SİQARETSİZ MÜHİT
12.01.2010 [09:21]
Tezliklə ölkəmizdə ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulacaq, siqaret çəkənlər cərimələnəcək. Siqareti azyaşlılara satıb indiyədək cəzasız qalanlarla bağlı tədbirlər də sərtləşəcək. Bununla bağlı, Milli Məclisdə qanun layihəsi hazırlanıb. “Siqaretçəkmənin məhdudlaşması barədə” qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Layihənin əsas məqsədi siqaret çəkənləri cəmiyyətdən təcrid etmək deyil, siqaretsiz mühit yaratmaqdır. Layihə müəlliflərinin şüarı belədir: Qoy, yeniyetmə və gənclər tütünsüz mühitdə böyüyüb formalaşsınlar!
Siqaret qadağası xüsusi yerlərdə tətbiq ediləcək. Milli Məclisin deputatı, Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, həmin xüsusi yerlər ictimai və kütləvi tədbirlər keçirilən yerlərdir: “Məlum olduğu kimi, metropolitendə bu qadağa tətbiq olunmaqdadır. Layihə qanun şəklində qüvvəyə minəndən sonra aeroport, dəmiryolu vağzalı, gəmi limanı, avtovağzal, taksi də daxil olmaqla ictimai nəqliyyatda da siqaretdən istifadə edilməsi ağır cəza tədbirlərinin görülməsi ilə nəticələnəcək. Səhiyyə və təhsil müəssisələrində, siqaret çəkmək üçün ayrılan xüsusi yerlər istisna olmaqla, iş yerlərində, ictimai iaşə obyektlərində də siqaret çəkilməsinə icazə verilməyəcək”.
M.Quliyevin sözlərinə görə, qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsində hazırlanıb. Qanunun qəbul olunması üçün bütün işlər görülüb, əlaqəli qurumlarla razılaşdırılıb. Milli Məclis rəhbərliyinə məruzə olunub və ümumi razılıq əldə edilib. Elə isə, layihənin qanun statusu qazanmasına nə mane olur?
Məlum olduğu kimi, layihə artıq çoxdan hazırdır. Milli Məclisin payız sessiyasında müzakirəsi gözlənsə də, bu baş vermədi. Millət vəkili Musa Quliyevin sözlərinə görə, sənədin müzakirəsinin yaz sessiyasının gündəliyinə salınması üçün qanun layihəsində heç bir mübahisəli məqam qalmayacaq.
Yanvarın 15-dən işə başlayan komitə iclasları qanun layihəsinin razılaşdırılmamış detallarını da həll edəcək.
Layihədə razılaşdırılmamış, mübahisə və tərəddüdlərə səbəb ola biləcək məqamlar nədən ibarətdir?
Bunu tətbiqi mexanizmində bəzi detalların olmaması ilə əlaqələndirən M.Quliyev bildirib ki, qəti qərar verilməsi mümkün olmayan bir neçə detal var: “Onlardan biri cərimələrin məbləği ilə bağlıdır. Dünya təcrübəsində bu məbləğ 50-300 avro arasında dəyişir. Bu, fiziki şəxslərə qarşı tətbiq edilir. Hüquqi şəxslərə qarşı tətbiq edilən cərimələrin məbləği isə 200-300 avro arasında dəyişir. Türkiyədə cərimə 69 YTL-dir. Təklif edilir ki, Azərbaycanda cərimələr fiziki şəxslərə 50 manat, hüquqi şəxslərə isə 200 manat olaraq müəyyən edilsin”.
Konkret qərar verilməsinə çətinlik yaradan ikinci məqam sözügedən qanunun icrasına hansı qurumun nəzarət etməsidir. Bu qurumların siyahısında polis və vergi orqanları, səhiyyə müəssisələri və bələdiyyələrin də adı var. Bu qurumlardan hansının nəzarətinin uğurlu nəticə verəcəyi isə hələlik məlum deyil. Millət vəkilləri siqaret çəkməyə qadağanı silahlı orqanların nəzarətinə vermək istəmir. Səhiyyə müəssisəsi sayılan Gigiyena və Epidemiologiya Mərkəzi gigiyena normalarının pozulmasına qarşı mübarizə aparan qurum kimi siqaret qadağasının tətbiqini uğurla həyata keçirə bilər. O cümlədən, bələdiyyələr də bu işin öhdəsindən məharətlə gələr: “Bələdiyyələrin iş yükü də yoxdur. Obyektləri də yaxşı tanıyırlar. Başqa bir tərəfdən cərimələr bələdiyyə institutlarının inkişafına da kömək edə bilər. Odur ki, bu məsələdə üstünlük bələdiyyələrə verilir. özünü idarəetmə orqanları xəzinəsinə daha çox vəsait daxil olmasına da çalışacaq və bu səbəbdən siqaretə qoyulan qadağanın həyata keçirilməsində maraqlı olacaqlar”.
