Əli Əhmədov: Uğursuz hakimiyyətdən qalan uğursuz müxalifətin taleyi xalqın lənətidir
26.11.2019 [10:10]
Prezident İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubiley təntənələrində Azərbaycanın müasir tarixi ilə əlaqədar səsləndirdiyi fikirlər, ələlxüsus 1992-93-cü illərdə hakimiyyətdə olmuş AXC-“Müsavat” hakimiyyətinin fəaliyyəti və vəzifə sahiblərinə verdiyi xarakteristika cəmiyyətdə xüsusi maraqla qarşılanıb. Tanınmış bir yazıçıya məxsus “sürünmək üçün yarananlar uça bilməzlər” aforizmi sözügedən hakimiyyətin təmsilçilərinin mahiyyətinə tamamilə uyğun gəlir. Bu sətirlər Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədovun rəsmi “facebook” səhifəsində paylaşım etdiyi “Kiçik elmi işçilərin hakimiyyəti - Onlar böyük işlər üçün yaranmamışdılar” sərlövhəli məqaləsində yer almışdır.
Əli Əhmədov məqaləsində qeyd edib ki, Sovet İttifaqı kimi nəhəng imperiyanın qəfil dağılmasını azacıq da olsa işə yarayan dünyagörüşlü və dövlətçilik təcrübəsinə malik lideri olmadan qarşılamağa məhkum olan Azərbaycan 1992-ci ildə hakimiyyətin, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “kiçik elmi işçilər” tərəfindən zəbt edilməsinə münbit zəmin yaratdı. Onu da qeyd etmək yerinə düşər ki, bioqrafiyasında kiçik elmi işçilikdən savayı cəlbedici heç nə olmayanlar o zamankı hakimiyyətin elitası sayılırdı. Yerdə qalanlar isə kiçik elmi işçilərə həsəd aparanlar idi. Sonuncuların hakimiyyətdə təmsil olunmaq hüququ meydanlarda keçirdiyi günlərin sayına proporsional olaraq tanınırdı.
“Hakimiyyətin zəbt olunması prosesində atılan ilk addım Prezident Administrasiyasından tutmuş bütün mərkəzi və yerli hakimiyyət orqanlarının inzibati binalarının zorla boşaldılması oldu. Meydandakılar (əlbəttə, səmimi hisslərlə xalq hərəkatına qoşulan çoxsaylı insanlardan söhbət getmir) həmin binalarda kabinetləri tutdular, özləri özlərini vəzifə sahibi elan etdilər. Kim hansı kabineti tuta bildisə, oldu həmin vəzifənin sahibi. Bu məqamda mərhum Prezident Heydər Əliyevin məşhur bir kəlamı yada düşür - kamaz şoferləri rayonların icra başçıları oldular.
Ali vəzifələrdə oturanlar isə kiçik elmi işçilər idi. Baş nazir kiçik elmi işçi, parlamentin sədri - kiçik elmi işçi, müdafiə naziri Texniki Universitetin müəllimliyindən savayı heç bir iş təcrübəsi olmayan təsadüfi adam. O zamankı hakimiyyət ierarxiyasında kifayət qədər yüksək vəzifə sayılan dövlət katibi postuna isə universiteti yenicə bitirmiş Əli Kərimov yiyələndi. Bu, onun ilk iş təcrübəsi idi. Universitet auditoriyasından birbaşa çox yüksək dövlət vəzifəsinə təyinat almaq nümunəsinə heç bir dövlətdə, normal hakimiyyətlərin hansındasa rast gəlmək mümkün deyil. AXC-“Müsavat” hakimiyyətində isə bu anormallıq adi praktika idi. Başqa bir misal olaraq onu deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin idarə rəisi kimi kifayət qədər məsul və xüsusi təcrübə tələb edən bir vəzifəyə Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi təyin edilmişdi”, - deyə Baş Nazirin müavini qeyd edib.
YAP Sədrinin müavini Əli Əhmədov fikirlərini davam etdirərək qeyd edib: “Təsadüfi, naşı, bir sıra hallarda mənəvi keyfiyyətləri ikrah yaradan insanların hakimiyyətdə total şəkildə təmsil olunmasının nəticəsi özünü çox gözlətmədi. Sözün həm məcazi, həm də birbaşa mənasında AXC-“Müsavat” hakimiyyətinin yaratdığı acınacaqlı mənzərəni orta və yuxarı yaşlı insanların yaxşı xatırladığını düşünürəm. Çünki o zamankı xaos və anarxiyanı, fabrik və zavodların bağlanması nəticəsində yaranan kütləvi işsizliyi, çörək növbələrini, 1600 faizə çatan inflyasiyanı, hazırlıqsız gənclərin küçələrdən ovlanaraq cəbhə xəttinə göndərilməsini və çoxsaylı mənasız ölümləri, tüğyan edən separatizmin Azərbaycanın bütövlüyünə yaratdığı real təhlükələri və sair buna bənzər yaramazlıqları unutmaq mümkün deyil. Təəccüb doğuran odur ki, bu qədər dərin böhranı və dağıntıları onlar cəmi bir ildə necə edə bildilər. Görün nə qədər yırtıcı, dağıdıcı olmaq lazımdır ki, 13 ayın ərzində ölkəni bütünlüklə defolt və parçalanmaq həddinə çatdırasan.
Qeyd etdiyim kimi, nəticəni çox gözləmək lazım gəlmədi. Xalq ayağa qalxdı, ölkəni müsibətlərə salmış antixalq hakimiyyətini devirdi, Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycan müsibətlərdən, parçalanmaqdan, müstəqilliyi itirməkdən xilas edildi”.
Tariximizin bu acı həqiqətlərini bir daha xatırlamaqda fayda olduğunu qeyd edən Baş Nazirin müavini Əli Əhmədov fikirlərini bu cür tamamlayır: “Çünki haqqında danışdığımız yarıtmaz hakimiyyətin uğursuz təmsilçiləri 26 ildən çoxdur müxalifətdə pusquda durub yenidən Azərbaycanın inkişaf, müasirləşmə, firavanlıq, əmin-amanlıq yolunun qarşısını almağa fürsət gözləyirlər. Ümidlərini 1992-93-cü illərin müsibətlərini görməmiş gəncləri aldadıb öz tərəflərinə çəkməyə, bir də Azərbaycana qarşı mərkli planlarını həyata keçirməyə çalışan bəzi xarici qüvvələrə bağlayıblar. Bunun adı isə xəyanətdən başqa bir şey deyil. Xəyanətin cavabı həmişə lənət olub, xalqın lənəti. Uğursuz hakimiyyətdən qalan uğursuz müxalifətin taleyi başqa cür ola bilməz.
1992-93-cü illərin yuxarıda sadaladığımız bəlalarının və yaramazlıqlarının alternativi bugünkü Azərbaycandır, onun gündən-günə artan iqtisadi qüdrəti, insanların yüksələn rifahı, ölkəmizin dünyadakı hörmət və nüfuzu, eyni zamanda, heç kimin şübhə etmədiyi daha parlaq gələcəyidir. Bütün bunların mərhum Prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin əməyi, müdrikliyi, uzaqgörənliyi, habelə Azərbaycana bitməz-tükənməz sevgisi sayəsində ərsəyə gəldiyini insanlarımız yaxşı bilir və yüksək qiymətləndirirlər. Bugünkü iqtidarın gücü xalqın ona olan dərin inamında və etimadındadır. Hakimiyyət üçün bundan gözəl tale təsəvvür etmək mümkün deyil”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

