Gənc alimlərimiz Avropanın elm mərkəzlərində təhsil alacaq
17.02.2010 [09:44]
Azəbaycanda elmin inkişafı və elmi-pedaqoji kadrların hazırlanması dövlət siyasətinin prioritet sahələrindən biridir. Təsadüfi deyil ki, yüksək elmi potensiala malik gənclərin istər ölkəmizdə, istərsə də xaricdə təhsil alması da məhz dövlətin dəstəyi ilə həyata keçirilir. Son illər bu məqsədlə Dövlət proqramları hazırlanıb, Prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb. Bu il fevralın 9-da isə dövlət başçısı “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elm mərkəzlərində doktorant təhsilinin maliyyələşməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamın məqsədi Azərbaycanda elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirməkdir. Sənədə əsasən gənc alimlərin Avropadakı elmi mərkəzlərin doktoranturalarında təhsil almaları üçün Prezidentin Ehtiyat Fondundan 500 min manat həcmində vəsait ayrılacaq.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası xarici ölkələrin doktoranturalarında təhsil alacaq 10 alim və mütəxəssisi müəyyən edib. Onlardan 3 nəfər Geologiya, 2 nəfər Fizika, 2 nəfər Kibernetika, 2 nəfər Botanika və 1 nəfər Zoologiya institutlarının əməkdaşlarıdır. Bu gənc alimlər Fransanın Serji-Pontuaz Universiteti və Frenel İnstitutu, Belçikanın Gent, Avstriyanın Leoben, Almaniyanın Bremen, Bilefeld və Fridrix Şiller adına Yena universitetləri və İspaniyanın Elmi Tədqiqatlar üzrə Ali Şurası və digər elmi mərkəzlərdə təhsil alacaqlar.
Elmin və təhsilin inkişafına dövlət qayğısı
Yuxarıda da vurğuladığımız kimi ölkəmizdə elmin və təhsilin inkişafını stimullaşdırmaq, bu sahəyə dövlət qayğısını artırmaq, elmi-pedaqoji və təhsil işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə mütəmadi addımlar atılır. Azərbaycanda elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədilə ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyllərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin, əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədilə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” təsdiq edilib.
Kadr hazırlığı
Azərbaycan dövlət müstəqilliyini əldə edənə qədər ölkəmizdə elmi-pedaqoji kadrların hazırlanmasının əsas forması aspirantura idi. 1992-ci ildə təsdiq edilmiş Təhsil Qanununda bakalavr-magistr-doktor sisteminə keçid nəzərdə tutulsa da, bu, tam reallaşdırıla bilmədi. Həmin Qanunda magistratura pilləsindən sonra yeni məzmunlu doktorantura pilləsinin yaradılması da nəzərdə tutulurdu ki, bu məsələ də reallaşmadı. Nəticədə, magistratura pilləsi ilə elmi və elmi-pedaqoji kadrların hazırlanmasının əsas forması olan aspirantura pilləsi paralel fəaliyyət göstərməyə başladı. Magistratura pilləsindən ilk buraxılış olduqdan sonra (1999-cu il) aspiranturaya həm 5 illik ali təhsil haqqında diplomu (köhnə təhsil sistemi üzrə), həm də magistr diplomu (yeni təhsil sistemi üzrə) olan şəxslər qəbul edilirdi. Aspirantura pilləsindən sonra gələn doktoranturanın forması və məzmunu isə dəyişdirilmədi.
Artıq həm Azərbaycanda, həm də xaricdə elmi kadrların hazırlanması genişlənməkdədir. Məlum olduğu kimi, elmi-pedaqoji kadr hazırlığının əsas məqsədi - ali məktəblərin professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini artırmaqdan ibarətdir. Ali təhsil islahatının yaxın və uzaq perspektivdə həyata keçirilməsi keyfiyyətli elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır. Buna görə, ölkəmizdə professor-müəllim heyətinin yeniləşməsinə və gəncləşməsinə diqqət yetirilir, elmi-pedaqoji kadrların hazırlanması üçün lazımi şərait yaradılır. Bunun nəticəsində ali məktəblərdə çalışan professor-müəllim heyətinin həm sayı, həm də peşəkarlıq səviyyəsi artır. Belə ki, dövlət ali məktəblərində 1990-cı ildə 8541 elmi-pedaqoji kadr, o cümlədən 581 (6,8 faiz) elmlər doktoru, 4301 (50,3 faiz) elmlər namizədi çalışırdısa, 2002-ci ildə bu göstəricilər müvafiq olaraq 11243, 824 (7,3 faiz) və 5137 (45,6 faiz) nəfər olub. Beləliklə, 12 il ərzində elmi-pedaqoji kadrların ümumi sayı 1,3 dəfə, elmlər doktorlarının sayı 1,4 dəfə, elmlər namizədlərinin sayı 1,2 dəfə artıb.
