Adil Əliyev: Birləşmiş Millətlər Təşkilatının 28 ildən sonra nəsə tələb etməyə haqqı varmı?
01.10.2020 [09:29]
Sentyabrın 29-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı iclası keçirilirdi. İclasın nəticələrini hamılıqla maraqla gözləyirdik. Təbii ki, Təhlükəsizlik Şurasının bu iclası keçirməsinin yeganə səbəbi Azərbaycan Ordusunun inamlı qələbəsi və məğlub duruma düşən Ermənistan tərəfinin beynəlxalq təşkilatlara yalvarışı idi. Əgər Ermənistan tərəfi öz ordusuna güvənirsə, nə üçün davamlı olaraq beynəlxalq təşkilatlara və xarici dövlətlərin rəhbərlərinə döyüşlərin dayandırılması üçün köməklik göstərilməsi barədə çağırış edir? Xalqımız bir daha əmin olsun ki, qeyd-şərtsiz üstünlük bizimdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.
A.Əliyev qeyd edib: “BMT Təhlükəsizlik Şurasının qapalı keçən iclasının yekununda elan olundu ki, Azərbaycan və Ermənistan tərəfləri arasında döyüşlər dayandırılsın, tərəflər sülh prosesinə dəvət edilsin, danışıqlar davam etdirilsin. İlk növbədə, BMT-nin belə bir qərar qəbul etməyə mənəvi haqqı yoxdur.
BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, bütün üzvlərin beynəlxalq münasibətlərdə həm digər dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, həm də BMT-nin məqsədlərinə uyğun olmayacaq şəkildə güc tətbiqi ilə qorxutmaları və birbaşa güc tətbiq etmələri qadağan edilir. Yəni, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır və güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Ermənistan isə artıq 28 ildir ərazimizi işğal edib və bununla kifayətlənməyərək yeni təxribatlar törədib. Beynəlxalq hüquqda elə normalar var ki, onlar bütün dövlətlər üçün məcburidir. Bu normalar “jus cogens” normalarıdır. Dövlətlərin ərazi bütövlüyü prinsipi bu normalara aiddir və icrası məcburidir.
BMT Nizamnaməsinin 2.7-ci maddəsinə əsasən, onun heç bir müddəası Birləşmiş Millətlər Təşkilatına səlahiyyət vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin. Bu gün Azərbaycanın ərazi bütövlüyünü BMT-nin özü də daxil olmaqla bütün dünya tanıyır. Bu halda Azərbaycanın öz yurisdiksiyası daxilində olan ərazisini işğaldan azad etməyə haqqı var. Ermənistan tərəfinin isə Azərbaycanın sərhədləri daxilində nə işi var ki, onlara qarşı da silah işlədilsin.
BMT tərəfindən 28 il əvvəl qəbul olunan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni işğalçı qüvvələrinin işğal altındakı ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr bu günə qədər yerinə yetirilməyib. BMT öz qətnamələrinin icrasını təmin edə bilmirsə, bu gün Azərbaycan tərəfini sülhə çağıra bilməz, buna mənəvi haqqı yoxdur.
Vəziyyət o yerə çatıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 75-ci Assambleyasında çıxış edərək Ermənistan tərəfinin 28 ildir faktiki olaraq təcavüzü davam etdirdiyini bildirdi. Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb edən 4 qətnaməsi bu günədək icra edilməyib. Hansı ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri çox qısa müddət ərzində icra edilir.
Bu gün Ermənistan təcavüzkar siyasətini davam etdirməklə yanaşı, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş bütün normalarını kobud şəkildə pozaraq Livandan və digər ölkələrdən Dağlıq Qarabağa insanları köçürür. Bu isə 1949-cu il Cenevrə Konvensiyasına ziddir. Həmin Konvensiyanın tələblərinə görə, döyüşlərdə muzdlular iştirak edə bilməz. Lakin Ermənistan tərəfinin yaydığı videolardan da görünür ki, döyüşlərdə iştirak etmək üçün Suriyadan və digər ölkələrdən muzdlular gətirilir. Ermənistan tərəfi döyüşlər zamanı mülki əhaliyə və obyektlərə, xüsusilə heç bir halda silah işlədilməsinə icazə verilməyən xəstəxanalara, təcili tibbi yardım maşınlarına atəş açır.
Sentyabrın 29-da baş tutmuş debatda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirini əsaslı arqumentlərlə susduraraq həm diplomatiyada, həm də döyüş meydanında düşməndən qat-qat üstün olduğumuzu bir daha sübut etdi. Prezidentimiz dediyi kimi, biz elə edəcəyik ki, Ermənistan tərəfi bir daha bizim torpaqlarımıza baxmağa belə cürət etməsin.
Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misli görünməmiş tarix yazır. Xalqımız qələbəmizə inanır və qələbə bizimdir!”
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

