Fuad Əliyev: Ermənistan məğlubluq sindromu yaşayır
06.11.2020 [09:13]
“Bu gün Azərbaycan dövləti, xalqı, bütün ictimaiyyəti, yalnız qələbəyə köklənib. Aqoniya vəziyyətində olan Ermənistanın öz terror xislətini açıq şəkildə ortaya qoyması, dinc əhalini hədəfə alması isə düşmənimizin məğlubluq sindromu yaşadığının göstəricisidir. Onların bu xain hücumları xalqımızın haqq mübarizəsindəki ruh yüksəkliyinə təsir edə bilməz və düşmən anlamalıdır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”.
Bunu qəzetimizə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Onun sözlərinə görə, bu gün siyasi partiyaların nümayiş etdirdiyi milli həmrəylik, imzalanan birgə bəyanatlar olduqca vacib xarakter daşıyır. Bu, ümummilli məsələmizdə fikir ayrılığının olmadığını təsdiqləyən sənədlərdir. Partiya sədri vurğulayıb ki, Vətən uğrunda gedən savaşda düşmənə qarşı birlikdə olmaq hər bir siyasi partiyanın və vətəndaşın borcudur. Ali Baş Komandan İlham Əliyevin qəti iradə nümayiş etdirdiyini və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına start verildiyini deyən F.Əliyev siyasi təşkilatların nümayiş etdirdiyi həmrəylik nümunəsinin Azərbaycan əsgərinə əlavə bir ruh verdiyini bildirib: “Oktyabrın 17-də imzalanan və beynəlxalq təşkilatlara ünvanlanmış müraciət bir daha cəmiyyətin, siyasi qurumların Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəklədiyini göstərir. Beynəlxalq aləm terrorçu dövlətə “dur” deməli, BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası təmin olunmalıdır. Azərbaycan Prezidentinin bildirdiyi kimi, erməni silahlıları bütün torpaqlarımızdan çıxmalıdır. Bizim tələbimiz beynəlxalq hüquqa və xalqın milli iradəsinə söykənir. İnanırıq ki, beynəlxalq hüququn bütün prinsiplərini pozan Ermənistan artıq Azərbaycan əsgərinin gücünü görür və daha çox itki verməmək, iqtisadi tənəzzülə yuvarlanmamaq üçün Azərbaycan torpaqlarından çıxacaq və ərazi bütövlüyümüz təmin ediləcək”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