2008-ci ilin əvvəllərinə olan statistik məlumatlara görə respublikada 1651 aspirant təhsil alırdı. Bunlardan 669 nəfəri (40,5 faiz) Təhsil Nazirliyi sistemindəki ali məktəblərin payına düşürdü. Aspirantların 61,4 faizi istehsalatdan ayrılmaqla təhsil alırdı və onların da 30 faizini qadınlar təşkil edirdi.
Son illər dissertantura yolu ilə, yəni aspiranturadan kənar müstəqil tədqiqatlar aparmaqla namizədlik dissertasiyasını hazırlamaq və müdafiə etmək meyli də artıb. Əgər 2008-ci ildə Təhsil Nazirliyi üzrə ali məktəblərin aspiranturasında 669 nəfər təhsil alırdısa, həmin il dissertantların sayı 1636 nəfər olub. Dissertantura işini tənzimləmək məqsədilə 2006-cı ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən ali məktəblərin dissertanturasına qəbul planı və qəbul qaydaları təsdiq edilib.
Aspiranturanın səmərəli fəaliyyət göstərməsi üçün ali məktəblərdə bir sıra tədbirlər həyata keçirilir: elmi nəşrlərin sayı artırılır, elmi konfranslar keçirilir, elmi kitabxana fondları zənginləşdirilir, beynəlxalq şəbəkəyə qoşulmuş yeni kompüter sinifləri açılır və s. Təhsil Nazirliyi tərəfindən hər il bütün elm sahələri üzrə aspirantların və gənc tədqiqatçıların respublika elmi konfransları keçirilir, müsabiqələr təşkil edilir.
Dövlət büdcəsi hesabına təhsil alan aspirantlara dövlət tərəfindən xüsusi qayğı göstərilir. Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən aspirantların təqaüdü mütəmadi artırılır.
Xaricdə təhsil
Dövlət xətti ilə xaricdə təhsil alan aspirantlar da dövlətin diqqətindən kənarda qalmır. Məsələn, Nazirlər Kabinetinin “Rusiya Federasiyasında Azərbaycan Respublikasından təhsil alan aspirant və doktorantlara təqaüd müəyyən edilməsi haqqında” 2003-cü il tarixli 122 nömrəli qərarı ilə Rusiya Federasiyasında dövlət xətti ilə təhsil alan hər bir azərbaycanlı aspiranta 150 ABŞ dolları, doktoranta 200 ABŞ dolları ekvivalentində büdcə vəsaiti hesabına təqaüd müəyyən edilib. İntellektual potensialın qorunması məqsədi ilə aspirant və doktorantların fasiləsiz hazırlanması prosesi həm respublikamızın, həm də xarici ölkələrin ən nüfuzlu ali məktəblərində həyata keçirilir.
Son illər xaricdə təhsil sahəsinə, o cümlədən, aspirant və doktorantların xaricdə təhsil almalarına dövlət qayğısı daha da artıb. Azərbaycan Prezidenti 2007-ci ildə imzaladığı Sərəncamla “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq edib. “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” da təsdiq edilib. Həmin sənəddə xarici ölkələrin aspirantura və doktorantura pilləsində təhsil alacaq Azərbaycan gənclərinin seçiminin yaxşılaşdırılması üçün meyarlar və prosedurlar müəyyən edilib və gənclərin xaricdə təhsillə bağlı bütün xərclərinin - vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış, gündəlik qida, minimum zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə gediş-gəliş xərclərinin ödənilməsinin (təşkilati xərclər daxil olmaqla) dövlət tərəfindən həyata keçiriləcəyi göstərilib.
Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzovun fikrincə, xarici ölkələrdə kadr hazırlığı məsələsi dövlətin xüsusi önəm verdiyi məsələlərdəndir. Bu, ayrılan vəsaitin həcmindən də aydın görünür: “Bu məqsədlə 500 min manat vəsait ayrılır. Bu proqramın üstünlüyü ondadır ki, burada kadrlar konkret ixtisaslar üzrə, məqsədli göndəriləcək. Təhsil Nazirliyinin indiyədək həyata keçirdiyi Dövlət Proqramı isə həcm və mahiyyət baxımından böyük olsa da, iş yeri kadrlar xaricdə təhsilini başa vurub ölkəyə qayıdandan sonra müəyyənləşdirilir. Başqa bir tərəfdən, Dövlət Proqramında bakalavr, xüsusilə, magistr hazırlığına daha çox vəsait ayrılır. üstünlük isə əsasən, tibb sahəsi üzrə mütəxəssis hazırlığına verilir. Hazırda Almaniyada diplomdan sonrakı hazırlıq mərhələsində təhsil almaq istəyənlər üçün Nazirliyin internet saytında elanlar qoyulub. Bu kadrları almanlar özü seçir, ümumiyyətlə, Nazirlik qəbul prosesinə qarışmır. Dövlət Proqramı üzrə qəbul olunan kadrlara lazım olan maddi dəstək verilir”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

