Əli Əhmədov: AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var
30.01.2020 [09:52]
“Avropa Şurası Parlament Assambleyasının zaman-zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi yenilik deyil. Bu barədə dəfələrlə deyilib, səbəbləri göstərilib. Lakin AŞPA-nın dünən Avropada KİV-lərin azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnamədə Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilməsi onu söyləməyə əsas verir ki, qurumun ölkəmizə qarşı qərəzi xroniki hal alıb”. Bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün “facebook” səhifəsində paylaşdığı “AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi” sərlövhəli məqalədə bildirib.
Əli Əhmədov qeyd edib ki, Azərbaycan sürətli inkişaf və transformasiya dövrünü yaşayır. Onun seçdiyi yolun uğurlu davamı bir çox amillərlə yanaşı, aşkarlığı, informasiya azadlığını, dünyaya açıqlığı nəzərdə tutur. Avropa ilə əməkdaşlıq, tərəfdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi, informasiya mübadiləsi ölkəmizin seçdiyi yolla irəliləməsinə təkan verən əsas şərtlərdir. Eyni zamanda, Azərbaycan daim milli və dövlət maraqlarını üstün tutmasını da açıq və qəti şəkildə bəyan edir. Bütün məsələlərdə olduğu kimi, söz və mətbuat azadlığına münasibət də Azərbaycanda Konstitusiyada və qanunlarda təsbit olunmuş azadlıqlar kontekstində öz həllini tapır. Azərbaycanın söz və mətbuat azadlığının geniş qorunduğu ölkələr sırasında olduğunu sübuta yetirən onlarla səbəb sadalamaq mümkündür.
YAP Sədrinin müavini vurğulayıb ki, bütün bunların fonunda AŞPA-nın yuxarıda qeyd olunan qətnaməsində Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı “repressiya”lara son qoymağa çağırması təəccüb doğurmaya bilməz: “Təkcə onu demək kifayətdir ki, Avropanın nüfuzlu beynəlxalq qurumlarından biri olan AŞPA özünün uydurduğu “repressiya”ların nədən ibarət olmasını aydın şəkildə izah edə bilmir. Azərbaycana qarşı “ittihamlar”ı əsaslandırmaq üçün bu mötəbər qurumun istifadə etdiyi 2 “arqument”i nümunə olaraq gətirmək istəyirəm. Birinci arqumentin mahiyyəti ondan ibarətdir ki, jurnalistlərə qarşı istənilən sanksiyaların tətbiq edilməsi dayandırılsın. Belə bir təklifin (yaxud tələbin) səsləndirilməsinin insan hüquqları və qanunun aliliyi prinsipləri baxımından nə dərəcədə doğru və ədalətli olmasını buraxaq vətəndaşların öz mühakiməsinə. Belə çıxır ki, AŞPA Azərbaycanı hansısa niyyətlər xatirinə tənqid etmək naminə jurnalistləri ayrıca bir kastaya ayırmaq dərəcəsinə qədər qeyri-demokratik yanaşma nümunəsi ortaya qoymaqdan belə çəkinmir. Əgər jurnalist qanunları pozursa, cinayət törədirsə, digərlərinə qarşı böhtan atır, günahsız insanları ən ağır şəkildə təhqir edirsə, deməli, onlara qarşı heç bir hüquqi tədbir görülə bilməz və görülməməlidir. Bəs belə olan halda jurnalistin əməlləri nəticəsində təhqir olunan, mənəvi terrora məruz qalan insanların hüquqları necə qorunmalıdır?
AŞPA-nın məlum qətnaməsində Azərbaycana qarşı “iddia” həm də jurnalistlərin dövlət tərəfindən mənzillə təmin olunması kimi absurd arqumentə əsaslanır. Guya hakimiyyət bu yolla jurnalistləri ələ alır. Azərbaycanda mənzilə ehtiyacı olan bir çox kateqoriyadan olan insanlar dövlət tərəfindən mənzillə təmin olunur. Bunların ən çoxsaylısı məcburi köçkünlərdir. Hər il Azərbaycan dövləti məcburi köçkünlərin evlə təmin olunması üçün yüz milyon manatlarla vəsait ayırır. Xatırlatmaq yerinə düşərdi ki, əhalinin bu kateqoriyasının məskunlaşdığı şəhərciklərin sayı artıq 100-ü keçib. Yaxşı olardı, AŞPA öz üzvü olan Azərbaycanın əhalisinin 10 faizinin, 1 milyon insanın Ermənistanın təcavüzü səbəbindən məcburi köçkün vəziyyətinə düşməsinə diqqəti çəkəydi, təcavüzkarın geri oturdulması, ədalətin bərpa edilməsinə azacıq töhfə verəydi. Lakin bunu etmək əvəzinə Azərbaycanı tənqid etmək üçün bəhanələr axtarır, olmayanda isə uydurur”.
