/ / Müdafiə Nazirliyi Azərbaycan Ordusunun yüksələn imicinə xələl gətirməyə yönələn yalan məlumatlara münasibət bildirib
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun yüksələn imicinə xələl gətirməyə yönələn yalan məlumatlara münasibət bildirib
12.08.2020 [08:55]
Xaricdə məskunlaşaraq ölkəmizə düşmən mövqedə olan mənbələr, eləcə də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən, onlardan təlimat alan bəzi üzdəniraq şəxslər Azərbaycan Ordusunda uzun illər xidmət edən Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova, eləcə də digər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyasının önündə gedirlər. Bu şəxslərin əsas məqsədləri Azərbaycan Ordusunun yüksələn imicinə xələl gətirməyə yönələn yalanlar uydurmaqdır.
Bunu AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, onların bu yaxınlarda keçirilən əməliyyat müşavirəsində guya “Baş Qərargah rəisinin türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi” barədə iddiaları yalandır, növbəti iftiradır, heç bir həqiqətə uyğun deyil. Həmin müşavirədə qeyd olunan iddialarla bağlı heç bir fikir səsləndirilməyib, yalnız xidməti məsələlər müzakirə edilib.
Bu cür çirkin üsullarla Azərbaycan Ordusuna və hərbi qulluqçularımıza qarşı addımlar atan, qərəzli yazılar dərc edənlərin başlıca niyyətləri işğalçı Ermənistanın maraqlarına xidmət etməkdir. Amma həmin məkrli dairələr və onların ortaya atdığı ünsürlər bilsinlər ki, heç zaman çirkin niyyətlərinə nail ola bilməyəcəklər.
“Biz həmin şəxslər tərəfindən səsləndirilən qərəzli fikirləri qəti surətdə rədd edirik. Bildiririk ki, belə dezinformasiya xarakterli məlumatların məhz bu gün - Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin keçirildiyi ərəfədə yayılması Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ölkəmizə qarşı həyata keçirilən növbəti təxribatın tərkib hissəsidir”, - deyə qeyd olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

