/ / Qeyri-qanuni tikililərin inşasına şərait yaratmış aidiyyəti orqanlar yol verdikləri səhvi aradan qaldırmalıdırlar
Qeyri-qanuni tikililərin inşasına şərait yaratmış aidiyyəti orqanlar yol verdikləri səhvi aradan qaldırmalıdırlar
13.02.2010 [09:14]
Son günlər ölkəmizdə yüksək gərginlikli elektrik xətlərinin, su və qaz kəmərlərinin üzərində qeyri-qanuni tikilmiş evlərlə bağlı məsələ diqqət mərkəzindədir. Hazırda müvafiq qurumlar tərəfindən həmin evlərin sökülməsinin gərəkli olması, bu evlərin insan həyatı üçün təhlükə mənbəyi olması ilə bağlı məlumatlar yayılır. Bir çox qurumlar isə həmin qanunsuz tikililərin tez bir zamanda sökülməsini və ya başqa ərazilərə köçürülməsini məsləhət görürlər.
Sənaye və Energetika Nazirliyindən bildiriblər ki, bu məsələ ilə bağlı icra hakimiyyətlərinə, müvafiq qurumlara, vətəndaşların özlərinə dəfələrlə müraciət edilib: “Müraciətlərdə qeyd olunub ki, qanunsuz tikililərin qarşısı alınsın, təhlükəli ərazilərdə tikililərin, yaşayış massivlərinin salınmasına imkan verilməsin. Eyni zamanda, aidiyyəti qurumlara da bu barədə tapşırıqlar verilib. Dövlət Neft Şirkətinə məxsus mədən ərazilərində, xüsusilə, Bibiheybət zonasında qeyri-qanuni tikililər var. Vaxtilə qurumlar razılıq məktubu veriblər, amma bu razılığın heç bir hüquqi əhəmiyyət kəsb etmədiyi aşkar olunub. Həmin yerlər insanlar üçün olduqca təhlükəli zonalardır, güclü radiasiya, şüalanmanın mövcud olduğu ərazidir. Burada insan həyatı üçün təhlükə törədə biləcək hər hansı bir hadisə baş verə bilər. Biz bir daha həmin aidiyyəti qurumlara, müvafiq icra hakimiyyəti orqanlarına və vətəndaşlara müraciət edərək bildiririk ki, bu qanunsuzluq qısa bir vaxtda aradan qaldırılmalıdır”.
“Bakıelektrikşəbəkə” ASC-dən verilən məlumatda vurğulanıb ki, yüksək gərginlikli naqillərin altında qeyri-qanuni evlərin tikilməsi elektrik enerjisinin keyfiyyətli ötürülməsində müəyyən problemlər yaradır: “Bu, həm də təhlükəsizlik qaydalarının pozulmasına səbəb olur. Belə neqativ hallar xüsusilə, Binəqədi, Nərimanov, Əzizbəyov rayonlarında, eyni zamanda, Sulutəpə, Biləcəri qəsəbələrində, Böyük Şor adlanan ərazilərdə mövcuddur. Biz bununla bağlı dəfələrlə rayon icra hakimiyyətlərinə, bələdiyyələrə məktublar göndərib xəbərdarlıqlar etmişik. Ancaq təəssüflər olsun ki. bunların heç bir nəticəsi olmayıb. Əslində, yaşayış evləri tikilməzdən əvvəl hər bir kəs evin tikilməsi üçün texniki şərtlər almalıdır. Bununla bağlı biz də hər hansı bir rəy verməliyik. Bu yaxınlarda Nərimanov və Biləcəri rayon ərazilərində yüksək gərginlikli elektrik naqillərinin altında obyekt tikintisinin qarşısını aldıq. Əgər onun qarşısı alınmasaydı, bu gün Bakı şəhərinin yarısından çoxu qaranlığa qərq olmuşdu. Düşünürəm ki, bu cür qeyri-qanuni tikililərin qarşısının alınması üçün təkcə bizlər deyil, vətəndaşlar da yaxından iştirak etməlidirlər”.
