Milli Məclisdə təmsil olunan siyasi partiyalar ABŞ Konqresinə etiraz edib
16.12.2009 [09:36]
Parlamentin dünənki iclasının fasiləsi zamanı brifinq keçirən Sosial Rifah Partiyasının (SRP) sədri Xanhüseyn Kazımlı bildirdi ki, Milli Məclisdə təmsilçiləri olan iqtidarlı-müxalifətli 12 partiya ABŞ Konqresinin məlum addımını pisləyən müraciət qəbul edib və bu müraciətin ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə Konqresə, o cümlədən, adıçəkilən ölkənin digər aidiyyatı orqanlarına çatdırılması istənilib. Müraciətdə qeyd olunur ki, ABŞ Konqresi ölkəsinin, həmçinin, strateji tərəfdaşlarının milli maraqlarına adekvat olmayan və daha çox erməni millətçilərinin bəşəriyyət üçün ziyankar mənafeyinə xidmət göstərən addımlar atır. ABŞ Konqresinin işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə 2010-cu il üçün ayırdığı son maliyyə yardımları bu baxımdan istisna təşkil etmir.
Müraciət müəlliflərinin fikrincə, Azərbaycanın 20 faizini işğal altında saxlayan Ermənistana 41 milyon və işğal olunmuş torpaqlardakı Dağlıq Qarabağ rejiminə 8 milyon ABŞ dolları məbləğində yardım göstərilməsi həmin ölkənin beynəlxalq ictimai rəydəki nüfuzuna xələl gətirməkdən başqa bir şey deyil: “Bu yardım dünyada sabitliyin təmin edilməsi, demokratik ənənələrin tənzimlənməsi və inkişafı istiqamətində aparıcı qüvvə kimi tanınmaqda, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ hökuməti və onun Konqresi üçün faydalı olmayan, dünya ictimaiyyəti tərəfindən nüfuz gətirməyən bir addım kimi qiymətləndirilir. Ona görə Azərbaycan parlamentində təmsil olunun siyasi partiyalar ABŞ Konqresi tərəfindən bu cür yanaşmanı, Azərbaycanın 20 faizini işğal edən Ermənistana, eləcə də onun bilavasitə himayəsi ilə mövcud olan separatçı Dağlıq Qarabağ rejiminə hər il yardım göstərilməsini Qafqazda sülhün və sabitliyin tənzimlənməsinə kölgə salan, bölgədə ABŞ hökuməti haqqında mövcud olan demokratik imicə xələl gətirən, dinc yanaşı yaşamaq prinsiplərinə zidd olan bir fəaliyyət kimi qəbul edir, bu kimi ikili standartlar üzrə münasibətlərə son qoyulmasını təkidlə tələb edirlər”.
Müraciətin sonunda bildirilir ki, Azərbaycan parlamentində təmsil olunan partiyalar separatçı rejimə maliyyə yardımı göstərilməsinə etiraz səsinin ABŞ-ın müvafiq dövlət və qanunvericilik qurumlarına çatdırılmasını onun Azərbaycandakı səfirliyindən xahiş edirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