“Onu da deməliyəm ki, Azərbaycana qarşı təcavüzün qurbanları olan Qarabağ müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri də dövlət tərəfindən mənzillərlə təmin olunurlar. Digər kateqoriyadan olan əhali də var ki, onlar da dövlətin güzəştli mənzillər proqramından faydalana bilirlər. Bütün bunlar Azərbaycan dövlətinin sosial siyasətinin ayrı-ayrı istiqamətləridir və AŞPA-nın jurnalistlərin mənzillərlə təmin olunmasına siyasi don geydirməyə çalışması, yumşaq desək, təəccüb doğurur. Ən azından, obyektiv yanaşma onu tələb edir ki, jurnalistlərə qayğı göstərməyə çalışan Avropa qurumu Azərbaycan hakimiyyətinin bu addımını təqdir etməli idi. Lakin AŞPA-nın Azərbaycana qarşı məlum mövqeyi əvvəlcədən proqramlaşdığından onun alqoritmində hər hansı müsbət yanaşmaya yer yoxdur və jurnalistlərin mənzilə olan ehtiyaclarının ödənilməsinə dövlət yardımı mahiyyətcə, sosial ədalət baxımından təqdirəlayiq hadisə olmasına rəğmən, sözügedən qurumun tənqidinə tuş gəlib. Görünür, AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var. Belə olmasaydı, qurum Azərbaycanda jurnalistlərə və onların fəaliyyətinə münasibəti qiymətləndirərkən dövlət tərəfindən mövqeyindən asılı olmayaraq, bütün KİV-lərin borclarının dəfələrlə silinməsi ilə əlaqədar qəbul edilən qərarlar sözügedən qətnamənin qəbul olunmasına səs verənlərin yadına düşərdi. Lakin AŞPA qərarverənləri bu barədə susurlar, çünki onlara nəyin xatirinə olur-olsun ölkəmizi və hakimiyyəti tənqid etmək üçün “arqument” lazımdır.
Avropanın sözügedən mötəbər qurumunun Azərbaycana qarşı proqramlaşdırılmış növbəti qərəzli mövqeyi, əlbəttə, bizi məyus edir. Lakin hər cür qərəz, ilk növbədə, AŞPA-nın nüfuzuna zərbə vurur, onun səviyyəsini aşağı salır, obyektivliyinə şübhə yaradır. Arzu edərdik ki, Azərbaycanın da üzv olduğu beynəlxalq təşkilat daşımalı olduğu missiyanı ləyaqətlə yerinə yetirsin, konyunkturaya uymasın, ədalətsiz və qərəzli olmasın.
Demək istədiyim başqa bir şey də var. AŞPA-nın qərəzli qətnaməsi radikal müxalifəti, deyəsən, yaman sevindirib. Az qala toy-bayram edirlər. Nədənsə, Azərbaycana qarşı haradasa problem yaradılırsa, ölkəmizə kimlər tərəfindənsə iftiralar uydurulursa, radikallar sevinir. Görünür, vaxtilə bolşeviklərin tətbiq etdiyi taktikanı yaxşı mənimsəyiblər, ona görə də hər vəchlə çalışırlar ki, müxtəlif hesabatlarda Azərbaycan haqqında tənqidlər səsləndirilsin. Ancaq başa düşə bilmirlər ki, bizim üçün ən vacibi xalqın rəyidir. Xalq isə öz dövlətini sevir, Prezident İlham Əliyevə inanır və Onun siyasətini qətiyyətlə dəstəkləyir”, - deyə Əli Əhmədov qeyd edib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35

