/ / Səbuhi Abbasov: Bu gün düşmən üzərində qazanılan uğurun əsas səbəblərindən biri milli birliyimizdir
Səbuhi Abbasov: Bu gün düşmən üzərində qazanılan uğurun əsas səbəblərindən biri milli birliyimizdir
23.10.2020 [08:53]
“Artıq işğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycan Ordusunun gücü qarşısında rəzil duruma düşüb. Erməni terrorçu, hərbi birləşmələrinin 27 sentyabrdan etibarən başlatdığı hərbi təxribatlar, əslində, öncəki təxribatların məntiqi davamı idi. Düşmən hesab edirdi ki, Azərbaycan Ordusu, yalnız müdafiə ilə kifayətlənəcək və torpaqların işğalı ilə barışacaq. Eyni zamanda, Ermənistanın kriminallaşmış siyasi rəhbərliyi də bəzi dünya dövlətlərinə və beynəlxalq təşkilatlara arxayın olaraq, topraqlarımızı işğal altında saxlamaqda qərarlı idi. Amma bu gün hansı vəziyyətə düşdüklərinə bütün dünya şahidlik edir”.
Bu fikirləri “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyinin sədri Səbuhi Abbasov deyib.
S.Abbasov bildirib ki, sentyabrın 27-dən başlayaraq ermənilərin cəbhə xəttində törətdikləri hərbi təxribatlara qarşı ordumuz tərəfindən aparılan əks-həmlə əməliyyatları nəticəsində işğal altındakı bir sıra ərazilərimizin azad edilməsi Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. İstər xalq olaraq nümayiş etdirdiyimiz milli birlik, istər siyasi palitranın ortaya qoyduğu həmrəylik, istərsə də ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vahid mövqedən çıxış etməsi bir daha düşmənə qarşı gücümüzün səfərbər olunduğunu deməyə əsas verir. Bu gün hər bir kəs təmsil olunduğu platformada ölkəmizin haqq mübarizəsinə öz dəstəyini göstərməlidir. Bütün səylər qələbənin yaxınlaşmasında böyük əhəmiyyət daşıyır.
QHT rəhbəri vətəndaş cəmiyyəti üzvlərinin də bu prosesdə fəal mövqe ortaya qoyduğunu diqqətə çatdırıb: “Bəli, rəşadətli ordumuz cəbhədə öz sözünü deyir. Biz tək Azərbaycan tarixində deyil, dünya hərb tarixində də ilklərə imza atırıq. Qısa zaman kəsiyində biz ermənilərin özləri haqqında yaratdıqları mifi darmadağın etdik. Ordumuz düşməni cəbhədə, vətəndaş cəmiyyəti üzvləri, media nümayəndələri isə informasiya müharibəsində düşməni rəzil gününə salırlar. Artıq bütün dünya ermənilərinin nə qədər barbar, vandal və faydasız bir toplum olduğunu gördü. Bu gün düşmən üzərində qazanılan uğurun əsas səbəbi milli birliyimizdən qaynaqlanır. Bütün dünya azərbaycanlıları Ali Baş Komandanın arxasındadır və hər kəs bir ağızdan “Qarabağ Azərbaycandır!” deyir. Hesab edirəm ki, rəzil, acınacaqlı duruma düşən Ermənistan qısa zamanda ağ bayrağı qaldıracaq və digər işğalda olan torpaqlarımızdan çıxacaqdır”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53

