Ermənistanda xaos...
30.10.2020 [08:59]
İşğalçı ölkənin vətəndaşları təkcə ordunun məğlubiyyətinə, mövcud hərc-mərcliyə görə deyil, həm də ağır sosial-iqtisadi duruma görə hakimiyyətdən narazıdırlar
Məlum olduğu kimi, Azərbaycanın yeni-yeni torpaqlarını işğal etmək kimi məkrli niyyətini həyata keçirmək istəyən təcavüzkar Ermənistanın silahlı qüvvələri bütün cəbhəboyu məğlubiyyətə uğrayaraq acınacaqlı vəziyyətə düşüb. Belə ki, sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistanın işğalçı ordusu sarsıdıcı zərbələr qarşısında hər gün geri çəkilməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir. Eyni zamanda, illərdir Ermənistan əhalisində güclü ordu barədə yaradılmış mif dağılmaqdadır. Qeyd edək ki, ciddi məğlubiyyətlə üzləşən Ermənistanın mövcud hərbi-siyasi rəhbərliyi vəziyyətdən çıxış yolunu bəzi güc strukturlarının rəhbərlərini vəzifədən uzaqlaşdırmaqda və uğursuzluqların günahkarları kimi onları cəzalandırmaqda görür.
Ermənistan mətbuatının yazdığına görə, son 20 gündə artıq Ermənistanın güc strukturlarında, o cümlədən təhlükəsizlik orqanlarında yüksək vəzifə tutan 4 məmur işdən qovulub. Belə ki, oktyabrın 8-də Ermənistan Təhlükəsizlik Xidmətinin (TX) direktoru Argişti Kərəmyan, oktyabrın 26-da Ermənistan TX-nin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, oktyabrın 27-də Ermənistan TX-nin Əks-kəşfiyyat İdarəsinin rəisi Ohannes Karumyan və eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan vəzifəsindən uzaqlaşdırılıb. Ermənistan və xarici media orqanlarında yer alan məlumatlara görə, onların əksəriyyəti dövlətə xəyanətdə ittiham edilir. Təhlükəsizlik orqanlarının kadrları ilə bağlı bu faktlar əslində, onu göstərir ki, Ermənistanın mövcud rəhbərliyi, o cümlədən güc strukturlarının yüksəkvəzifəli şəxsləri ölkəyə nəzarəti həyata keçirə bilmirlər.
Yeri gəlmişkən, qeyd edək ki, yerli medianın yazdığı məlumatlarda və sosial şəbəkələrdə yer alan faktlara görə, Ermənistanın işğalçı ordusu canlı qüvvə sarıdan da əziyyət çəkdiyi üçün qadınları, yaşlı kişiləri, hətta uşaqları da Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edir. Özü də bu proses könüllü əsaslarla deyil, zorla həyata keçirilir. Belə ki, Ermənistanda ümumi səfərbərlik elan olunduğu bəhanə gətirilərək insanlar evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır. “Sputnik-Ermənistan”ın yazdığına görə, hakimiyyətə qarşı kütləvi itaətsizlik, fərarilik o həddə çatıb ki, N.Paşinyan Ermənistanın ədliyyə nazirinin müavini Vahe Danielyanı oktyabrın 28-də vəzifəsindən azad edərək, maaşını saxlamaqla, cəhbəyə göndərdiyini açıqlayıb. Bu addımın guya fərarilik hallarının qarşısını almaq üçün atıldığı elan olunub. Amma müşahidəçilərin fikrincə, əslində bu adla V.Danielyanın vəzifəsindən uzaqlaşdırılması, həm də fərarilərə qarşı ədliyyə orqanlarının ciddi tədbirlər görə bilməməsi ilə bağlıdır. Görünür, bu yolla Paşinyan hakimiyyət nümayəndələrini cəzalandırmağa çalışır.
Mediada yer alan digər məlumatlara görə, Ermənistanda insanlar, təkcə ordunun acı məğlubiyyəti, ölkədəki hərc-mərclik, özbaşınalıqdan deyil, həm də gündən-günə ağırlaşan sosial-iqtisadi duruma görə hakimiyyətdən narazıdırlar. Belə ki, hazırda Ermənistanda ərzaq da daxil olmaqla əksər məhsulların qiymətində ciddi artım müşahidə olunur. Eyni zamanda, ölkənin milli valyutası son günlər kəskin ucuzlaşıb. Mövcud durum onsuz da ciddi sıxıntılar içində olan sıravi vətəndaşların vəziyyətini daha da ağırlaşdırır.
Sonda xatırladaq ki, yerli mətbuatın yazdığına və müşahidəçilərin qənaətinə görə, indiki vəziyyətdə Ermənistanda artıq hakimiyyət daxilində olan qüvvələr, eyni zamanda, klanlar arasında qarşıdurma mövcuddur. Son günlər ziddiyyətlər daha da kəskin xarakter alıb və baş nazirin istefasını tələb edənlərin sayının artması isə işğalçı Ermənistanın daxilində xaos hökm sürdüyünü deməyə əsas verir.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

