/ / Mixail Qusman: Rusiya və Azərbaycan aviaşirkətləri arasında çarter reysləri barədə razılaşma Moskva ilə Bakının dostluq münasibətlərinin daha bir göstəricisidir
Mixail Qusman: Rusiya və Azərbaycan aviaşirkətləri arasında çarter reysləri barədə razılaşma Moskva ilə Bakının dostluq münasibətlərinin daha bir göstəricisidir
20.03.2020 [09:49]
Rusiya və Azərbaycan arasında birgə çarter reyslərinin həyata keçirilməsi barədə AZAL-ın və “Aeroflot”un operativ şəkildə əldə etdikləri razılıq Moskva ilə Bakının sıx dostluq münasibətlərinin daha bir göstəricisidir.
Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu sözləri AZƏRTAC-a müsahibəsində deyib. O xatırladıb ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın və Rusiyanın hökumət başçıları iki ölkənin vətəndaşlarının qarşılıqlı səfərlərinin martın 18-də saat 00:00-dan müvəqqəti dayandırılması barədə razılıq əldə ediblər. M.Qusman deyib: “Elə ertəsi gün AZAL və “Aeroflot” aviaşirkətləri Rusiya və Azərbaycan arasında qarşılıqlı çarter reyslərinin həyata keçirilməsi barədə razılığa gəldilər və artıq 697 Azərbaycan vətəndaşı Moskvadan və Sankt-Peterburqdan Bakıya çatdırılıb. Mən özüm Moskvadan Bakıya sonuncu reyslə uçmuşam. Onda hələ vəziyyətin necə olacağı aydın deyildi. Lakin rəsmi hakimiyyət orqanları bütün məsələləri həmişəki kimi operativ həll etdilər”.
Mixail Qusman vurğulayıb ki, Monteneqroda yerli hökumət orqanlarının Rusiya aviaşirkətlərinə öz vətəndaşlarını təxliyə etməsinə razılıq verməməsi səbəbindən minədək rusiyalı turist öz vətəninə qayıda bilmədi.
“Rusiya və Azərbaycanın aviaşirkətləri arasında birgə çarter reyslərin yerinə yetirilməsi barədə əldə edilmiş razılıq, bütün məsələlərin bu cür operativ və işgüzarcasına həll edilməsi Moskva ilə Bakı arasında sıx dostluq münasibətlərinin daha bir göstəricisidir. Bu münasibətlərin əsasını ölkələrimizin prezidentləri arasında şəxsi qarşılıqlı əlaqələr, sıx əməkdaşlıq və dostluq münasibətləri və əlbəttə ki, ən müxtəlif istiqamətlərdə hərtərəfli və qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı üzrə Azərbaycanda və Rusiyada aparılmış çoxillik işin nəticəsi təşkil edir”, - deyə M.Qusman qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20

