Ana səhifə »  Siyasət »  Prezidentə yazırlar: Siz müdrik, cəsarətli siyasət yürüdərək Vətən müharibəsində tarixi zəfərə nail oldunuz
A+   Yenilə  A-
Prezidentə yazırlar: Siz müdrik, cəsarətli siyasət yürüdərək Vətən müharibəsində tarixi zəfərə nail oldunuz

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Onlar Qarabağ müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirirlər.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Türkiyənin İstanbul şəhərindən Fuat Aytan yazır: “Hörmətli cənab Prezident, mən bir türk vətəndaşı kimi ata dediyim Azərbaycanla, Sizinlə, ölkənizlə, dövlətinizlə, əsgərinizlə qürur duyuram. Var olun, sağ olun, Müzəffər Ali Baş Komandan! Ata-baba yurdumun yerləşdiyi torpaqların işğaldan qurtulması məni xoşbəxt etdi. Azərbaycan üçün nələr edə biləcəyimi bilmirəm. Bir evim, bir az da pulum var. Lazım olsa, onları böyük məmnuniyyətlə Azərbaycanın gələcəyi üçün fəda etməyə hazıram. İnşallah, azad olunmuş torpaqları ziyarət etmək, həmin torpaqları öpmək arzum da həyata keçər. Sizin kimi Ali Baş Komandanın qarşısında baş əyirəm”.
Antalya şəhərindən Hakan Yağmur: “Hörmətli cənab Prezident, Qarabağın azadlığı üçün göstərdiyiniz əzmkarlıq, qətiyyət və cəsarət Azərbaycan xalqı kimi bizi də qürurlandırdı. Sizin kimi qardaşlarımız olduğu üçün biz xoşbəxtik. Azərbaycan xalqı isə Sizin kimi Lideri olduğuna görə xoşbəxtdir. Hamımız ona görə xoşbəxtik ki, eyni qanı daşıyır, eyni tarixə malikik, ürəklərimiz eyni həyəcanı paylaşır. Mən Türkiyə Respublikasının vətəndaşı olaraq ən səmimi hisslərlə bildirirəm ki, canımızla, qanımızla sizlərin yanında olmaqdan qürur duyuruq. Heç bir qarşılıq gözləmədən hər zaman Azərbaycan xalqının yanındayıq. Bütün cəbhələrdə Sizinlə çiyin-çiyinə dayanmaq, əlimizdən gələni etmək bizim borcumuzdur. Sizə və Azərbaycan xalqına sonsuz sevgi və ehtiramımı çatdırmaq istəyirəm. Unutmayaq ki, bizlər bazara qədər deyil, məzara qədər qardaşıq. Zəfər Azərbaycan xalqınındır!”.
Rusiyanın Omsk şəhərindən soydaşımız Emil Cəfərov yazır: “Müzəffər Ali Baş Komandan, Sizi Rusiya Federasiyasının Omsk şəhərindən salamlayıram. Bu məktubu yazmaqda məqsədim bir azərbaycanlı kimi öz səmimi duyğularımı Sizə bildirməkdir. Əziz Prezidentim, xarici dövlətdə yaşamağımıza baxmayaraq, uzun illər Rusiya Federasiyasında məskunlaşan mənfur qonşularımızın vətəndaşları ilə qarşılaşdıqda içimdən utancverici bir hiss keçirdi. Əslində, bu hissləri hər bir Azərbaycan vətəndaşı yaşayıb. Mən bu hissləri büruzə verməsəm də, düşmənə hiss etdirməsəm də qəlbimdə böyük əzab çəkirdim. Qarabağda itirilmiş torpaqlarımız, qətlə yetirilmiş vətəndaşlarımız, körpələr, qocalar, bacı və qardaşlara edilmiş zülmlər bizi çox sarsıtmışdı. Nəhayət, o gün yetişdi. 2020-ci il sentyabrın 27-dən etibarən hər şey dəyişdi. İşğalda olan şəhər, rayon, qəsəbə və kəndlərimizin Ordumuz tərəfindən ard-arda azad edilməsi xəbərlərini verdiyiniz hər çıxışınızı səbirsizliklə gözləyirdik. 30 ildən sonra üzümüzə təbəssüm bəxş etdiniz, bizə əzmkarlıq hissini yaşatdınız. Böyük işlər gördünüz, ölkəmizi dünya səviyyəsində təmsil etdiniz. Dünyaya sübut etdiniz ki, biz birlikdə güclüyük. Azərbaycan xalqı Sizinlə qürur duyur, hər zaman yanınızdayıq. Şəxsən öz adımdan və Omsk vilayətində yaşayan bütün azərbaycanlılar adından 2020-ci il noyabrın 10-da böyük Qələbə sevincini bəxş etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram. Yaşasın xalqımız və şanlı Ordumuz! Vətən uğrunda şəhid olmuş bütün qardaşlarıma Allahdan rəhmət, ailələrinə səbir diləyirəm. Qarabağ Azərbaycandır!”.
