Azərbaycan gəncliyi 2 Fevral - Gənclər Gününü böyük ruh yüksəkliyi ilə qeyd edir
02.02.2020 [10:16]
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün uğurla həyata keçirilir
Bu gün Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir. Təbii ki, ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri də cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir.
Onu da vurğulayaq ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilib. 1997-ci ildə isə Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamla hər il 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bunun ardınca isə dövlət gənclər siyasəti ilə bağlı müvafiq qanun qəbul olunub, eləcə də Gənclər və İdman Nazirliyi yaradılıb, Azərbaycan gəncliyinin inkişafı istiqamətində müvafiq proqramlar qəbul olunub.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin siyasətində gəncliyin inkişafı prioritet istiqamətlərdən biridir. 2003-cü ildən etibarən bu yöndə müvafiq dövlət proqramlarının və layihələrin həyata keçirilməsi, 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan olunması və s. tədbirlər buna nümunədir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında bildirib ki, bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır: “Gənclər biliklərlə yanaşı, Vətənə bağlı olmalıdırlar, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar”.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması da gənclərimizə olan diqqətin əyani göstəricisidir. Yeri gəlmişkən, sözügedən çıxışında dövlətimizin başçısı, həmçinin son illərdə ölkəmizdə könüllülər hərəkatının genişləndiyini də vurğulayaraq bundan məmnunluğunu ifadə edib: “Artıq minlərlə ASAN könüllü müxtəlif önəmli vəzifələrdə çalışır. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alırlar, bilikli kadrlar kimi onlara inam artır və onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Onu da bildirməliyəm ki, könüllülər hərəkatı bizdə “ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir. Bizim gənclərimiz məhz belə olmalıdır”.
Prezident İlham Əliyev, həmçinin deyib ki, xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür: “Artıq minlərlə, bəlkə də on minlərlə könüllümüz var. Mən onu da bildirməliyəm, nisbətən bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki, bütün imkanlar açıqdır”.
Məsələ ilə bağlı YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün uğurla həyata keçirilir. Onun sözlərinə görə, hər il 2 Fevral - Gənclər Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. S.Orucov qeyd edib ki, Prezident İlham Əliyev gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə ardıcıl olaraq tədbirlər həyata keçirir. Onun sözlərinə görə, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında vacib məsələlər əksini tapıb: “Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu məqsədə xidmət edir. Buna paralel olaraq gənclərin intellektual potensialının artırılması, onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində vacib tədbirlər həyata keçirilir. Həmçinin gənclərin keyfiyyətli təhsil alması da diqqət mərkəzindədir. Çünki qloballaşma şəraitində ölkələrin inkişafını təmin edən mühüm faktorlardan biri biliyə əsaslanan iqtisadiyyatın inkişafı, eləcə də cəmiyyətin intellektual səviyyəsinin mütəmadi olaraq artırılmasıdır. Bu məsələdə, şübhəsiz ki, proqressiv və dinamik qüvvə olan gənclərin üzərinə böyük öhdəlik və məsuliyyət düşür. Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb və dövlət tərəfindən bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Artıq görülən işlər öz bəhrəsini verir. Son zamanlar aparılan kadr islahatlarında gənclərə daha çox üstünlük verilməsi Prezident İlham Əliyevin gənclərə olan yüksək etimadının əyani nümunəsidir. Hesab edirəm ki, Azərbaycan gəncliyi bundan sonra da dövlət rəhbərliyinin etimadını layiqincə doğrultmalıdır”.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə bildirib ki, 2 Fevral - Gənclər Gününü Azərbaycan gəncliyi böyük ruh yüksəkliyi ilə qeyd edir. Bütövlükdə, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı dövlət tərəfindən müvafiq addımlar atılır. Onun sözlərinə görə, son illər gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması yönündə layihələrin həyata keçirilməsi vacib amillərdən biridir: “Əlbəttə ki, ölkəmizdə gəncliyin inkişafı istiqamətində atılan addımlarla bağlı kifayət qədər faktlar sadalamaq mümkündür. Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır. Eyni zamanda, dövlət başçısı tərəfindən ötən illər ərzində gənclərin hərtərəfli inkişafı ilə əlaqədar Dövlət proqramları imzalanıb ki, həmin sənədlərdə gənclərin sosial məsələlərinin həllindən başlamış onların cəmiyyət həyatında fəallığının təmin edilməsi yönündə bütün məsələlər əksini tapıb”.
M.Seyidov onu da qeyd edib ki, gənclər könüllülər hərəkatının önündə gedirlər: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir. Bütövlükdə, ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında vacib töhfələr verir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

