/ / Milli Məclisin sədri TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri ilə görüşüb
Milli Məclisin sədri TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri ilə görüşüb
19.11.2020 [09:02]
Noyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə spiker Sahibə Qafarova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi Qələbə haqqında məlumat verib. Deyib ki, bu Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu Zəfər tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq.
Sahibə Qafarova türk dünyasını təmsil edən qurumların nümayəndələri ilə görüşdən məmnun olduğunu söyləyib. Bildirib ki, qonaqların rəhbərlik etdiyi qurumlar bu gün türk dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi işinə böyük töhfələr verir. TÜRKPA bu istiqamətdə parlament əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Hazırda bu təşkilata sədrliyi Azərbaycan Milli Məclisi həyata keçirir. Qurumun sədri kimi biz Milli Məclis olaraq TÜRKPA-nın fəaliyyətinə lazımi dəstəyi bundan sonra da göstərmək niyyətindəyik. Çünki bu qurum təşkilata üzv ölkələrin xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində böyük rola malikdir.
Türk Akademiyasının fəaliyyətindən də söz açan Milli Məclisin sədri təşkilatın xətti ilə görülən işləri təqdirəlayiq hesab edib. Bildirilib ki, əsası 2009-cu ildə Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə qoyulan bu qurum türk dünyasında müxtəlif sahələr üzrə tədqiqatlar aparmaq üçün təsis edilib və ötən qısa dövr ərzində uğurlu nəticələr göstərib.
Spiker Türk Mədəniyyəti və İrsi Fondu haqqında da danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu qurum türk xalqlarının mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliğində əhəmiyyətli rol oynayır. Fondun xətti ilə keçirilən dəyirmi masalar, sərgilər, beynəlxalq tədbirlər bu məqsədlərə xidmət edir.
Görüşdə çıxış edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Milli Məclisin sədrini, Azərbaycan xalqını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə səmimi-qəlbdən təbrik ediblər.
Sonra qonaqlar təmsil etdikləri təşkilatların fəaliyyəti və gələcək planları haqqında məlumat verib, gələcəkdə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında, o cümlədən Şuşada beynəlxalq tədbirlər keçirmək niyyətində olduqlarını söyləyib, bu məsələ ilə əlaqədar fikirlərini bölüşüblər.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də danışılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48