Türkiyənin Bolu şəhərindən Ömər Cengizhanoğlu, Mehmetcan Cengizhanoğlu və Doğanacan Cengizhanoğlu yazırlar: “Hörmətli cənab Prezident, Sizi uca Allahın adı ilə salamlayır, gözəl Türkiyəmizdən, türk xalqının adından sevgi və ehtiramımı bildirirəm. Zəfəri zəfərə calamaqla tarixə düşən Azərbaycan Ordusunu səmimi qəlbdən təbrik edir, hər əsgərin alnından öpürük. Çanakkale, Sakarya döyüşləri ilə türk və dünya tarixinə qızıl hərflərlə yazan türk ordusunun qardaşı olan, ermənilərə tarixi dərs verən Azərbaycan Ordusu bu gün cəbhədən Qələbə ilə qayıdır. Bir yumruq kimi birləşmiş Azərbaycan Ordusu qazandığı qələbələrlə Ulu Öndər Heydər Əliyevin və minlərlə şəhidin ruhlarını şad etmişdir. Dəyərli Prezidentimiz, bütün sahələrdə apardığınız uğurlu siyasətlə tarixə ad salmış türk fatehlərinin davamçısı olduğunuzu dünyaya göstərdiniz. Mən təqaüddə olan müəlliməm. İnşaat mühəndisi olan və Gülhanə tibb fakültəsində oxuyan oğlumla birlikdə Azərbaycan Ordusu üçün əlimizdən gələn köməyi etməyə hazırıq. Dünyanın hələ də unutmadığı Çanakkale zəfərindən sonra sizlər Qarabağ zəfərini tarixə yazdınız. Bütün türk xalqları Sizin bu qəhrəmanlığınızı unutmayacaqdır. Heç şübhəm yoxdur ki, Qarabağdan zəfərlə dönən şanlı Azərbaycan Ordusu əsl qəhrəmanlar kimi qarşılanacaq. Onlara bir daha Azərbaycan xalqına və bizlərə yaşatdıqları sevinc və xoşbəxtliyə görə minnətdarlıq bildirirəm. Qarabağın azad olunması münasibətilə keçiriləcək şənliklərdə iştirak etmək ümidi ilə müraciətimi ən ülvi hisslərimi ifadə edən sözlərlə bitirmək istəyirəm:
Salam olsun qızıl qəlbli rəhbərimiz İlham Əliyevə!
Salam olsun Qarabağ yolunda dastan yazan şanlı Azərbaycan Ordusuna!
Salam olsun ordusu ilə milli birlik göstərən qardaş Azərbaycan və türk xalqlarına!”.
Zaqataladan Elxan Şabanovun məktubunda deyilir: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, noyabrın 8-də Siz Şuşamızın alınması xəbərini verməklə xalqımıza qələbə sevincini yaşatdınız. Otuz illik böyük bir yükü çiyinləri üzərində gəzdirən, ağrıdan-acıdan qovurulan xalqımız məhz Sizin sayənizdə indi sevinc, zəfər salnaməsinin himni altında qürurla addımlayır. Allah Sizi və rəşadətli Ordumuzu qorusun!”.
