Hərbi-texniki sahədə də Türkiyə Azərbaycanın bir nömrəli tərəfdaşına çevrilir
19.08.2020 [09:17]
“Azərbaycanın silah aldığı əsas ölkənin perspektivdə Türkiyə olması ölkəmizin maraqları baxımından mühüm hadisə olacaq. Azərbaycan işğal altındakı torpaqlarını azad və ərazi bütövlüyüni bərpa etmək, Qarabağ problemini həll etmək üçün Milli Ordumuzu hər cür ən müasir hərbi texniki avadanlıqlarla təchiz edir və bu proses davam edəcək”. Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu gün real hərbi silah və sursat istehsalı rəqabəti müstəvisində hansı ölkədə ən modern silahlar olarsa, Azərbaycan onu da əldə edəcək: “Sevindirici və qürurverici haldır ki, bu gün Türkiyə silah istehsal edən ölkələr sırasında öncül mövqeyə çıxmağa nail olub. Bu, şübhəsiz ki, Azərbaycanın da hərbi-texniki komplekləşməni aparan zaman diqqətini çəkən məqamdır. Üstəlik, tarixi strateji müttəfiqimiz olan Türkiyədən silah alınması aktualdır, həmişə olub, bu gün də var. Belə də davam edəcək. Əlbəttə ki, bütün iqtisadi, mədəni proseslərdə olduğu kimi, hərbi müstəvidə də əməkdaşlıq davam edəcək. Ali Baş Komandanımızın bildirdiyi kimi, bu əməkdaşlıq strateji xarakter daşıdığından, təbii tarixi müttəfiqliyə söykəndiyindən perspektivdə Türkiyəni Azərbaycanın bir nömrəli hərbi-siyasi tərəfdaşına çevirəcək. Bu ölkəmizin maraqları baxımından mühüm hadisədir”.
“Diqqət yetirsək, görürük ki, dünya siyasəti olduqca mürəkkəbdir. Regionumuz olduqca mürəkkəb zonada yerləşir. Amma bu qədər mürəkkəbliyin içində bir də sadəlik var. Ona görə də bəzən deyirlər ki, ən mürəkkəb şey ən sadə şeydir. 12 iyul hadisələrindən sonra yeni strateji həqiqətlər ortaya çıxdı. Bu da ondan ibarətdir ki, baş verən bu qədər hadisələr fonunda Azərbaycanın arxasında sadəcə yalnız onun təbii, tarixi strateji müttəfiqi dayandı. Bu, mürəkkəb hesab edilən dünya siyasətinin çox sadə izahıdır. Bu gün ölkəmizin milli maraqları tarixən olduğu kimi Türkiyə ilə münasibətlərin daha da inkişaf etdirilməsini zəruri edir. Azərbaycan Prezidenti də Türkiyə Milli Müdafiə nazirini qəbul edərkən məhz buna vurğu edərək qardaş ölkənin bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlıqda da ölkəmizin bir nömrəli tərəfdaşına çevriləcəyini diqqətə çatdırdı”, - deyə millət vəkili əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35

