Fransa məhkəməsindən Ermənistanın işğalçı siyasətinə ağır zərbə
08.06.2019 [07:32]
Ekspertlərin fikrincə, qəbul edilən qərar Azərbaycan həqiqətlərinin təbliği istiqamətində aparılan dövlət siyasətinin uğurudur
Xəbər verildiyi kimi, iyunun 4-də Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv edib. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış “sənəd”in qeyri-qanuni imzalandığı, heç bir hüquqi qüvvə daşımadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb. Verilən məlumatlarda bildirilir ki, işlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb və mayın 29-da başa çatıb.
Qeyd edək ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə qəbul etdiyi ilk qərardır. Ekspertlər Fransa məhkəməsinin bu ədalətli qərarını təqdir edirlər. Belə bir əminlik hasil olur ki, bu ölkənin məhkəmələri Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər qeyri-qanuni xartiyaları da ləğv edəcək. Ümumiyyətlə isə, bu addım işğalçı Ermənistanın Dağlıq Qarabağda yaradılmış qondarma qurumun legitimləşdirilməsi prosesinə ağır bir zərbədir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin və Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova da bu məhkəmə qərarının Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə növbəti ağır zərbə endirdiyi fikrindədir. Millət vəkili qeyd edib ki, Fransa inzibati məhkəməsinin bu qərarı ermənilərin qanunsuz fəaliyyətinə verilən layiqli hüquqi qiymətdir. Onun sözlərinə görə, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı separatçı cinayətkar rejimin təbliği və onun legitimləşdirilməsi məqsədilə bir sıra səylər göstərir: “Bəzi ölkələrin müxtəlif şəhərləri ilə əməkdaşlıq qurulması, telemarafonların və yardım kampaniyalarının, qeyri-qanuni səfərlərin təşkili Ermənistan hakimiyyətinin bu niyyətinə xidmət edən qanunsuz addımlardır. Təbii ki, işğalçı dövlətin bu istiqamətdə göstərdiyi bütün cəhdlərin heç bir hüquqi əsası yoxdur və buna görə də dünya dövlətləri və əksər beynəlxalq təşkilatlar tərəfindən ciddi qarşılanmır. Əksinə, Ermənistanın qonşu dövlətin ərazi bütövlüyünə, regional təhlükəsizliyə yaratdığı təhdidlər ciddi şəkildə qınanır. Fransa məhkəməsinin qərarı bunu növbəti dəfə təsdiq etdi”.
S.Qafarova onu da qeyd edib ki, dövlətimiz Azərbaycan həqiqətlərinin dünya birliyinə obyektiv şəkildə çatdırılması istiqamətində hər zaman fəal iş aparır və bununla da qlobal miqyasda erməni lobbisinin təsirlərini neytrallaşdırmağa nail olur: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir qədər bundan əvvəl Fransaya səfərini xatırlamaq yerinə düşər. Bəhs olunan səfər zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyeva keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb. Azərbaycanın göstərdiyi belə fəal diplomatik səylərin nəticəsidir ki, cari ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüş zamanı Fransa Prezidenti Emmanuel Makron bu tipli xartiyaların imzalanmasını və işğalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirib”.
Milli Məclisin üzvü Naqif Həmzəyev də Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş, böyük hörmətə, rəğbətə malik bir ölkə, sabitlik adası kimi tanındığını bildirib. Millət vəkili qeyd edib ki, erməni diasporunun güclü olduğu Fransanın Azərbaycan həqiqətlərinə münasibətdə mövqeyində dəyişikliklər etməsi dövlətimizin uğurlu xarici siyasətinin nəticəsidir. Onun sözlərinə görə, hətta işğalçı Ermənistan tarixi faktların qarşısında aciz qalıb, yalanları, qarayaxma kampaniyaları ilə dünyanı çaşdıra bilmir: “Fransada cərəyan edən proseslərə erməni diasporunun təsir imkanlarının güclü olduğu halda, ölkəmizin xeyrinə çıxarılan qərar bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli təbliğat siyasətinin darmadağın edilməsinin bir nümunəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlər bu gün ölkəmizlə Fransa arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyinin təsdiqidir. Həmçinin Azərbaycanın hər bir diplomatik uğuru 25 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə inamı artırır”.
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycanla müqayisədə qat-qat geri qalan Ermənistan işğalçı siyasəti ilə özünün sosial-iqtisadi inkişafına, xalqının maddi-rifah halına böyük zərbə endirib. Bu gün Fransa məhkəməsinin çıxardığı qərar Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin də puça çıxdığına bir işarədir: “Torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordusu və inkişaf etməkdə olan müdafiə sənayesi olmasına baxmayaraq, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə sübuta yetirib, sülhməramlı siyasətə sadiq qalıb. Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək və mütləq öz ərazilərinin işğaldan azad edilməsinə nail olacaq. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45