Gəncə şəhərinin sakini Tahir Cəbrayılov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, müharibə başlayandan hər gün Sizə məktub yazıb ürək sözlərimi çatdırmaq istəyirdim. Amma böyük günü - Şuşanın işğaldan azad olunması gününü gözləyirdim. Mən Azərbaycanın bir vətəndaşı olaraq ailəmlə birlikdə həmişə Sizə inanmışıq və güvənmişik. Yaşasın Müzəffər Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusu! Elimin şanlı, qəhrəman oğlu, bu böyük Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm”.
Ağdam sakini Dilrubə Behbudova: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, əzəli və əbədi torpaqlarımız olan Qarabağın düşmənlərdən azad edilməsi haqqında verdiyiniz əmri eşidəndə çox sevindim. Siz bütün dünyaya bizim xalqın, millətin gücünü və qüdrətini bir daha sübut etdiniz. Mənim bu gün sevincimin həddi-hüdudu yoxdur. Mənim oğlum Zəngilan rayonu uğrunda gedən döyüşlərdə - 1992-ci ildə itkin düşüb. Zəngilanın işğaldan azad edilməsi xəbərini eşidəndə çox qəhərləndim, çox sevindim ki, oğlumun uğrunda vuruşduğu torpaq alındı, qisası yerdə qalmadı. Sevimli oğlum, Sizi dünya durduqca yaşayasınız. Siz mənə bu yaşlı vaxtımda bu sevinci yaşatdınız. Allah Sizi və övladlarınızı qorusun. Allah şanlı və qüdrətli Ordumuzu qorusun. Siz biz məcburi köçkünlərin 30 ilə yaxın olan Vətən-torpaq həsrətinə son qoydunuz. Mən ürəyimdən gələn xoş arzuları Sizə çatdırmağı özümə borc bilirəm. Arzu edirəm ki, bütün Qarabağ torpaqlarımız düşmən işğalından tamamilə azad olunsun, Azərbaycanımızın bütövlüyü təmin edilsin və mən Sizi öz torpağımda - Ağdamda öz evimdə çay süfrəsinə qonaq edim. Mən Sizin sözlərinizi çox böyük fəxrlə təkrar edirəm: Qarabağ Azərbaycandır!”.
Bakı şəhər sakini Sayad Cəbrayılova: “Hörmətli Cənab Prezident, Müzəffər Ali Baş Komandan, torpaqlarımızın işğaldan azad edilməsinə çox sevinirik. Qarabağımızın 30 illik işğalına son qoyuldu. Qazandığınız hərbi-siyasi uğurlarla qürur duyuruq. Allah Sizi, Ordumuzu və millətimizi qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin. Şəhid analarının qarşısında baş əyirəm. Ümummilli Qələbə təbrikləri Sizindir. Qarabağ Azərbaycandır!”.
Beyləqan sakini Nilay Cahangirli: “Möhtərəm cənab Prezident, mənim adım Nilaydır. 10 yaşım var. Mən çox xoşbəxtəm, çünki Sizin komandanlığınız altında torpaqlarımızı geri aldıq. Sizin kimi Prezidentimiz olması ilə, azərbaycanlı olmağım ilə fəxr edirəm. Mən bilirdim ki, Azərbaycan Ordusuna qarşı heç bir ordu qalib gələ bilməz. Mən və ailəm hər zaman Sizə dəstəyik. İnşallah tezliklə bütün həmyerlilərimiz öz ata-baba yurdlarına geri dönərlər. Qələbəmizə görə Sizə təşəkkür edirəm. Sizi və ailənizi də bu qələbə münasibətilə təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Ali Baş Komandan!”.
