Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib
21.07.2020 [09:15]
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Xaricdə yaşayan azərbaycanlılara müraciət edib.
Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə deyilir: “Əziz soydaşlarımız. Son bir həftə ərzində erməni təxribatçılarının Azərbaycan ərazisinin Tovuz istiqamətində hücumlarına Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında bütün istiqamətlərdə lazımi cavablar verilməkdədir. Sizin Ermənistanın bu çirkin niyyətini ifşa edərək yerli ictimaiyyətə çatdırmaqda xüsusi rolunuzu qeyd etmək istəyirik. İşğalçı dövlət bu çirkin əməlləri ilə həm də mülki əhalini hədəf alıb və müxtəlif vandalizm aktları həyata keçirilib.
Azərbaycan ordusunun təxribatçıya endirdiyi zərbələr kimi, siz də ordumuza dəstək olaraq xüsusi birlik nümayiş etdirmisiniz. Bu illər ərzində xaricdə yaşayan soydaşlarımız ilk dəfədir ki, belə birlik nümayiş etdirdi və Azərbaycan dövlətinin, ordusunun arxasında sıx birləşdiyini bəyan etdi. 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları 100-ə qədər bəyanat verib. 20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib. Ümumilikdə bu müddət ərzində 20 xarici ölkədə 41 aksiya keçirilib və aksiyalarda 10 mindən çox soydaşımız iştirak edib. Bu aksiyaların mütləq şəkildə davam etdiriləcəyindən əminik. Xüsusi olaraq vurğulayaq ki, Ermənistan işğalçı siyasətini həyata keçirən zaman bəzi ölkələrdə ermənilər tərəfindən Azərbaycan səfirliklərinin qarşısında icazəsiz aksiyalar keçirməyə cəhdlər olub. Amma sizin birlik nümayiş etdirərək çevik müdaxiləniz nəticəsində bu aksiyaların qarşısı qətiyyətlə alınıb. Bu qəbildən olan birlik nümayişinə Polşa, ABŞ, Hollandiya və digər ölkələrdə baş verən hadisələri nümunə kimi göstərmək olar.
Biz bilirik ki, bizim soydaşlarımız yaşadıqları ölkələrin qanunlarına riayət edərək, yalnız icazəli aksiyalar keçirir. Bu onun göstəricisidir ki, azərbaycanlılar öz haqq səsini dünyaya çatdırarkən yaşadıqları ölkələrin qanunlarına əməl edir, sivil qaydalar çərçivəsində hərəkət edirlər.
Bizdə olan məlumatlara görə, erməni diasporu təşviş içindədir və müxtəlif təxribatlara əl atmaq niyyətindədir. Amma əminik ki, bizim soydaşlarımız onlara lazımi cavabı verir və verəcək. Bu həftə ərzində də xaricdə yaşayan azərbaycanlılar müxtəlif beynəlxalq təşkilatların, yerli parlamentlərin qarşısında icazəli aksiyalar təşkil edəcəklər. Bu gün bizim soydaşlarımız ayaqdadırlar. İş adamları, elm adamları, tələbələr, diaspor təşkilatları, diaspor fəalları - bir sözlə Vətənin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı Azərbaycana bacardığı dəstəyi nümayiş etdirir.
Biz sizi yalnız Azərbaycan Respublikasının dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırırıq. Torpaqlarımız erməni işğalından azad olana qədər əlinizdən gələn qədər dövlətimizə və ordumuza dəstək verməyə səsləyirik.
Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Biz sizinlə fəxr edirik!”.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

