Əfsanəvi insanla görüş...
19.12.2009 [22:17]
Əfsanəvi insanla görüş. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva qeyd edib ki, bu ali məktəbdə görkəmli qazax ədəbiyyatçısı, ictimai-siyasi xadim, Azərbaycan xalqının böyük dostu Oljas Süleymenovla görüş məhz bu cür yadda qalacaq. MDU-nun Bakı filialının professor-müəllim heyəti və tələbələri hörmətli qonağı dərin hörmət və ehtiramla qarşılayıblar. Universitetin rektoru, professor Nərgiz Paşayeva Böyük çölün böyük oğlu Oljas Süleymenovu tədbir iştirakçıları adından salamlayaraq deyib: “Hörmətli Oljas Omaroviç, Siz XX əsrin tarixində parlaq simasınız. Biz Sizin şeirlərinizi oxuyanda misralarınızın lirizminə, poetikliyinə, bədiiliyinə, sözünüzün təsirinə heyran qalırıq. Sizin elmi məqalələrinizi, elmi əsərlərinizi oxuyanda çox məsələlər barəsində baxışlarınızın miqyası, bu baxışları sözün köməyi ilə çatdırmaq bacarığınız bizi valeh edir. Eyni zamanda, həm dilçi, həm alim, həm geoloq olan bir insanın əsərlərini oxuyanda istər-istəməz Sizin elmi görüşlərinizin miqyasına valeh oluruq. Sizinlə görüşəndə görürük ki, Siz qeyri-adi dərəcədə mükəmməl, parlaq, böyük və eyni zamanda, çox sakit, təmkinli bir şəxsiyyətsiniz, bir sözlə, Siz sovet tipli alimin əksər hallarda mənsub olduğu obraz deyilsiniz. Siz həmişə müstəsna olmusunuz və müstəsna olaraq qalırsınız. Sizin bir neçə il bundan əvvəl dedikləriniz də, keçən əsrin 60-cı, 70-ci illərində dedikləriniz də o dövrdə kəskin mübahisələrə səbəb olurdu, Sizin elmi baxışlarınız müəyyən dairələrin xoşuna gəlmirdi. Biz bunların hamısını bilirik. Bizim nəsil, yaşlı nəsil bunları xatırlayır. Əminəm ki, indi burada əyləşən tələbələrimiz əfsanəvi insanla bu görüşü yadda saxlayacaqlar. Siz həqiqətən əfsanəvi insan obrazını təcəssüm edə bilmisiniz. özünüz yazdığınız kimi, cəsarətliliyin heç də təhlükəsiz və sərfəli olmadığı dövrlərdə Siz cəsarətli olmusunuz. Buna görə Sizə dərin ehtiramımızı bildiririk”.
Nərgiz Paşayeva Oljas Süleymenovun fəaliyyət miqyasının təkcə böyük alim, görkəmli şair və ictimai xadim olmaqla məhdudlaşmadığını vurğulayaraq deyib: “Siz böyük insansınız. Bu, çox nadir hallarda olur. Biz Sizi çox sevirik və fəxr edirik ki, bizimlə görüşə gəlmisiniz. İnanın ki, Sizin adınız, əsərləriniz, obrazınız bu universitetin tələbələri üçün həmişə bir növ yolgöstərən mayak olacaqdır”.
Qazax xalqının böyük oğlu Oljas Süleymenov professor Nərgiz Paşayevanın səmimi sözlərinə görə təşəkkürünü bildirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətini yüksək qiymətləndirib.
Oljas Süleymenov dekabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin 75 illiyinə həsr edilmiş “Sərhədsiz söz” beynəlxalq forumun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu cür tədbirlər müxtəlif ölkələrdən olan yazıçıların görüşməsinə, ünsyyət dairəsini genişləndirməyə imkan verir. özünə qapanıb qalan ədəbiyyat sısqalaşır, inkişaf etmir. Mütləq görüşmək lazımdır, müxtəlif ölkələri, müxtəlif nəsilləri təmsil edən yazıçılar qarşılıqlı əlaqə saxlamalıdırlar.
Oljas Süleymenov deyib ki, biz yazıçılar gənc nəsillə görüşərkən, bugünkünə oxşar görüşlər təşkil edərkən ümid edirik ki, bizim təcrübəmiz, bizim sözlərimiz gənclərin gələcəyi üçün faydalı olacaq.
Sonra filologiya elmləri doktoru Aida Feyzullayevanın görkəmli şair Oljas Süleymenovun fəaliyyətinə həsr edilmiş kitabının təqdimatı olub.
Aida Feyzullayeva qeyd edib ki, bu kitab Oljas Süleymenovun yaradıcılığının spektral tədqiqatıdır. “Qərb-Şərq” problemləri, etnosların tarixi kökləri, onların mədəni-tarixi əlaqələri, coğrafi məskunlaşma, qarşılıqlı fəaliyyət, qarşılıqlı təsir, Şumerdən başlamış Misirə və çinə qədər məkanların tarixi taleləri - bu və digər aktual problemlər görkəmli qazax ədibi və aliminin, Azərbaycan xalqının böyük dostunun çoxşaxəli yaradıcılığının özəyini təşkil edir. O.Süleymenovun yaradıcılığının tədqiqi onun qaldırdığı və həll etdiyi məsələlərin mahiyyətinə dərindən nüfuz etməyi tələb edir. Bu məsələlər türk dünyasının böyük oğlunun parlaq ziyasını və kükrəyib coşan səsini “spektral təhlil” süzgəcindən keçirmək cəhdinin nəticəsi kimi oxuculara təqdim edilən əsərin mövzusunu təşkil edir.
Sonra Oljas Süleymenov MDU-nun Bakı filialının tələbələrinin suallarına cavab verib, möhtərəm qonağa universitet adından xatirə hədiyyələri təqdim edilib.
Oljas Süleymenov isə özünün “Yazı dili” kitabının bir neçə nüsxəsini MDU-nun Bakı filialının kitabxanasına hədiyyə edib, avtoqraf yazdığı kitablarını yaradıcılığının pərəstişkarlarına bağışlayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