“Azəriqaz” İB-dən isə bildiriblər ki, bu məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib: “Bu tapşırıqlarda bütün yüksək, orta qaz tərkibli kəmərlərin üzərində quraşdırılan, tikinti aparılan müəssisə və təşkilatlara qarşı tədbirlərin görülməsi tapşırılıb. Bundan sonra biz hər bir rayon İcra Hakimiyyətinə belə hadisələri sadalamaq şərtilə hansı rayonun ərazisində nələr olduğunu məktub formasında göndərdik. Xahiş etdik ki, qanunsuz tikintilərin sökülməsi, obyektlərin yığışdırılması, magistral qaz kəmərlərinin mühafizə zonasında olan bütün qeyri-qanuni tikintilərin oradan uzaqlaşdırılması və digər məsələlər istiqamətində müvafiq işlər görülsün. Bu, rayon rəhbərlikləri tərəfindən yaxşı qarşılanmadı. Ona görə də, “Azəriqaz”ın yerlərdəki nümayəndələrinə müvafiq tapşırıqlar verildi ki, bunlara qarşı mübarizə aparılsın, aidiyyəti orqanlara müraciətlər edilsin və tədbirlər görülsün. Biz işimizi də bu yöndə qurmuşuq. Amma çox təəssüf ki, rayon polis, prokurorluq orqanları tərəfindən biz dəstəklənsək də, yerli rayon icra hakimiyyyətlərindən dəstək görmədik. Yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında evlər tikilir. Aidiyyətı orqanlara, məhkəmələrə dəfələrlə müraciətlər olunmasına, hətta bunula bağlı qərar çıxarılmasına baxmayaq, bu gün də həmin ərazilərdə söküntü işləri aparılmır. Xırdalan qazpaylayıcı stansiyasının ərazisində qoruq zonası tamamilə məhv olub. Onun ərazisində olan yaşayış yerləri təhlükə altındadır. Daha bir təhlükəli obyekt isə Binəqədi rayonu 9-cu mikrorayon ərazisindədir. Burada yarımçıq tikili olan Təcili Tibbi Yardım Xəstəxanasının binasında qaçqın və məcburi köçkünlər məskunlaşıb. Buraya rezin borular vasitəsilə çəkilən qaz xətləri isə olduqca təhlükəlidir. Gələcəkdə burada hər hansı bir yanğın baş versə, oradan heç kimi xilas etmək mümkün olmayacaq. ümumilikdə, belə ərazilərdə bədbəxt hadisələr hər an gözlənilir”.
Qeyd edək ki, “SİA” mövzu ilə bağlı sözügedən ərazilərdə məskunlaşan vətəndaşların fikrini öyrənib. Sakinlər isə haqlı olaraq, günahı torpağı satanlarda görürlər: “Bu zonalarda mövcud olan evlərin əksəriyyəti qanunsuz hesab olunur. Amma onların əksəriyyətinin tikilməsinə bələdiyyələr, bəzi hallarda isə rayon İcra Hakimiyyəti orqanları tərəfindən razılıq verilib. Bu məsələni araşdırmaq lazımdır ki, torpaqlar kimə və necə satılır. Hazırda günah bu evlərin tikilməsində məsuliyyət daşıyan bələdiyyə və müvafiq strukturların üzərindədir. Əgər illərdir yaşadığımız evlər söküləcəksə, onda bizə konpensasiya verilməlidir”.
Beləliklə də, aydın olur ki, yüksək gərginlikli xətlərin altında və ətrafında, eyni zamanda, qaz kəmərlərinin, kanalizasiya xətlərinin, neft buruqlarının yaxınlığında evlərin inşası bütövlükdə ölkə əhalisinin normal yaşayışına mane olan faktora çevrilib. Bu maneələri isə bəzi yerli icra oqranları, bələdiyyələr, sahə müvəkilləri və digər əraziyə nəzarət edən orqanlar yaradıblar...
Dünya ölkələrində enerjidaşıyıcılarının altında, üzərində və ya yaxınlığında müxtəlif obyektlərin, xüsusilə, evlərin tikilməsinə, insanların yaşayışına qətiyyən icazə verilmir. Həmin xətlər dövlət orqanları tərəfindən qorunur. Təmir işlərinin aparılması və ya qəzanın nəticələrinin aradan qaldırılmasına maneçilik müvafiq məsuliyyət törədən hal hesab olunur. Azərbaycanda da bu sahədə müvafiq tədbirlərin görülməsi zamanı çatıb. ölkənin, əhalinin enerji təhlükəsizliyinin təmin olunması üçün enerjidaşıyıcılarının mühafizəsi təşkil olunmalı, onların toxunulmazlığına, həmçinin, təmir işlərinin aparılması və qəzaların aradan qaldırılmasına maneə yaradan problemlər həll edilməlidir. Yüksək gərginlikli elektrik xətlərinin altında və yaxın ətrafında, neft və qaz kəmərlərinin üzərində və yaxınlığında yaşayan insanların təhlükəsizliyinin təmin edilməsi, onların sağlamlığının qorunması üçün əməli tədbirlər görülməlidir. Enerjidaşıyıcılarının ətrafında qeyri-qanuni ev tikmiş və məskunlaşmış insanlar müvafiq yerlərə köçürülməlidir. Həmçinin, həmin ərazilərdə icra orqanlarının müvafiq icazəsi əsasında məskunlaşmış insanların məsələsinə baxılmalı və zəruri tədbirlər görülməlidir.
Xəbər lenti
Hamısına baxDünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32

