/ / Laçının azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük hərbi və siyasi uğurların zirvəsinə çevrildi
Laçının azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük hərbi və siyasi uğurların zirvəsinə çevrildi
03.12.2020 [10:16]
Qürur hissi ilə deyirik ki, 28 illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının bir güllə belə atmadan və şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm, parlaq tarixi hadisəyə çevrilib. Doğrudur, işğal altında olan bütün rayonlarımızın azad edilməsi Azərbaycanın tarixi qələbəsidir. Lakin strateji baxımdan Laçın erməni hərbi-birləşmələri üçün nəfəslik rolunu oynayırdı. Çünki son 28 ildə Ermənistanla Dağlıq Qarabağ arasındakı nəqliyyat əlaqəsi, daha dəqiq söyləsək, həyati bağlantı Laçın rayonu vasitəsilə qurulmuşdu. Ermənistan Qarabağa silah-sursat, canlı qüvvə daşınmasını və digər həyati əhəmiyyətli daşımaları birbaşa Laçın dəhlizi vasitəsilə həyata keçirirdi. Eyni zamanda, Laçının işğaldan azad edilməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin uzun illər apardığı düşünülmüş siyasətin nəticəsi olmaqla, son iki ayda qazandığımız möhtəşəm hərbi və siyasi uğurların zirvəsinə çevrildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat deyib ki, Laçının azad edilməsi ilə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi başa çatdırıldı və erməni işğalına birdəfəlik son qoyuldu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlı anlayış həyatımızdan silinib. Ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bununla da bölgəmizdə yeni siyasi və iqtisadi reallıqlar yaranıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində söyləyib: “Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır”.
Ağalar Vəliyev qeyd edib ki, Türkiyənin və Rusiyanın fəal iştirak edəcəyi təhlükəsizlik əməkdaşlığı formatı Azərbaycanın gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. İki qüdrətli dövlətin bölgədə formalaşan əməkdaşlıq formatı Azərbaycanın milli maraqlarına tamamilə uzlaşdırılmış şəkildə cavab vermiş olur.
Milli Məclisin deputatı onu da vurğulayıb ki, Qarabağ bölgəsi üçün yaranmış yeni reallıqlar öz növbəsində yeni perspektivlər vəd etməkdədir. İlk növbədə, logistika, nəqliyyat və enerji təhlükəsizliyi məsələlərinin təmin olunması həyata keçiriləcək. Ölkəmiz və xalqımız üçün tamamilə yeni epopeyaya - quruculuq, inkişaf və azad edilmiş ərazilərimizin bərpası dövrünə qədəm qoyuruq. İnamla demək olar ki, tarixən ən çətin vəzifələrin öhdəsindən gələn Azərbaycan xalqı həmrəylik və böyük əzm nümayiş etdirərək, mənfur qonşularımız tərəfindən dağıdılmış şəhərlərimizin və kəndlərimizin bərpa olunaraq normal həyata qayıtması üçün bütün gücünü ortaya qoyacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

