/ / Eldar İbrahimov: Koronavirus pandemiyasından az itkilərlə çıxmaq üçün vətəndaşlar müvafiq qaydalara ciddi şəkildə əməl etməlidirlər
Eldar İbrahimov: Koronavirus pandemiyasından az itkilərlə çıxmaq üçün vətəndaşlar müvafiq qaydalara ciddi şəkildə əməl etməlidirlər
04.06.2020 [09:23]
“Koronavirus pandemiyasından az itkilərlə çıxmaq üçün vətəndaşlar müvafiq qaydalara ciddi şəkildə əməl etməlidirlər. Təəssüf ki, xüsusi karantin rejimi yumşaldılandan sonra bəzi insanlar məsələyə laqeyd yanaşırlar. Amma belə yanaşma doğru deyil. Ona görə də bu sahədə maarifləndirmə işi gücləndirilməlidir”. Bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, hazırda pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır: “Məlumdur ki, TƏBİB tərəfindən pandemiya ilə əlaqədar ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün metodiki göstərişlər, qaydalar işlənilib hazırlanıb. Əlbəttə ki, bu maarifləndirmə işləri böyük əhəmiyyət kəsb edir. Əgər obyekt sahibləri, vətəndaşlar həmin metodiki göstərişlərə və qaydalara əməl edərlərsə, infeksiyaya yoluxma halları da minimum səviyəyyə enə bilər. Ona görə də hamı bu qaydalara mütləq qaydada riayət etməlidir. Bu mənada, burada maarifləndirmə işlərinin rolu böyükdür və hazırkı şəraitdə maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir”.
YAP İdarə Heyətinin üzvü söyləyib ki, infeksiyaya yoluxma hallarının artmasının qarşısını almaq məqsədilə Operativ Qərargah müvafiq yerlərdə tibbi maskalardan istifadənin zərurliyi haqqında qərar qəbul edib. Eyni zamanda, Azərbaycanda epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Milli Məclis tərəfindən bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Deputat deyib ki, belə bir təcrübə dünya ölkələrində də mövcuddur. Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzas da tətbiq olunur. Əslində, cərimələrin tətbiq olunması vətəndaşların məsuliyyətini artıracaq və bununla da infeksiyaya yoluxma halları da azalacaq.
“Burada vacib məqamlardan biri də ictimai qınaq məsələsidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Ona görə də prosesə ictimai nəzarət və ictimai qınaq vacib şərtlərdən biridir. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir”, - deyə E.İbrahimov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07

