Azərbaycan cəmiyyəti Ali Baş Komandanımızın ətrafında sıx birləşib
06.11.2020 [09:20]
Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın, eləcə də qeyri-hökumət təşkilatlarının həmrəylik nümayiş etdirməsi milli birliyin bariz göstəricisidir
Məlum olduğu kimi, son illərdə ölkəmizdə aparılan köklü islahatlar bütün sahələrin inkişafını təmin etməklə yanaşı, siyasi platformada da yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Qeyd etmək lazımdır ki, bu ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçkilərin ardından yaranan yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi qüvvələr arasında əlaqələrin möhkəmlənməsində əsaslı rol oynadı. Milli Məclisin yeni tərkibdə ilk iclasında Prezident İlham Əliyevin tarixi çıxışının ardından ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinə başlanıldı və bu Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyaların rəhbərlərinin görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni mərhələnin yaranmasına rəvac verdi. Məhz bu siyasi birlik bu gün Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından azad olunması istiqamətində aparılan əks-hücum əməliyyatlarında siyasi həmrəyliyin güclənməsində xüsusi əhəmiyyətə malik oldu. Vurğulayaq ki, hazırda ölkəmizdə fəaliyyət göstərən əksər partiyalar siyasi baxışlarından asılı olmayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun yanında olduqlarını bildirir və cəbhədə qələbəmizə öz töhfələrini verməyə çalışırlar. Bununla bağlı 50 siyasi partiyanın birgə bəyanat imzalaması da deyilənlərə sübutdur. Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq əks-hücuma keçməsi və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olması hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaradır. Onun fikrincə, torpaqların işğaldan azad olunması prosesinin başlanması və düşmənə ağır zərbələr vurulması son 30 ilin ən böyük tarixi hadisələrindən biridir: “Çox sevindirici haldır ki, bu gün cəmiyyətimizin bütün təbəqələri, o cümlədən siyasi partiyalar, QHT-lər Ali Baş Komandanımızın yanındadır. Bu məsələdə Azərbaycan cəmiyyəti bir yumruq kimi birləşib. Hər bir vətəndaşın arzusu budur ki, bütün torpaqlarımız işğaldan azad olunsun. Ona görə də, bütün cəmiyyətimiz qələbəyə köklənib”.
Millət vəkilinin sözlərinə görə, siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkənin, demək olar ki, bütün siyasi spektrinin - 50 siyasi partiyanın bir araya gələrək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və dövlət başçısının yanında olduqlarını bəyan etməsi mühüm hadisədir, milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir: “Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir. Amma təəssüf ki, belə bir şəraitdə də iki siyasi partiya - “Müsavat” və AXCP Böyük Qələbə uğrunda mücadilədə Azərbaycan xalqı və dövləti ilə birlikdə olmağı bacarmadılar”.
“Bu gün bütün xalqımız qələbəyə köklənib. Qısa müddət ərzində rəşadətli ordumuz işğal altında olan bir çox yaşayış məntəqələrimizi və strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad edib. Biz ordumuzla qürur duyuruq və ərazi bütövlüyümüzün təmin olunması məsələsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanındayıq”. Bu fikirləri isə Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Mais Səfərli bildirib ki, Azərbaycan həmişə sülhün tərəfdarı olub və konstruktiv mövqe nümayiş etdirib. Amma Ermənistanın məqsədli şəkildə münaqişənin sülh yolu ilə həllini uzatması yolverilməzdir. Onun sözlərinə görə, Azərbaycan çox qısa müddətdə öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu dəfələrlə bəyan etmişdi: “Ermənistan isə bu xəbərdarlığa əməl edib sülhə gəlmədi. Dövlət başçımızın da qeyd etdiyi kimi, biz bu məsələlərdə səbrli davrandıq və maksimum sülh danışıqlarının tərəfində olduğumuzu bütün dünya ictimaiyyətinə sübut etdik. Amma bizim də səbrimizin bir həddi var idi. Biz Azərbaycan xalqı olaraq sülhpərvər xalqıq, amma 30 ilə söykənən işğal faktına son qoyulmalıdır. Biz 30 il ərzində beynəlxalq təşkilatların bəyanatlarının heç bir effektinin olmadığının şahidi olduq. Bu bəyanatlara biz səbrlə, təmkinlə yanaşdıq, amma Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnaməni görməzdən gəldi. Amma indi Paşinyan ayrı-ayrı dövlətlərin rəhbərlərinə diz çöküb yalvarır”.
Partiya sədri qeyd edib ki, ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi haqqımızdır: “Çox sevindirici haldır ki, bu gün cəmiyyətimizin bütün təbəqələri, o cümlədən siyasi partiyalar, QHT-lər Ali Baş Komandanımızın yanındadır. Hər birimiz canımızdan keçməyə hazırıq. Yetər ki, bu işğala son qoyulsun. İnsanlar artıq qələbəyə köklənib”.
Ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın da ordumuza və Ali Baş Komandana dəstək məqsədilə birgə bəyanat imzaladığını xatırladan M.Səfərlinin sözlərinə görə, radikal müxalifət yenə də öz xislətini və antimilli mövqeyini nümayiş etdirdi: “Əslində, bu yanaşma ilə özlərini ifşa edib xalq qarşısında növbəti dəfə rəzil duruma düşdülər. Ümumilikdə, 50 siyasi partiyanın birgə mövqeyi ölkəmizdə milli həmrəyliyin daha da güclənməsində mühüm rol oynayır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

