/ / Almaniyanın “Ostexperte” internet portalında Azərbaycanda dinlər və sivilizasiyalar arası dialoqa dair reportaj yerləşdirilib
Almaniyanın “Ostexperte” internet portalında Azərbaycanda dinlər və sivilizasiyalar arası dialoqa dair reportaj yerləşdirilib
05.02.2019 [10:01]
Almaniyanın “Ostexperte” internet portalında “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda Berlində keçilmiş beynəlxalq konfrans haqqında reportaj yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, müəllif Urs Unkauf reportajda konfransın “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Berlin Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirildiyini qeyd edib. Tədbirdə Azərbaycandan və Almaniyadan yüksək səviyyəli ictimai və siyasi xadimlərin, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin sədri, “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin baş katibi şeyxülislam Allahşükür Paşazadənin, Almaniya Bundestaqının üzvü, dini azadlıqlar üzrə federal hökumətin xüsusi müvəkkili Markus Qrübelin və səfir Ramin Həsənovun iştirak etdikləri bildirilib. Tunisin sabiq prezidenti Məhəmməd Mansof Marzukinin, dünyanın bir çox ölkələrindən gəlmiş müxtəlif dinlərin nümayəndələrinin, Bundestaqın, Almaniyada akkreditə olunmuş diplomatik korpusun və vətəndaş cəmiyyəti institutları təmsilçilərinin də konfransa qatıldıqları qeyd olunub.
Reportajda bildirilib ki, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov mədəniyyətlər və sivilizasiyalar arasındakı dialoqun XXI əsrdəki qlobal dünyada sülh və əmin-amanlıq şəraitində birgəyaşayışı şərtləndirən amil olduğunu və multikulturalizmin Azərbaycan modelinin bir çox ölkələrin aparıcı universitet və tədqiqat institutları tərəfindən araşdırıldığını deyib. Səfir əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda katolik kilsələrinin və sinaqoqların bərpa olunmasına dövlət tərəfindən vəsait ayrıldığını diqqətə çatdırıb. XIX əsrin birinci yarısında Azərbaycana köç etmiş almanların, eləcə də Cənubi Qafqaz regionunda məskunlaşmış yəhudilərin bu ərazilərdə uzun müddət yaşamasının bugünkü tolerant və multikultural Azərbaycanın inkişafına töhfə verən mühüm amillərdən olduğu vurğulanıb.
Reportajda Almaniya Bundestaqının üzvü, dini azadlıqlar üzrə federal hökumətin xüsusi müvəkkili Markus Qrübelin çıxışında ilk dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın bu istiqamətdə xüsusi rolundan bəhs etdiyi, Xalq Cümhuriyyətinin qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi olduğunu bildirməsi xüsusi vurğulanıb. M.Qrübelin Azərbaycanda yaşayan yəhudilərin heç vaxt ayrı-seçkiliyə məruz qalmadıqlarını, sıxışdırılmadıqlarını bildirdiyi nəzərə çatdırılıb.
Bildirilib ki, konfransda əsasən dinlər və sivilizasiyalararası dialoq və əməkdaşlıq, beynəlxalq dialoq və həmrəyliyə təhdid yaradan terrorizm, separatizm və ksenofobiya kimi amillər, irqi və dini dözümsüzlük, işğalçılıq, etnik təmizləmə siyasətinə məruz qalmış insanların, miqrantların, qaçqın və məcburi köçkünlərin problemləri, gənclərin maarifləndirilməsində, tarixi, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalar və dinlərarası əməkdaşlığın rolu, dövlət, elm və din xadimlərinin dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın təşviqində səylərinin birləşdirilməsinin əhəmiyyəti kimi məsələlər müzakirə edilib. Konfransın Berlin Bəyannaməsinin qəbul edilməsi ilə başa çatdığı vurğulanıb.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46

