Azərbaycan dövləti mövcud status-kvonun davam etməsi ilə barışa bilməz
02.03.2010 [08:04]
2009-cu ilin əvvəllərindən, hətta 2008-ci ilin sonlarından Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda yaranmış aktivlik bu gün etibarilə ortaya yeni mənzərənin çıxmasını şərtləndirib. Xüsusən, 2 il öncə Mayn-Dorf qəsrində imzalanmış Bəyannamə, həmçinin, ötən il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutmuş ardıcıl görüşlərdən sonra 2010-cu ildə münaqişənin həllində dönüş yaranacağına dair ümidlər artır. Eyni zamanda, Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun dünyanın diqqətini daha çox cəlb etməyə başladığı bir məqamda ümumi sabitliyə və inkişafa əngəl törədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli hazırda beynəlxalq güc mərkəzlərinin də əsas prioritetlərindən birinə çevrilib. Təbii ki, Azərbaycanın öz iqtisadi potensialını gündən-günə artırması və öz gücünü dünyaya qəbul etdirmək əzmini ortaya qoyması da bu məsələdə önəmli rol oynayır.
Bildiyimiz kimi, 2010-cu ildə danışıqlar Madrid prinsiplərinin yenilənmiş variantının tərəflərə təqdim olunması ilə başlandı. İndi prosesin davamı üçün Bakı və İrəvanın yeniliklərə münasibətini bildirməsi və bununla bağlı təkliflərini açıqlaması başlıca şərtdir. Bu mənada rəsmi Bakı adına heç bir problem yoxdur. Belə ki, dövlət başçılarının görüşündən cəmi bir neçə gün sonra Azərbaycan yeni təkliflərlə bağlı fikirlərini bildirdi və hətta sənədə öz korrektələrini də təqdim etdi. Amma geridə qoyduğumuz bir aydan da artıq vaxt ərzində Ermənistan hakimiyyətinin rəsmi mövqe ortaya qoymaması heç də xoş qarşılana bilməz. Bu günə qədər açıq şəkildə olmasa belə dolayı yollarla İrəvana dəstək verən müəyyən güclü dövlətlər və hətta ermənilərin “ərköyünlüyünə” göz yuman Minsk qrupunun üzvləri belə İrəvanın bu cür davranışlarından narahatçılıq duyduqlarını dilə gətiriblər. Bu da səbəbsiz deyil. Artıq hamı, o cümlədən, beynəlxalq ictimaiyyət də münaqişənin yekun həllinə nail olunmağın vacibliyini dərk edir və mövcud status-kvonun ömürlük olmayacağını anlamaqdadır.
Ermənilərin qorxusu da məhz bununla bağlıdır. Onlar 20 il öncə məskunlaşdıqları özlərinin olmayan torpaqlardan çıxmalı olduqlarının fərqindədirlər və prosesin o istiqamətdə sürətlə cərəyan etdiyini görürlər. Hər vəchlə heç olmasa bu məsələdə vaxt udmaq üçün hadisələrin axarını ləngitməyə çalışırlar. Amma işğalçılar bunun da heç bir faydası olmadığını görməli və dərk etməlidirlər. çünki, zaman artıq o zaman deyil. Sahib olduğu güclü iqtisadiyyatı, qüdrətli ordusu, cəmiyyət arasındakı həmrəylik və birlik hesabına Azərbaycan istənilən halda torpaqlarını işğaldan azad edə bilər. Və bu Cənubi Qafqazda növbəti müharibə alovunu istəməyən güclər üçün kifayət qədər ciddi siqnal olmalıdır. Müasir dünyanın mənzərəsini və hadisələrin gələcək axınını müəyyənləşdirən güc amili artıq ölkəmiz üçün də yad bir anlayış deyil. Əksinə, Azərbaycan geridə qoyduğumuz tarixi dövr ərzində üzərinə götürdüyü missiyaları yüksək səviyyədə icra edərək və vəzifələrini yerinə yetirərək hansı gücə sahib olduğunu təsdiqləyib. Lakin ölkəmiz bunları yetərli hesab etmir və sürətli inkişaf prosesini davam etdirməkdə qərarlıdır. Aparılan islahatlar, həyata keçirilən proqramlar, icra olunan layihələr Azərbaycanın gücünə güc qatır, mövqelərini gücləndirir. Azərbaycan Prezidenti İlham Əliyev həftə sonunda Qəbələ rayonunda məcburi köçkünlərlə görüşü zamanı bir daha bəyan etdi ki, artıq Azərbaycan istənilən yolla münaqişənin taleyini həll edə bilmək imkanına malikdir: “Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik. İqtisadi inkişafımızı daha da gücləndirməliyik. Baxmayaraq ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ilin yekunlarına görə dünya miqyasında bütün ölkələr arasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik. Görülən bütün işlər bu məqsədi güdür”.
O da vurğulanmalıdır ki, iqtisadi inkişaf, ölkənin əldə etdiyi iqtisadi nailiyyətlər digər sahələrdə də yüksək qələbələrin əldə olunmasına şərait yaradır. Bu mənada ölkəmizin iqtisadi gücünün artması bir nömrəli problem olan Dağlıq Qarabağ münaqişəsinin həllinə də zəmin hazırlayır. Məhz bu zəmindən yararlanaraq Azərbaycan ən qısa zamanda münaqişənin yekun həllinə nail olmaqda qərarlıdır. Təbii ki, bunun hansı formada reallaşacağı gələcək proseslərdən asılı olacaq. Əgər Ermənistan onlar üçün yaradılmış bu qızıl fürsətdən istifadə edib münaqişənin sülh yolu ilə həllinə razılıq verərsə və addımlarını bu yöndə atarsa, hərb variantına əl atmağa ehtiyac qalmayacaq. Yox əgər, İrəvan hakimiyyəti 20 ildir sərgilədiyi mövqeni qoruyacaqsa, onda hərb ehtimalı qaçılmaz və hətta labüd olacaq. Cənab Prezident də sözügedən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövcud həlsizlik mühitinin davam etməsində maraqlı olan qüvvələrə açıq şəkildə ifadə etdi ki, Azərbaycan dövləti yaranmış bu vəziyyətlə barışa bilməz: “Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq yarana bilər. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır və tapacaqdır. Sadəcə olaraq, biz istəyirik ki, bu, tezliklə olsun və ermənilər öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxsın”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