Naftalan sakini Natiq Məmmədov: “Müzəffər Ali Baş Komandan, mən bu məktubu Sizə fəxrlə, dolu ürəklə və göz yaşı ilə yazıram. Şuşa şəhərinin azad edilməsi bu hissləri keçirməyimə səbəb oldu. Öncə Ulu Öndərimizin ruhu qarşısında baş əyirəm. Məhz onun səyi ilə Orduda vahid Ali Komandanlıq yaradıldı, ölkədə hərc-mərcliyə son qoyuldu. Əldə olunmuş uğurlar gələcək böyük Qələbənin təməlini qoydu. Siz də atanız kimi müdrik, cəsarətli siyasət yürüdərək Ordumuzu gücləndirdiniz, onun siyasətini davam etdirərək Vətən müharibəsində bu uğurlara nail oldunuz. Allah Sizi heç vaxt Azərbaycan Respublikasının Ali Baş Komandanlığından əskik etməsin! Daim ölkəmizin qoruyucu mələyi olasınız!”.
Şəmkir sakini Brilyant Quliyeva: “Hörmətli Prezidentimiz cənab İlham Əliyev, hamımıza məlumdur ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malik bir ölkədir. Xalqımızın tarixdə üzləşdiyi ən böyük fəlakətlərdən biri XX əsrin 90-cı illərinin əvvəlində mənfur düşmənlərimiz olan ermənilər tərəfindən işğala, soyqırımları və vəhşiliklərə məruz qalmasıdır. İki əsrdir torpaqlarımız yadellilərin işğalına məruz qalmış, zaman-zaman torpaqlarımız işğal olunmuşdu. Cənab Prezident, bu gün mən özümü xoşbəxt sayıram. Siz müdrik və uzaqgörən siyasətinizlə Azərbaycan xalqına şərəfli bir tarix yaşatdınız. Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə yorulmadan çalışdınız. Xalq Sizi sevir və ürəkdən dəstəkləyir. Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Sizə Kəlbəcər, Şuşa dağları, Zəngilan, Laçın çinarları kimi ucalıq, uzunömürlülük arzulayıram”.
Füzuli sakini Məlahət Cəfərova: “Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyinizlə doğma torpaqlarımızın öz həqiqi sahiblərinə - bizə qaytarılması uğrunda başladığımız haqq mübarizəsində Qələbə bizim oldu. Azərbaycan xalqının necə igidlər yetirdiyini bütün dünya gördü. Qalibiyyəti bizə bəxş edən Sizi və müzəffər Ordumuzu Allah daim qorusun! Qarabağ bizimdir!”.
Ağcabədidən Telman Hacıyev: “Hörmətli cənab Prezident, rəhbərliyiniz altında şanlı Ordumuzun işğal altında inləyən torpaqlarımızı azad etməsi və Vətən müharibəsinin bizim Qələbəmizlə başa çatması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Qarabağımızı bizə qaytaran Müzəffər Ali Baş Komandan, Allahdan Sizə uzun ömür, cansağlığı diləyirəm. Yaşasın Azərbaycan!”.
Xaçmazdan Elxan Mövlamov: “Müzəffər Ali Baş Komandan, Azərbaycanın könüllülərindən ilk şəhid Mövlamov Elçinin ailəsi adından Sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, Siz bu böyük Qələbə sevincini bizə yaşatdınız. Cənab Prezidentimiz, biz Mövlamovlar ailəsi hər il şəhidimizin anım gününü böyük üzüntü və kədərlə keçirirdik. Lakin bundan sonra oğlumuzu qürurla ana biləcəyik. Çünki Elçinimizin və bütün şəhidlərimizin qanı Siz və rəşadətli Ordumuz sayəsində yerdə qalmadı. Rəbbim Sizi və şanlı Ordumuzu qorusun!”.