Cərimələr ödənmədiyi təqdirdə görüləcək tədbirlər də hazırda müzakirə mövzusudur: “Tutaq ki, cəriməni ödəməyən şəxs gəncdir. Fakt məhkəmə predmeti olacaq və gənc ilk dəfə mühakimə olunacaq. Bir neçə il ərzində çoxlu məhkəmə işi ortaya çıxacaq, gənclər məhkuma çevriləcək”.
Siqaretin qanunla qadağan olunması nəyi dəyişəcək?
Məlum olduğu kimi, siqaret qutularının üzərində onun insan orqanizminə ziyanlı təsiri barədə xəbərdarlıq edilib. Yəqin ki, siqaret həvəskarlarının hamısı bilir ki, tütün insan orqanizminə nə qədər mənfi təsirə malikdir. Elə cərimə təcrübəsi də var. Azyaşlılara siqaret satanlara qarşı qanunla nəzərdə tutulan məsuliyyət də var. Lakin bu məsuliyyət nə azyaşlıları siqaretdən, nə də satıcıları uşaqlara siqaret satmaqdan çəkindirib. Siqaret istifadəçilərinin də sayı öz yerində, ilbəil artır ki, azalmır. Otaya çıxacaq qanun layihəsi ilə insanları tütündən çəkindirmək nə dərəcədə real səslənir?
M.Quliyevin fikrincə, qanunun qüvvəyə minməsi ilə bəzi şeylər dəyişəcək. O cümlədən, “Tütün haqqında” Qanuna da dəyişiklik ediləcək. Məsələn, siqaret qutularının üzərində məhdudlaşdırıcı qadağalar əks olunacaq və bu qeyd siqaretin adının yazıldığı ölçüdə olacaq. Hazırda 18 yaşınadək olanlara siqaret satmağa da qadağa var, lakin buna əməl etmirlər. çünki bu qadağanı pozanların cəriməsi cəmi 10 manatdır. Cərimə məbləği artırılmalıdır ki, satıcılar bu cür qadağan olunmuş satışlardan çəkinsinlər. Millət vəkilləri hətta siqaretin də qiymətinin bahalaşdırılması ilə bağlı məsələ qaldırmağı düşünürlər.
M.Quliyev onu da bildirib ki, yeni qanunun qəbul olunması ilə bağlı bir neçə qanunlara - vergi qanunvericiliyinə, “Tütün haqqında” Qanuna və başqa bir neçə qanuna dəyişiklik zərurəti yaranacaq.
Cərimələr İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək.
Siqaretdən imtinada KİV-in rolu
Qanunun tətbiqində kütləvi informasiya vasitələrinin (KİV) üzərinə vəzifələr düşəcək. Televiziyalar siqaret göstərməyəcək, köhnə filmlərdə siqaretin üzərini kölgələyəcək. Hər ay 90 dəqiqə siqaret əleyhinə təbliğat xarakterli verilişlər hazırlanacaq. KİV-ə o da tövsiyə olunub ki, mütəmadi olaraq siqaretin zərərli təsirləri ilə bağlı, tərgitmə yolları haqqında veriliş və yazılar hazırlasınlar. Siqaret əleyhinə dərs saatları da salınacaq. Təhsil müəssisələrində ayrılan xüsusi saatlarda yeniyetmə və gənclərə siqaretin zərərli təsirindən danışılacaq. Bu prosesdə səhiyyə müəssisələrinin də üzərinə qoyulan xüsusi vəzifələr var. Səhiyyə müəssislərində siqaretin tərgidilməsi məqsədi ilə pulsuz müalicə kursları həyata keçiriləcək.
Millət vəkili onu da vurğulayıb ki, 3 milyon insanı əhatə edəcək qanun imzalandığı gündən qüvvəyə minməlidir.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

