/ / Hikmət Babaoğlu: İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar Ermənistanın dinc əhalini hədəfə almasına səssiz qalmamalıdır
Hikmət Babaoğlu: İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar Ermənistanın dinc əhalini hədəfə almasına səssiz qalmamalıdır
30.10.2020 [09:07]
“İşğalçı Ermənistanın ordusunun Bərdədə dinc sakinləri qadağan olunmuş silahlarla raket atəşinə tutması hərbi cinayətdir. Bu, eyni zamanda, hər nə qədər ermənilər tərəfindən törədilən hərbi cinayətdirsə, bir o qədər də bu cinayətlərə susanların, Ermənistanı qınamayan beynəlxalq təşkilatların da ortaq olduğu cinayətdir”. Bu fikri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, beynəlxalq təşkilatların, insan hüquqları müdafiəçisi olan təşkilatların Gəncədə, Naftalanda, Tərtərdə törədilən hərbi cinayətlərə göz yummaları, susqunluq nümayiş etdirmələri erməni terrorçularını belə cinayətləri təkrar etməyə həvəsləndirir: “Düşünürlər ki, bu cinayət qınanılmayacaq və cəzasız qalacaq. Ona görə də insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar ermənilərin dinc əhalini hədəfə almasına səssiz qalmamalıdır. Gəncəyə və Bərdəyə bu cür hücumlar hərbi cinayət olmaqla bərabər, həm də dövlət səviyyəsində törədilən terror aktlarıdır. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan ayrı-ayrı təşkilatlar, çox təəssüf ki, ermənilərin törətdiyi bu cinayətlərə susqunluq nümayiş etdirirlər. Bu, əslində, Ermənistanı dəstəkləmək anlamına gəlir. Düşünürəm ki, heç olmasa, bundan sonra müvafiq insan hüquqları institutları, beynəlxalq və humanitar təşkilatlar, ayrı-ayrı dövlətlər bu məsələyə ciddi qınaq nümayiş etdirməklə işğalçı ölkəni bu cür addımlardan çəkindirməlidirlər”.
“Cəzaya gəldikdə isə, Azərbaycan Ordusu dinc sakinlərimizə qarşı cinayət törədən terrorçu erməniləri döyüş meydanında layiqincə cəzalandırmağı bacarır. Bərdə şəhərində törədilən cinayətin də qisası artıqlaması ilə alındı və alınacaq. Lakin bu hadisələr bir həqiqəti yenidən ortaya çıxardı ki, özünü dünyaya insan hüquqlarını müdafiə edən təşkilatlar kimi göstərənlər, əslində, insan hüquqlarının müdafiəçisi deyil, sadəcə, bu mövzunu əllərində siyasi alətə çevirərək ayrı-ayrı ölkələrə siyasi təzyiq mexanizmi kimi istifadə edən qurumlardır. Buna görə də Azərbaycan öz ordusuna güvənir. Azərbaycan vətəndaşlarına qarşı hər hansı bir cinayət törədənlər ordumuz tərəfindən mütləq layiqli cavablarını alacaqlar”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27

