Ölkədə sahibkarlığın inkişafı 2010-cu ildə də uğurla davam edəcək
17.03.2010 [10:38]
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən həftə Bakı Biznes Mərkəzinin yeni binasının açılışında söylədiyi nitq ümumilikdə ölkədə sahibkarlığın və sahibkarlıq mühitinin inkişafına yönəlmişdi. Hesab edirəm ki, dövlət başçısının bu çıxışı sahibkarlarımızın öz fəaliyyətlərini yenidən qurmaq və istiqamətləndirmək üçün, eləcə də, Azərbaycan Sahibkarlar Konfederasiyasının gələcək fəaliyyəti üçün bir proqram sənədi idi”. Bu fikirləri “Aqrarkredit” səhmdar kredit təşkilatının sədri və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ötən gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında səsləndirdi.
Nitqini Prezidentin çıxışındakı müddəalar üzərində quran Məmməd Musayev qeyd etdi ki, 2009-cu ilin dünyada böyük maliyyə böhranı ili olmasına baxmayaraq, ötən il Azərbaycanda sahibkarlıq mühiti və ümumilikdə iqtisadiyyatın inkişaf tempi davam edib, ümumi daxili məhsulun (üDM) artımı 9,3 faiz, sənayenin inkişafı 8,6 faiz təşkil edib, inflyasiya isə 1,5 faiz həddində olub ki, bu da böhran dövrü üçün çox yüksək göstəricilərdir. O, bu artım göstəricilərinin 2010-cu ildə də davam edəcəyinə əminliyini vurğuladı. Prezidentin çıxışındakı əsas istiqamətlər barədə məlumat verən natiq, burada əsas diqqətin Azərbaycanda regionların inkişafı ilə yanaşı, kənd təsərrüfatı sahəsinin, kiçik və orta sahibkarlığın, yol infrastrukturunun inkişafına yönəldiyini bildirdi. Azərbaycanda sahibkarlığın çox önəmli bir sahə olduğunu və dövlətin bu sahəyə diqqətini günü-gündən artırdığını qeyd edən Məmməd Musayev, ümumilikdə götürdükdə dövlət başçısının nitqində daha çox sahibkarları maraqlandıran sualların cavablandırılmasına üstünlük verildiyini qeyd etdi. Onun sözlərinə görə, hazırda Azərbaycanda istehsal olunan üDM-in 85 faizi özəl sektorun payına düşür ki, bu da müstəqillik qazandıqdan sonrakı illərlə müqayisədə çox böyük bir nəticədir. Dövlət başçısının çıxışından sitat gətirən natiq qeyd etdi ki, ölkədə sahibkarlıq mühitinin daha da inkişaf etdirilməsi məqsədi ilə biznesin inkişafı üçün süni maneələr aradan qaldırılmalı, əsassız yoxlamalar dayandırılmalıdır. Yerli icra orqanları sahibkarlara kömək göstərməlidir.
Bundan əlavə, ASK ixracla məşğul olan sahibkarlara hüquqi yardım göstərmək, onlara məqsədli şəkildə, güzəştli ixrac kreditləri vermək, eyni zamanda, vergi yüklərinin azaldılması istiqamətində konkret addımlar atmaqdadır. O, Prezidentin tövsiyələrini rəhbər tutaraq, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, ixracatın dəstəklənməsi, yerli istehsalın artırılması, daxili bazarın qorunması istiqamətində ASK tərəfindən 2010- 2011-ci illərdə müvafiq işlərin görüləcəyini vurğuladı.
Bu ilin fevralında Azərbaycan hökuməti ilə, ASK və AHİK arasında birgə sazişın imzalandığını xatırladan Məmməd Musayev qeyd etdi ki, bu sənəd 2010-2011-ci illər üçün Azərbaycan hökuməti ilə sahibkarlar arasında birgə fəaliyyət proqramını özündə əsk etdirib və burada hansı sahələrə diqqətin ayrılması, hansı sahələrin inkişaf etdirilməsi ilə bağlı tərəflərin öhdəlikləri müəyyənləşdirilib.
Rəhbərlik etdiyi qurumun əsas funksiyasının Azərbaycan hökuməti ilə sahibkarlar arasında körpü rolunu oynamaqdan ibarət olduğunu diqqətə çatdıran Məmməd Musayev, həmçinin, ASK-da sahibkarlara kömək məqsədi ilə onlara həftədə bir gün pulsuz hüquqi yardım göstərilməyə başlandığını, analoji xidmətlərin gələcəkdə, maliyyə, bank, vergi və sığorta sahələrini də əhatə edəcəyini bildirdi, bütün bunların isə sahibkarlara öz fəaliyyətlərini zamanın tələbinə uyğun qura bilmələrinə şərait yaradacağını vurğuladı.
Daha sonra rəhbəri olduğu digər qurum - “Aqrarkredit” səhmdar kredit təşkilatının fəaliyyəti haqda məlumat verən Məmməd Musayev qeyd etdi ki, nizamnamə kapitalı 16,5 milyon manat təşkil edən müəssisə 100 faiz dövlət təşkilatıdır. Aktivləri 23 milyon manat təşkil edən müəssisənin kredit portfeli 1 yanvar 2010-cu il tarixinə 16 milyon manat təşkil edib. Təşkilat 2009-cu ili mənfəətlə başa vurub. Əsas məqsədlərinin Azərbaycanın regionlarında kiçik və orta sahibkarlığı dəstəkləmək məqsədilə sahibkarlara kiçik həcmdə kreditlərin verilməsi olduğunu qeyd edən natiq, 46 rayonda sahibkarlara kredit verdiklərini söylədi. Kreditlər sahibkarlara həm təşkilatın öz vəsaitləri hesabına, eləcə də, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına paylanılıb.
Fondla ən yaxın əməkdaşlıq edən qurumlardan biri olduqlarını deyən natiq, indiyədək keçirilən bütün kredit yarmarkalarında yaxından iştirak etdiklərini və sahibkarlara 30 min manat həcmində kreditlər verdiklərini vurğuladı.
Azərbaycanın kredit portfelində kənd təsərrüfatının inkişafına yönəldilən kreditlərin həcminin 4,7 faiz təşkil etdiyini qeyd edən natiq, bu göstəricinin aşağı olduğunu və “Aqrarkredit” tərəfindən sahibkarlara ayrılan kreditlərin əsasən kənd təsərrüfatının inkişafı istiqamətinə yönəldildiyini vurğuladı. Təşkilatın 12 regionda filiallarının fəaliyyət göstərdiyini vurğulayan Məmməd Musayev “Aqrarkredit” tərəfindən ayrılan kreditlərin bütün sahibkarları əhatə etməsinə çalışdıqlarını və əsas məqsədlərinin regionların inkişafına kömək etmək olduğunu bildirdi. O, həmçinin, regionlarda kənd təsərrüfatını inkişaf etdirmək məqsədi ilə İFAD xətti ilə ölkənin bir sıra bölgələrində kredit layihələrində yaxından iştirak etdiklərini vurğuladı.
Daha sonra jurnalistlərin suallarını cavablandıran Məmməd Musayev, cari ildə də sahibkarlara keyfiyyətli xidmət göstərəcəklərini, ölkədə sahibkarlığın inkişafına yardım edəcəklərini və bu yolla da ölkə əhalisinin rifah halının yüksəldilməsinə töhfə verəcəklərini vurğuladı.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

