Siyavuş Novruzov: Növbəti parlament seçkilərində tərkibin dəyişməsi məhz seçicilərdən asılıdır
30.11.2019 [10:19]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin buraxılması ilə bağlı müraciətin detallarını açıqlayıb və müxalifət düşərgəsində bununla bağlı iddialara münasibət bildirib.
Trend-in məlumatına görə, S.Novruzov bildirib ki, YAP-ın parlamentin buraxılması ilə bağlı təşəbbüsü Konstitusiyaya tam uyğundur: “Müxalifətin bir az yaddaş problemi var. Yaddaş probleminə görə nə dediklərini bilmirlər. Elə Müsavat Partiyasının qərargahındakı sonuncu toplantılarında müzakirələrin yekunu olaraq qəbul etdikləri sənədin sonuncu bəndi elə növbədənkənar parlament seçkiləri ilə bağlı bənd olub. Yəni onlar düşünürdülər ki, bəyanat versələr, hakimiyyət həmin məsələdən uzaqlaşacaq, məhz onların bəyanatına görə keçirməyəcək. Onların bəyanatının bizə heç bir aidiyyəti yoxdur”.
S.Novruzov əlavə edib ki, nə Şərqin, nə Qərbin, Avropanın, nə də hansısa Avropa strukturunun növbədənkənar parlament seçkilərinə heç bir aidiyyəti yoxdur: “Azərbaycan müstəqil siyasət yeridir və hər hansı bloka qoşulmur. O baxımdan Azərbaycan dövləti öz siyasətini xalqının tələbinə uyğun olaraq qurur. Dünyada praktika belədir ki, müxalifət növbədənkənar seçkiləri önəmli sayır. Siyasi partiyanın işi seçkiyə hazırlaşmaq və orada iştirak etməkdir. Əgər onlar seçkiyə hazır deyillərsə və hazırlaşmayıblarsa, onda fəaliyyətləri nədən ibarətdir? Dəfələrlə şahidi olmuşuq ki, prezident seçkiləri zamanı namizəd tapa bilmirlər. Namizədliyin irəli sürülməsi prosesi yekunlaşmaq üzrə olanda onlar ya Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu, ya da Cəmil Həsənlini haradansa tapıb gətiriblər. Ona görə də seçkilərdə ən vacib məsələ zamandır”.
Millət vəkilinin sözlərinə görə, YAP deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlilini aparır: “Onların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla işləməsi, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir. Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Növbəti seçkilərdə onların təhlil müddətindəki fəaliyyəti nəzərə alınacaq”.
S.Novruzov, eyni zamanda, mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin olması ilə bağlı dərc olunan siyahıya da münasibət bildirib. O qeyd edib ki, siyahı havadan götürülmüş siyahıdır: “Hər seçkiöncəsi belə siyahılar dərc olunur. Tərkibin dəyişməsi də məhz seçicilərdən asılıdır”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07

