“Associated Press” Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən yazır
02.12.2020 [09:34]
“Associated Press” agentliyi Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda altı həftəlik müharibəyə son qoyan razılaşmaya əsasən Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bildirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin ərazilərə nəzarəti bərpa etməsini tarixi qələbə kimi qiymətləndirdiyi diqqətə çatdırılır. Dövlətimizin başçısının xalqa müraciətindən bəzi fikirlərə yer verilir: “Biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik... Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır... Biz artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik... Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq”.
Məlumatda bildirilir ki, 44 günlük ağır döyüşlər sentyabrın 27-də başlamışdı. Bu müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu məğlub edib. Nəticədə Ermənistan noyabrın 10-da razılaşmanı qəbul etməyə məcbur olub.
Məlumatda Prezident İlham Əliyevə istinadla müharibə zamanı 94 mülki Azərbaycan vətəndaşının həlak olduğu, 400-dən çox mülki vətəndaşın yaralandığı qeyd edilir.
Bundan başqa, məlumatda Rusiya və Türkiyə arasında Birgə Müşahidə Mərkəzinin yaradılması ilə bağlı sənədlərin imzalandığı diqqətə çatdırılır.
Qeyd edilir ki, torpaqları azad edilən Azərbaycan vətəndaşları həmin ərazilərə qayıtmaq arzusundadırlar. İyirmi səkkiz il əvvəl Laçın rayonunu tərk etmək məcburiyyətində qalmış 56 yaşlı Qurban Həsənov deyir ki, o və ailəsi doğma kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyir: “Mən geri qayıtmaq üçün arzumu ifadə etməyə söz tapa bilmirəm”.
“Associated Press” ermənilərin Azərbaycana geri qaytarılan əraziləri tərk etməmişdən əvvəl evləri yandırdıqları barədə də məlumat verir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

