Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq
20.03.2020 [09:43]
Azərbaycan dövlətinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı atdığı addımlar bir daha onu göstərir ki, xalqımızın sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür
Hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya kimi dəyərləndirilən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma arealı sürətlə genişlənir. Hətta səhiyyə büdcələri böyük həcmlərdə vəsaitlərlə ölçülən, müvafiq infrastrukturu və tibb texnologiyaları yüksək inkişaf səviyyəsinə çatan ölkələr belə təhlükəli epidemiyanın yayılmasının qarşısını almaqda aciz qalıblar.
Ölkəmizdə xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün ilk günlərdən praktik addımların atılmasına başlanılıb
Yaranmış gərgin vəziyyətdə bütün dünya koronavirus epidemiyasına qarşı mübarizəyə səfərbər olunub, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Azərbaycana gəldikdə isə respublikamız koronavirus infeksiyasının yayılmasına qarşı daha səmərəli mübarizə aparan ölkələr sırasında yer alır. Respublikamızda bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Bu baxımdan, Azərbaycan hətta bir çox ölkələri qabaqlayır. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür.
Respublikamızda xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün ilk günlərdən praktik addımların atılmasına başlanılıb. Belə ki, yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Operativ qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı bütün işləri nəzarətdə saxlayır və əlaqələndirir. Ölkədə martın 14-dən xüsusi davranış qaydaları tətbiq edilib və ictimaiyyətə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilib.
Respublika ərazisində koronavirus infeksiyasının daha geniş miqyasda yayılmasının qarşısını almaq məqsədilə reallaşdırılan tədbirlər çərçivəsində ayrı-ayrı ölkələrlə gediş-gəliş məhdudlaşdırılıb, bir çox aviareyslər ləğv edilib, sərhədlərin bağlanması istiqamətində əməli addımlar atılıb, elektron vizaların verilməsi dayandırılıb, xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edilib. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrılıb. Respublikamızda 2020-ci il mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırılıb. Eləcə də, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən, martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkədə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin edəcək
Bunlarla yanaşı, Azərbaycan Prezidentinin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması infeksiya ilə mübarizənin, onun yayılmasının qarşısının alınmasının, əhalinin sağlamlığının və ölkənin təhlükəsizliyinin təmin olunmasının prioritet əhəmiyyət daşıdığını, Azərbaycan dövlətinin bu məqsədlər üçün zəruri resursları səfərbər etdiyini və müvafiq nəticələrə nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə olunacağını aydın göstərir. Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Fondun vəsaiti tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına), xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə, tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə, tibb sahəsində mütəxəssislərin hazırlanmasına, təbliğat və maarifləndirmə işlərinə, koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə sərf olunacaq.
Ümumiyyətlə, respublikamızda dövlət başçısının tapşırığı əsasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə reallaşdırılan tədbirlərin miqyası kifayət qədər genişdir. Bütün bunlar ölkədə əhalinin sağlamlığını yüksək səviyyədə təmin etmək, koronavirus epidemiyasının daha geniş miqyasda yayılmasına yol verməmək məqsədi daşıyır. “Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan həkimləri xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar
Ölkə ərazisində COVİD-19-un yayılmasının qarşısının alınmasında, həmçinin virusa yoluxma hallarının aşkarlanmasında tibb işçilərinin göstərdikləri fədəkarlığı xüsusi qeyd etmək lazımdır. Ölkədə zəruri karantin tədbirləri görülür. İndiyədək ən müasir 4 laboratoriya alınıb və ölkəmizdə laboratoriyaların sayı 10-a çatıb. Azərbaycanın müxtəlif bölgələrində yerləşən on xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır, həm də karantin tədbirləri görülür. İndiyədək respublikanın sərhəd bölgələrinə müvafiq heyətlər göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri ciddi şəkildə prosesə cəlb olunublar. Yaranmış vəziyyətdə tibb işçiləri həmçinin əhali arasında geniş maarifləndirmə işi aparırlar. Prezident İlham Əliyev Azərbaycan həkimlərinin xəstəliyə qarşı fədəkarlıqla mübarizə apardıqlarını yüksək dəyərləndirib. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçımız deyib: “Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar”.
Öz növbəsində Azərbaycan dövləti təhlükəli xəstəliyə qarşı mübarizədə iştirak edən həkimlərin sosial müdafiəsinin yüksək səviyyədə təmin olunmasına həssaslıqla yanaşır. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 mart 2020-ci il tarixində “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalaması respublikamızda yeni sosial qayğı nümunəsidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55

