/ / Milli Məclisin Sədri: Ermənistanın hərbi təcavüzü başlayandan bəri parlament tərəfindən 80-dən çox ölkədəki tərəfdaşlara məktublar göndərilib
Milli Məclisin Sədri: Ermənistanın hərbi təcavüzü başlayandan bəri parlament tərəfindən 80-dən çox ölkədəki tərəfdaşlara məktublar göndərilib
27.10.2020 [09:30]
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyənin “Milliyet” qəzetinə müsahibə verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müsahibədə Sahibə Qafarova bildirib ki, sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün başladığı ilk anlardan etibarən Türkiyənin həm rəsmi şəxsləri, həm də xalqı açıq və birbaşa olaraq ölkəmizə dəstək verib. Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya tərəfindən Azərbaycanın haqlı mübarizəsinə verilən dəstək də ölkəmiz üçün çox dəyərlidir. S.Qafarova bu dəstəyə görə həm şəxsən öz adından, həm də Milli Məclisin deputatları adından Türkiyə Respublikasına, Türkiyə Böyük Millət Məclisinə və parlamentin üzvlərinə minnətdarlığını bildirib.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, hər bir azərbaycanlı Türkiyə vətəndaşlarının qəlbinin Azərbaycanda olduğunu bilir, hər bir Azərbaycan vətəndaşının qəlbinin də çətin günlərdə qardaş Türkiyə ilə bərabər döyünür.
Müsahibədə Sahibə Qafarova bildirib ki, Ermənistanın növbəti hərbi təcavüzü başlayandan bəri Azərbaycan parlamentinin rəhbəri və üzvləri tərəfindən Milli Məclisin fəal əməkdaşlıq etdiyi 80-dən çox ölkədəki tərəfdaşlarına məktublar göndərilərək, bu təcavüz barədə məlumat verilib.
Müsahibəsində Ermənistanın mülki şəxslərə qarşı müharibə cinayəti törətdiyini xatırladan spiker Sahibə Qafarova deyib ki, Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir. Terror yalnız Gəncəyə təcavüzlə başlamayıb. Terror ilk qarabağlının ermənilər tərəfindən yurdundan didərgin salındığı gündən başlayıb.
Sədr onu da vurğulayıb ki, Ermənistan təkcə Azərbaycana qarşı deyil, qonşuları olan 4 ölkədən 3-nə qarşı torpaq iddiası irəli sürür. Bəzi güclər Türkiyə və Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə qarşı Ermənistandan istifadə edirlər. Ermənistan isə bir xidmətçi olaraq bu güclərə xidmət edir.
Sahibə Qafarova qeyd edib ki, hazırda dünyada beynəlxalq hüququn təmin olunmasında ciddi problemlər var və beynəlxalq hüquqda ikili standartlar hökm sürür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəzi qətnamələri 2 saat ərzində icra edildiyi halda, Azərbaycanla bağlı qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Milli Məclis Sədrinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə “Ermənilər Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxmalıdır” deyilir. Amma bu qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Azərbaycan isə öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin edir.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

