/ / Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
22.11.2019 [10:08]
Noyabrın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova qarşılayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva burada İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.
Məlumat verilib ki, bu ilin iyun ayında açılan Gimnastika Mərkəzində məşq zalları, məşqçilər və hakimlər üçün otaqlar, multimedia muzeyi, şərhçi otaqları, yeməkxana, press-bar və emalatxanalar var.
Mərkəzdə bədii gimnastikanın tarixində ilk multimedia muzeyi yaradılıb. Muzeyin ekspozisiyasına taç-masa ilə birlikdə 5 LED ekran daxildir. Həmin ekranlar vasitəsilə bədii gimnastikanın tarixi, bu idman növündə fərqlənənlər, Rusiyanın gimnastika məktəbləri haqqında məlumatlar əks olunur.
Sonra əsas arena ilə tanışlıq olub.
Bildirilib ki, Gimnastika Mərkəzinin yerləşdiyi ərazinin ümumi sahəsi 25,7 min kvadratmetr olmaqla beş mərtəbədən və nadir layihə əsasında informasiya modelləşdirilməsi texnologiyalarının tətbiqi ilə bir yeraltı mərtəbədən ibarətdir. Binanın gimnastika lenti formasında damı Gimnastika Mərkəzinin rəmzinə çevrilib. Bina beynəlxalq səviyyəli yarışlar keçirilməsinin və idmançıların peşəkar hazırlığının bütün tələblərinə cavab verir. Gimnastika Mərkəzi yarış vaxtı 500 idmançı və 4 minədək azarkeş tutumuna malikdir.
Qeyd edək ki, Rusiyada müasir bədii gimnastika Bədii Gimnastika Federasiyasının prezidenti, milli yığmanın baş məşqçisi, idman aləmində nüfuzlu şəxslərdən olan İrina Viner-Usmanovanın rəhbərliyi ilə inkişaf edir. Onun yetirmələri sırasında 6 Olimpiya medalçısı var. Mərkəz üç yaşından başlayaraq uşaqları qəbul edir. Burada, həmçinin rəqs və xoreoqrafiya dərsləri tədris olunur.
İrina Viner-Usmanovanın ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafında xüsusi rolu var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan və Rusiya arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Viner-Usmanova “Dostluq” ordeni ilə təltif edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova çay masası arxasında söhbət ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Sonda Birinci vitse-prezident Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26

