/ / Hikmət Babaoğlu: Həmsədrlər təzyiqi humanitar atəşkəsi hərbi hücum taktikasına çevirən işğalçı Ermənistana etməlidirlər
Hikmət Babaoğlu: Həmsədrlər təzyiqi humanitar atəşkəsi hərbi hücum taktikasına çevirən işğalçı Ermənistana etməlidirlər
27.10.2020 [09:23]
ATƏT-in Minsk qrupunun həmsədrlərinin oktyabrın 25-də verdikləri bəyanat, əslində, humanitar atəşkəsdən daha çox işğalçı Ermənistanı xilas etməyə yönəlib. Hazırda şanlı Azərbaycan Ordusu şücaət göstərərək torpaqlarımızı işğaldan azad edir, Vətən uğrunda canından keçərək bütün dünyaya bir daha göstərir ki, bir qarış torpağımızı da işğal altında qoymayacağıq. Bu, xalqımızın haqlı mübarizəsidir, beynəlxalq hüquqla təsbit edilmiş haqqıdır. Bir sözlə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icra olunması, haqqın, ədalətin bərpasıdır. Ədalət olmasa, əsla sülh olmaz.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H.Babaoğlu qeyd edib ki, belə bir vaxtda Azərbaycana qarşı ən müxtəlif səviyyələrdə təzyiqlərin olması, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, xüsusilə ATƏT-in Minsk qrupunun dərhal atəşkəsə nail olmağa çalışması tərəf tutmaqdan başqa bir şey deyil. Deputat bildirib: “Minsk qrupunun missiyası ATƏT-in ona verdiyi mandata əsasən tərəfsiz olmaq və problemi sülh yolu ilə həll etməkdən ibarətdir. Ancaq bu missiyanı 28 ildir yerinə yetirə bilməyən qurum indi nəinki problemin həllinə kömək etmir, tam əksinə, onun həll olunmamış qalması üçün yeni hüquqi baza yaratmağa çalışır. ATƏT-in Minsk qrupunun həmsədri olan üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Təhlükəsizlik Şurasının üzvlərinin qurumun 1993-cü ildə qəbul etdiyi qətnaməni heçə saymaq, onu yenisi ilə əvəz etmək cəhdlərini necə başa düşmək olar?”.
Deputat diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etmək istədiyi yeni qətnamədə işğalçı Ermənistanın Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri yox etmək cəhdləri, bunun əvəzinə yeni qərar qəbul etmək niyyəti birbaşa işğalçıya və işğala bəraət qazandırmaqdır. Bu, həm də 30 ildə problemin nə üçün həll olunmadığını izah edən ən yaxşı siyasi dəlildir. Deməli, problemin həll olunmamış qalması həm də Minsk qrupunun məqsədli fəaliyyətinin nəticəsidir, onlar bunu, sadəcə olaraq, həll etmək istəməyiblər. İndi isə atəşkəs əldə etmək istəyirlər. “Sentyabrdan indiyədək Azərbaycan ilə Ermənistan arasında iki dəfə - oktyabrın 10-da və 17-də humanitar atəşkəs barədə razılaşma əldə edildi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu, özü də dinc əhalini gecə saatlarında ballistik raketlərdən atəşə tutmaqla”, - deyən H.Babaoğlu qeyd edib ki, indi Minsk qrupunun həmsədrləri bu barbarlığı, müharibə cinayətini, terroru görməzdən gələrək yenə də atəşkəs istəyirlər, Azərbaycana təzyiq edirlər. Üstəlik, son bəyanatın mətninə humanitar atəşkəs deyil, birbaşa atəşkəs ifadəsi salmağa çalışırlar.
“Biz acı təcrübəmizdən bilirik ki, belə atəşkəs işğalçı Ermənistanı gücləndirmək, döyüş meydanında ona üstünlük yaratmaqla Azərbaycana təzyiqi artırmaq cəhdləridir. Ona görə də xarici siyasət idarəmizin, diplomatiyamızın 25 oktyabr bəyanatına məhz humanitar atəşkəs ifadəsinin salınmasına nail olması çox vacib idi və belə də oldu. Həmsədrlər təzyiqi də, təsiri də işğalçı Ermənistana, humanitar atəşkəsi hərbi hücum taktikasına çevirən işğalçıya etməlidirlər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, heç bir iradə bir xalqın milli iradəsindən üstün ola bilməz”, - deyə deputat fikrini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

