Azərbaycanın əks-hücum əməliyyatları və 44 gün davam edən Vətən müharibəsi barədə qarşı tərəfə məlumat verib. Bu müddət ərzində Ermənistan tərəfindən törədilən hərbi cinayətlər, dinc azərbaycanlı əhalinin məqsədyönlü şəkildə hədəfə alınması, həmçinin Ermənistan tərəfindən xarici ölkələrdəki döyüşçülərin, muzdluların bölgəyə gətirilməsi ilə bağlı çoxsaylı faktların Azərbaycan tərəfində olması və bu məlumatların artıq aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması ilə bağlı məsələlər Belçika nazirinin diqqətinə çatdırılıb.
Ceyhun Bayramov 10 noyabr tarixli üçtərəfli Bəyanat, onun icra edilməsi haqqında qarşı tərəfə məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsini qeyd edən nazir Ceyhun Bayramov yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin yaradıldığını və bunun bölgənin inkişafı və rifahı üçün yeni imkanlar açdığını bildirib.
Görüş zamanı bəzi Avropa ölkələrinin parlamentləri tərəfindən Azərbaycana qarşı birtərəfli və qərəzli qərarların qəbul edilməsi məsələsinə toxunan Ceyhun Bayramov, o cümlədən Belçika parlamentinin də belə bir qərar qəbul etdiyini təəssüflə qarşı tərəfin diqqətinə çatdırıb. O, Belçika hökumətinin izahatı nəticəsində bu qərara beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə istinadın daxil edilməsinə rəğmən, sənəddə bir sıra həqiqəti əks etdirməyən məqamların yer almasının Azərbaycan ictimaiyyətinin ciddi narahatlığına səbəb olduğunu vurğulayıb.
Xanım Sofi Vilmes, öz növbəsində, ölkələr arasında əməkdaşlıq münasibətlərinin inkişafında maraqlı olduğunu qeyd edib. O, Belçikanın ikitərəfli münasibətlərin inkişafında hər zaman beynəlxalq hüquq normalarından çıxış etdiyini bildirib. Münaqişədən sonrakı mərhələdə uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması prosesinə diqqəti cəlb edən xanım Sofi Vilmes bu prosesdə Belçikanın da məmnunluqla iştirak edə biləcəyini söyləyib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20

