/ / Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir
Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir
20.11.2019 [10:15]
Ölkəmizdə mövcud olan tolerantlıq mühiti beynəlxalq səviyyədə olduqca yüksək qiymətləndirilir
Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu tədbirlərin, mötəbər görüşlərin respublikamızda baş tutması Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən və yüksək nüfuza malik olmasından xəbər verir. Beləliklə, yüksək nüfuza malik olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, ölkəmizdə baş tutan qlobal əhəmiyyətli tədbirlər bəşəriyyət üçün aktual olan məsələlərin müzakirəsi və həlli baxımından fundamental əhəmiyyət kəsb edir.
Sirr deyil ki, Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər mühüm tədbirlər məhz beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanda keçirilir. Bir sözlə, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, ölkəmizin ev sahibliyi etdiyi qlobal əhəmiyyətli nüfuzlu tədbirlər qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır. Eyni zamanda, Azərbaycanın həm müxtəlif tədbirlərə ev sahibliyi etməsi, həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etməsi sivilizasiyalararası dialoqun genişləndirilməsinə, bu istiqamətlərdə səmərəli fikir mübadiləsinin aparılması və işbirliyinin gücləndirilməsinə fundamental töhfələr verir. Bu kontekstdə son olaraq Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi çox mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, Sammitdə bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlər müzakirəyə çıxarılıb, səmərəli müzakirələr - fikir mübadilələri aparılıb. Tədbir dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir
Sammitdə müzakirə predmetinə çevrilən məsələlərdən biri Azərbaycan multikulturalizm təcrübəsi və nümunəsi olub. Şübhəsiz ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Qeyd etdiyimiz kimi, dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir dövrdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına dəyərli töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Buna paralel olaraq ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun, xalqlararası əlaqələrin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir.
O da qeyd edilməlidir ki, ölkəmizdə multikulturalizmin həm dövlət siyasəti, həm də cəmiyyətdə həyat tərzi olması beynəlxalq miqyasda da olduqca yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan elə bir ölkədir ki, burada milli, dini, irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli, dini, irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var. Təsadüfi deyil ki, bu gün ölkəmizdə mövcud olan milli həmrəylik, sabitlik və tolerantlıq mühiti məhz bu dəyərlərə əsaslanır. Nəticə etibarilə, Azərbaycanın bu sahədəki təcrübəsi təqdirəlayiq olmaqla yanaşı, müsbət və mütərəqqi nümunə kimi çıxış edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimindəki nitqində bu məqamlara toxunaraq “Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir”, - deyə bildirib.
Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar
Sammitdə həmçinin Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı məkan, tolerantlıq nümunəsi olduğu xüsusilə diqqətə çatdırılıb. Bu, onu göstərir ki, ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşaması beynəlxalq müstəvidə də olduqca yüksək qiymətləndirilir. Tarixin bütün dövrlərində Azərbaycanın dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olması aşkar reallıqdır. Sevindirici haldır ki, bu gün də bu reallıq müşahidə edilir.
Ümumiyyətlə, xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Dünyada multikulturalizm mərkəzlərindən olan və tolerantlıq nümunəsi kimi çıxış edən Azərbaycan bu zəngin tarixi irsi əsasında dünyada sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Dövlətimizin başçısı bəhs olunan nitqində bu məqamlara toxunaraq “Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”, - deyə bildirib.
“Bakı Prosesi” dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edilir
Vurğuladığımız kimi, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər sivilizasiyalararası dialoqun inkişafına, multikultural dəyərlərin, tolerantlığın təbliğinə mühüm töhfələr verir. Bu kontekstdə “Bakı Prosesi”nin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı Prosesi” ölkəmiz tərəfindən uğurla davam etdirilir. “Bakı Prosesi”nin əhəmiyyəti beynəlxalq səviyyədə də çox yüksək qiymətləndirilir. Bütövlükdə isə, 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” ötən müddət ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib.
Bu gün dünyanın müxtəlif regionlarında, ayrı-ayrı ölkələrində siyasi, dini, etnik zəmində ziddiyyətlər və qarşıdurmalar artır. Bu cür neqativ halların qarşısının alınmasında - aradan qaldırılmasında mədəniyyətlər, sivilizasiyalararası dialoqun təşviqi və inkişafı olduqca mühüm əhəmiyyətə malikdir. Yəni sivilizasiyalararası dialoq, müxtəlif mədəniyyətlər və dəyərlərə malik olan xalqların əməkdaşlığı XXI əsrin strateji prioriteti kimi vacib vəzifə olaraq qarşıda durur. Qürurverici haldır ki, tolerantlıq nümunəsi olan, dünyaya mütərəqqi dəyərlər təqdim edən Azərbaycan mədəniyyətlər arasında dialoq imkanlarının yaradılmasında aparıcı və müsbət rol oynayır. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Keçən il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd etmişik. “Bakı Prosesi” bizim təşəbbüsümüzlə başlanmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT “Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının Mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir və biz qərara gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Mədəniyyət nazirlərini dəvət edək və beləliklə, birinci təmas yarandı. Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin toplantısına biz Avropadan nazirləri dəvət etdik. Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzvdür və biz bu imkandan istifadə edib “Bakı Prosesi”nə start verdik. Bayaq qeyd etdiyim kimi, bu gün beynəlxalq aləmdə “Bakı Prosesi” çox yüksək qiymətləndirilir və bu, doğrudan da nadir əməkdaşlıq formatıdır”.
Bütövlükdə, Azərbaycanın təşəbbüsü ilə başlanan “Bakı Prosesi” dünyada yeganə genişmiqyaslı əməkdaşlıq formatı olmaqla bərabər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişafına fundamental töhfələr verir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20

