/ / Müşfiq Məmmədli: Bərdə şəhərinə qarşı “Smerç” tipli raketlərlə edilən hücum birmənalı şəkildə hərbi cinayətdir və bu, beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənir
Müşfiq Məmmədli: Bərdə şəhərinə qarşı “Smerç” tipli raketlərlə edilən hücum birmənalı şəkildə hərbi cinayətdir və bu, beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənir
06.11.2020 [09:15]
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hər zaman beynəlxalq hüququn prinsiplərini əsas götürən ölkəmiz illərdir ki, sülh danışıqlarına sadiqlik nümayiş etdirib. Təəssüf ki, ötən 27 il ərzində Ermənistan tərəfi Azərbaycanın bu mövqeyini düzgün dəyərləndirmədi. Nəticə etibarilə bu gün Azərbaycan beynəlxalq hüququn prinsiplərini əsas götürərək öz ərazi bütövlüyünü təmin edir. Dünənə qədər Azərbaycanla şərt dilində danışmağa çalışan, özünü “qalib” statusunda görən Ermənistan artıq xarici dövlətlərdən, təşkilatlardan imdad diləyir. Sentyabr ayının 27-də işğalçı ölkənin növbəti hərbi təxribatlarına cavab olaraq başlanılan əks-hücum əməliyyatları nəticəsində bir sıra torpaqlarımız işğaldan azad edilib. Bu gün Azərbaycan tarixinin növbəti şanlı günləri yaşanmaqdadır və Azərbaycan Ordusunun cəbhədəki uğurları əsgərlərimizin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizi sevindirir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, məğlubiyyətə uğrayan işğalçı Ermənistan günahsız insanlara, dinc sakinlərə qarşı terror həyata keçirməklə məğlubiyyətini kompensasiya etməyə çalışır. Millət vəkili qeyd edib ki, qadağan edilmiş silahlarla Bərdə şəhərinə olunan hücum beynəlxalq hüququn norma və prinsiplərinə, Cenevrə Konvensiyasının tələblərinə ziddir və Ermənistan növbəti müharibə cinayətini törətdi. “Bərdə şəhərinə qarşı “Smerç” tipli raketlərlə edilən hücum birmənalı şəkildə hərbi cinayətdir və bu, beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənir. Bu təcavüz nəticəsində müharibə zonasından kənarda yaşayan günahsız körpələr qətlə yetirilib və Ermənistanın hərbi-siyasi hakimiyyəti bunun məsuliyyətini daşıyacaq. Bu gün dünyanın aparıcı media orqanları, televiziyaları Bərdədə baş verənləri yayımlayır və Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Cənab Prezidentimizin xarici KİV-lərə müsahibələri Ermənistanın iç üzünü açmaqla yanaşı, Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini də şərtləndirir. Bu gün Azərbaycan cəmiyyəti bir nəfər kimi Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevi və ordumuzu dəstəkləyir. Dövlət başçısının çıxışlarında qeyd edildiyi kimi, biz bu torpaqlara qayıdacağıq və ərazi bütövlüyümüzü bərpa edəcəyik. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır!”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41