 
  • Oxunub:  4350  |  
  • Tarix:  19-11-2020  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

18 İyun 15:59
Milli Məclisin deputatları Fransaya səfər edəcəklər
18 İyun 15:59
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
18 İyun 15:58
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşulublar
18 İyun 15:52
İCESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
18 İyun 15:50
Təhsil naziri Təhsil Tələbə Krediti Fondu ilə bağlı sualları cavablandırıb
18 İyun 15:49
İqtisadiyyat Nazirliyi Türkiyə şirkəti ilə anlaşma memorandumu imzalayıb
18 İyun 15:46
İlham İsmayılov: Azərbaycan və Türkiyə Türk dünyasının birliyi üçün lokomativ rolunu öz üzərinə götürür
18 İyun 15:43
Rauf Əliyev: Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bölgənin yeni inkişaf dövrü başlayıb
18 İyun 14:57
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada xorvatiyalı həmkarı ilə görüşüb
18 İyun 14:39
“Israel HaYom” nəşri: İsraillilər Odlar Yurduna səyahətin maraqlı olacağına əmin ola bilərlər
18 İyun 14:17
Fövqəladə hallar naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
18 İyun 14:10
Anar Məmmədov: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin birliyinin və həmrəyliyinin rəmzidir
18 İyun 14:03
Nüvədi kəndinin sakinləri doğma torpaqlara qayıtmaq hüququnun təmin olunması üçün dünya birliyinə müraciət ediblər
18 İyun 13:59
Antalyada Azərbaycanın xarici işlər naziri ilə Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri arasında görüş keçirilib
18 İyun 13:51
Ali təhsil müəssisələrində karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub
18 İyun 12:54
Azərbaycanın xarici işlər naziri Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb
18 İyun 12:40
Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil edilməyəcək
18 İyun 12:35
Deputat: Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır
18 İyun 12:27
Leyla Abdullayeva: Beynəlxalq insan hüquqları təşkilatlarını üçtərəfli Bəyanatın həyata keçirilməsini dəstəkləməyə çağırırıq
18 İyun 12:14
“ASAN xidmət”lə Asiya İnkişaf Bankı arasında əlaqələr genişləndirilir
18 İyun 12:13
Azərbaycan ilə Türkiyə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq genişləndirilir
18 İyun 12:03
Tələbə krediti 2 qrupa bölünəcək
18 İyun 11:53
Təhsil naziri: Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq
18 İyun 11:51
Müstəqilliyimizin əbədiləşdiyi gün
18 İyun 11:44
Pakistanlı ekspert: Şuşa Bəyannaməsi regional əməkdaşlığın genişləndirilməsi baxımından ən yaxşı təşəbbüsüdür
18 İyun 11:42
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub
18 İyun 11:30
Tələbə təhsil krediti verilərkən tələbənin topladığı bal nəzərə alınacaq
18 İyun 11:28
Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək
18 İyun 11:26
Tələbə təhsil krediti öz hesabına təhsil alan tələbələrə şamil olunacaq
18 İyun 11:22
“Avro-2020”: İngiltərə yığması Şotlandiyaya, Xorvatiya isə Çexiya millisinə qarşı
18 İyun 11:09
Yanvar-aprel ayları ərzində Azərbaycanda 15 minə yaxın cütlük nikaha daxil olub
18 İyun 10:46
Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
18 İyun 10:43
Milli Kitabxanada “18 İyun – Milli İnsan Hüquqları Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
18 İyun 10:38
Müşfiq Məmmədli: Bütün uğurlar cənab Prezidentimizin apardığı qətiyyətli və milli maraqlara söykənən siyasətin nəticəsidir
18 İyun 10:08
Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq
18 İyun 09:11
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir
18 İyun 09:06
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
18 İyun 09:00
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür
18 İyun 08:59
Növbəti milli birlik nümunəsi
18 İyun 08:57
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatları yaradılacaq
18 İyun 08:55
Baş infeksionist: Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır
18 İyun 08:54
İyunun 21-də Ermənistanda vətəndaş müharibəsi başlaya bilər
18 İyun 08:50
Radikal müxalifətin növbəti xəyanəti
17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+22 +25