İran İslam Şurası Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
04.07.2019 [09:50]
İyulun 3-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun İran İslam Şurası Məclisinin nümayəndə heyəti ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, birinci vitse-spiker Azərbaycanın İranla münasibətlərə böyük önəm verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan və İran dost və qardaş ölkələrdir. Xalqlarımız arasında tarixi, mədəni və dini bağlılıq mövcuddur. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında etimadın yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin rolu böyükdür. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri, keçirdikləri görüşlər əlaqələrimizin daha da möhkəmlənməsini sübut edir.
Vurğulanıb ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir. Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş dövlətidir. Biz qonşu ölkələrlə mehriban münasibətlər qurmağa çalışırıq.
Ziyafət Əsgərov parlamentlərarası əlaqələrdən söz açaraq, deputatlarımızın qarşılıqlı səfərlərini, beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdir edib. Bildirilib ki, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsində hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Milli Məclisin Sədri Oqtay Əsədovun və İran İslam Şurası Məclisinin Sədri Əli Laricaninin rəsmi səfərləri parlament diplomatiyasının bariz nümunəsidir.
Parlament Sədrinin birinci müavini diqqətə çatdırıb ki, bu gün bizi bir problem narahat edir. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müvafiq qərarlar qəbul edilib. Lakin Ermənistan bu qərarlara məhəl qoymur. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.
İran İslam Şurası Məclisinin deputatı Qulamreza Tacgərdun qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, İran parlamentinin Sədri Əli Laricaninin salamlarını Milli Məclisin Sədri Oqtay Əsədova çatdırıb. İranlı deputat Azərbaycan parlamenti Sədrinin ötən il Tehrana və Urmiyaya səfərini xoş təəssüratlarla yada salıb. Qonaq Azərbaycanın İrana ən yaxın dost ölkə olduğunu vurğulayıb, ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.
İranlı deputat əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu deyib.
Qulamreza Tacgərdun ölkələrimizin iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin vacibliyindən danışıb. Qeyd edib ki, bu və digər müştərək layihələrin həyata keçirilməsində parlament öz öhdəsinə düşən vəzifələri yerinə yetirir.
İran parlamentinin üzvü ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Söhbət zamanı siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi, parlamentlər səviyyəsində əlaqələrimizin bu günü və inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini Eldar İbrahimov, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23

