Fəzail Ağamalı: Azərbaycan tarixi qələbəyə imza atdı
04.12.2020 [09:04]
“Ermənistanın imzaladığı məlum kapitulyasiya sənədinə əsasən, artıq Laçın rayonu da işğalçılardan azad edildi. Uzun illər işğalda saxlanılmış bu böyük rayonun Azərbaycanın nəzarətinə keçməsi dövlət sərhədlərinin tam bərpası deməkdir və bununla Azərbaycan tarixi qələbəyə imza atdı”. Bu fikirləri qəzetimizə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Laçının azad olunması ilə bağlı xalqa müraciət edən Prezident İlham Əliyev bildirib ki, bundan sonra bölgədə təhlükəsizliyin qarantı Azərbaycan Ordusu olacaq. Partiya sədri qeyd edib ki, Laçın hər zaman Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edib: “Erməni vandalları Azərbaycanın tarixi ərazilərini işğal edərkən xüsusi əhəmiyyət verdikləri üç ərazi var idi. Laçın, Şuşa və Kəlbəcər. İşğalçı dövlət mühüm strateji əhəmiyyət kəsb edən tarixi yerlərimizi işğal etməklə sonrakı hərbi əməliyyatlarını kifayət qədər asanlaşdırırdı. 44 günlük Vətən müharibəsi isə Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq və qəhrəmanlığını, Vətənə son dərəcə bağlı olduğunu birmənalı şəkildə təsdiq etdi. Eyni zamanda, Azərbaycanın müstəqilliyi dövründə hərbi təhsil alaraq artıq yüksəksəviyyəli zabit kimi formalaşan dəyərli övladlarımız Ali Baş Komandanın rəhbərliyi ilə hərbi əməliyyatları çox yüksək səviyyədə planlayıb həyata keçirdilər. 44 gündə Prezidentimizin də dediyi kimi, Ermənistanın belini qırdıq. Düşmənə elə böyük zərbələr endirildi ki, işğalçı ölkə uzun illər layiq olduğu bu ağır durumdan çıxa bilməyəcək”.
F.Ağamalı söyləyib ki, cənab Prezidentin Vətən müharibəsində ordumuzun zəfər yürüşünün Ermənistanı kapitulyasiya aktına imza atmağa vadar etməsi fikrini artıq bütün dünya qəbul edir: “3 rayonumuz - Ağdam, Kəlbəcər və nəhayət, Laçın güllə atılmadan Azərbaycana qovuşdu, şəhid verilmədən həmin rayonlarda üçrəngli bayrağımız dalğalandı. Artıq digər bölgələrimiz kimi bu rayon da azadlığına qovuşdu. Bu çox böyük tarixi bir qələbədir. Bütün xalqımız Prezident İlham Əliyevə inanır və güvənir. Ermənilərin indi yaşamış olduğu yerlər də Azərbaycanın inzibati ərazisinin bir vahidi kimi idarəçilik sisteminə daxil ediləcək. Başqa sözlə, hər hansı statusdan, muxtariyyət və s. adlandırılan özünüidarə formalarından söhbət gedə bilməz”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54

