/ / Səfir: Bəzi fransız KİV-lər Qarabağla bağlı qərəzli və saxta məlumatlar yaymağa son qoymalıdırlar
Səfir: Bəzi fransız KİV-lər Qarabağla bağlı qərəzli və saxta məlumatlar yaymağa son qoymalıdırlar
18.11.2020 [09:15]
1987-ci ildə Ermənistandan yaşayan 250 min azərbaycanlı öz torpaqlarından qovuldu və bu ölkə monoetnik respublikaya çevrildi. Azərbaycanlıların kütləvi və planlı şəkildə qovulması keçmiş SSRİ tarixində belə geniş miqyasda ilk etnik təmizləmə idi.
1991-1992-ci illərdə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə bölgədəki azərbaycanlılar ikinci etnik təmizləməyə məruz qaldılar. Bu dəfə azərbaycanlıların doğma evindən qovulması 613 nəfərin (106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla) vəhşicəsinə öldürülməsi kimi soyqırımı ilə müşayiət olundu.
Nəhayət, 1992-ci ilin mayından 1993-cü ilin oktyabrına qədər Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ ətrafındakı yeddi bölgənin işğalı azərbaycanlılara qarşı üçüncü etnik təmizləməyə və 670 mindən çox azərbaycanlının qovulmasına səbəb oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin yerli mətbuatın qərəzliliyinə etiraz olaraq yazdığı və “Causeur.fr” portalında dərc olunmuş açıq məktubda yer alıb.
“Həmişə düşünürdüm ki, fransız qəzetləri arasında fikir müxtəlifliyinin təmsilçiliyinə üstünlük verərək, ifadələrin plüralizminə ən çox diqqət yetirən “Le Figaro” idi. Ancaq Azərbaycanın Qarabağ bölgəsindəki münaqişədən söz düşəndə bunun belə olmadığı aydın göründü. Altı həftə əvvəl müharibə başlayandan “Le Figaro” yalnız ermənilərin fikirlərini verməyə üstünlük verdi”, - deyən R.Mustafayev təəssüfünü bildirib. Səfir qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməzdən əvvəl Dağlıq Qarabağ bölgəsi 48 etnik və dini azlıq nümayəndələrinin dinc yanaşı yaşadığı çoxmillətli bir bölgə idi. Yalnız erməni işğalından sonra bölgədə başqa azlıq qalmadı. Məscidlər donuz damına və tövlələrə çevrildi, yəhudilər qovuldu və sinaqoqlar dağıdıldı, Azərbaycanın mədəni və dini irsi (VII əsrdə ərəblər tərəfindən fəth olunana qədər, Azərbaycan 6 əsr boyunca xristian dövləti idi - Qafqaz Albaniyası) erməniləşdirildi. Deməli, faktlar bunun erməni şovinizmi və Azərbaycan tolerantlığına qarşı terror olduğunu göstərir.
R.Mustafayev bütün bu faktlardan “Le Figaro”, “Le Monde”, “Le Point”, “La Marianne”, “L’Express”, “Charlie Hebdo”, eləcə də digər KİV-lərin yazmadığını vurğulayaraq, bunun səbəbinin onların tarixi həqiqətdən qorxmaları və uzun illərdir erməni icmasının xidmətində durmaqda davam etməklə bu qarşıdurma ətrafında yalan qurmağa üstünlük vermək niyyətləri olduğunu göstərib.
Diplomat Qarabağ münaqişəsini daha yaxşı anlamaq üçün onun tarixini bilməyin vacibliyini vurğulayaraq, Qarabağın qədimdən bu günədək olan tarixini təqdim edib. O, ermənilərin qonşu ölkələrdən Azərbaycan ərazilərinə köçürülməsini tarixi sənədlər və faktlarla göstərib. Hətta Yerevanda azərbaycanlı azlığın daha çox olduğunu bildirərək, ermənilərin azərbaycanlılara qarşı törətdikləri 3 etnik təmizləmədən söz açıb. Son əsrdə ermənilərin Qarabağla bağlı çirkin niyyətlərini həyata keçirmək cəhdləri və onların qarşısının alınmasını tarixi faktlarla göstərib.
Səfir fransız mediasını qərəzlilikdə, Qarabağla bağlı saxta məlumatlar verməkdə günahlandırıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

