/ / Azərbaycan ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində vahid mövqedən çıxış edir
Azərbaycan ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində vahid mövqedən çıxış edir
20.10.2020 [09:28]
Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın bu günlərdə beynəlxalq və regional təşkilatlara ünvanladığı müraciətdə Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədikləri bir daha diqqətə çatdırılıb
Ölkəmizdə mütəmadi olaraq reallaşdırılan siyasi islahatların, o cümlədən qanunvericilik bazasının möhkəmləndirilməsinin, partiyalara və vətəndaş cəmiyyəti institutlarına dəstək tədbirlərinin gücləndirilməsinin məntiqi nəticəsi olaraq respublikamızda yeni siyasi konfiqurasiya formalaşıb. Deyə bilərik ki, artıq ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq, əksər partiyalar və vətəndaş cəmiyyəti təsisatları bütün taleyüklü məsələlərlə bağlı aparılan müzakirələrdə və onların həlli yollarının tapılmasında, ümummilli mənafeyə hədəflənən siyasətin reallaşdırılmasında fəal şəkildə iştirak edərək proseslərə öz töhfələrini verməyə çalışırlar. Heç şübhəsiz, ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların bu günümüz və gələcəyimiz baxımından strateji önəm daşıyan məsələlərdə həmrəylik nümayiş etdirmələri Azərbaycanın milli gücünü artırır.
Ölkəmizdə mövcud olan siyasi birlik milli həmrəyliyin güclənməsini şərtləndirir
Azərbaycan cəmiyyətinin monolitliyi, xalqımızın tarixdən gələn dəyərlərinə sadiqliyi ümummilli məsələlərə münasibətdə xüsusilə qabarıq şəkildə nəzərə çarpır. Biz bunu, həmçinin Ermənistanın işğalçılıq siyasəti ucbatından yaranan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də görürük. Üç onillikdir ki, davam edən münaqişənin ədalətli həllinə nail olunması Azərbaycan dövləti və xalqı üçün bir nömrəli ümummilli məsələdir. Xəbər verildiyi kimi, düşmən tərəf ölkəmizə qarşı növbəti genişmiqyaslı təxribatı sentyabrın 27-də törədib. Ordumuzun komandanlığı Ermənistanın hərbi birləşmələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalini qorumaq üçün Silahlı Qüvvələrimizin bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması əmrini verib. Ötən günlərdə müzəffər Ordumuz düşmənə sarsıdıcı zərbələr vurub və çoxlu sayda yaşayış məntəqəsini, strateji yüksəklikləri işğaldan azad edib.
İndiki çətin dövrdə Azərbaycanın milli gücünü artıran, Ordumuzu yenilməz edən bir sıra fundamental amillər sadalamaq mümkündür ki, onların içərisində də milli birliyimizin önəmini ayrıca qeyd etmək lazımdır. Deyə bilərik ki, hazırda ölkəmizdə fəaliyyət göstərən əksər partiyalar özlərinin siyasi baxışlarından asılı olmayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun yanında olduqlarını bildirirlər və cəbhədə qələbəmizə öz töhfələrini verməyə çalışırlar. Bunun təsdiqi olaraq xatırladaq ki, ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiya bir araya gələrək bəyanat imzalayıb. Eyni zamanda, Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatla əlaqədar 50 siyasi partiyanın bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəkləməsi çox mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, oktyabrın 3-də 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib və müzakirələr aparılıb. Oktyabrın 17-də isə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb. Bəhs olunan müraciətdə Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasının regional və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılıb, bu silahlanmanın, əsasən, Azərbaycana qarşı yönəldiyi və yeni ərazilərin işğal edilməsi ilə bağlı olduğu vurğulanıb. Müraciətdə siyasi partiyalar tərəfindən Ermənistanın şəhər və kəndlərimizi, dinc əhalini hədəfə alması kəskin şəkildə qınanılır. Sənəddə 50 siyasi partiyanın Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyi bildirilib, Azərbaycan xalqı ilə birlikdə Onun ətrafında sıx birləşdiyi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
AXCP və “Müsavat”ın siyasi partiyaların həmrəyliyindən kənarda qalmaları onların ümummilli məsələlərə etinasız münasibətinin göstəricisidir
Yaşadığımız günlər Azərbaycanın tarixində taleyüklü bir dövrdür. Silahlı Qüvvələrimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarını həyata keçirir. Lakin nə qədər təəccüblü olsa da, xalqımızın ümumi sevincinə şərik olmayan, bu çətin günlərdə özlərini milli birliyimizdən kənarda saxlayan qüvvələr də var. AXCP və “Müsavat”ın sərgilədiyi mövqe buna nümunədir. Xatırladaq ki, ermənilər torpaqlarımızın işğalı ssenarilərini məhz bu iki partiyanın Azərbaycanın rəhbərliyində olduğu ötən əsrin doxsanıncı illərinin əvvəllərində həyata keçirmişdilər. Hazırkı Azərbaycan iqtidarı onların bağışlanmaz səhvlərini düzəldir, ölkəmizin ərazi bütövlüyünü bərpa edir.
Qeyd etdiyimiz kimi, AXCP və “Müsavat” siyasi partiyaların bəyənatlarına, yuxarıda bəhs olunan müraciətə imza atmadılar, müzakirələrə qoşulmadılar. Hər iki qurumun siyasi partiyaların həmrəyliyindən kənarda qalmaları onların ümummilli məsələlərə etinasız münasibətinin göstəricisidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39

