/ / Cavanşir Paşazadə: Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda və Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında tarixi çıxış etdi
Cavanşir Paşazadə: Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda və Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında tarixi çıxış etdi
26.09.2020 [00:08]
“Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında, həm də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında tarixi çıxış etdi. Cənab Prezident çıxışlarında dünyanı narahat edən problemlər, münaqişələr, koronavirus pandemiyası ilə mübarizə, BMT-də islahatların aparılmasının zəruriliyi ilə bağlı fikirlərini ifadə etdi”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Cavanşir Paşazadə bildirib ki, BMT-nin struktrunda islahatların aparılmasına, bu təşkilatın dünyada baş verən proseslərdə ədalətli rolunun gücləndirilməsinə ehtiyac var. Dövlət başçısının qeyd etdiyi kimi, beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.
“Cənab Prezident çıxışında qeyd etdi ki, BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir”,-deyən millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin belə bir mötəbər toplantıda Qoşulmama Hərəkatının adından çıxış etməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin hələ də icra olunmaması təşkilatın nüfuzuna zərbədir. Bu baxımdan, Prezident İlham Əliyevin BMT-nin toplantısında çıxışları zamanı bu məsələni vurğulaması böyük əhəmiyyət kəsb edir. “Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Bütövlükdə, çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini, təcavizkar niyyətini və törətdiyi təxribatları tamamilə ifşa etdi. Məlumdur ki, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Ermənistan işğal olunmuş ərazilərimizdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib. Bütün bu faktları bəyan edən cənab Prezident Ermənistanın son təxribatları haqqında da məlumat verib, mülki əhalinin və mülki infrastrukturun da qəsdən hədəfə alındığını diqqətə çatdırıb. Cənab Prezident bir daha bəyan edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, torpaqlarımız işğaldan azad edilməli və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar”-deyən, C.Paşazadənin sözlərinə görə, beynəlxalq birlik Azərbaycan Prezidentinin bəyanatından və çağırışlarından nəticə çıxarmalı və Ermənistanı sülhə məcbur etmək üçün addımlar atmalıdır.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

