Vladimir Solovyov: Heydər Əliyev böyük siyasi xadim idi
12.12.2018 [10:13]
Təəssüf ki, Heydər Əlirza oğlu ilə şəxsi tanışlığım olmayıb, amma onun barəsində çox eşitmişəm. O, hər baxımdan böyük siyasi xadim idi. Ölkəni bütün qlobal dəyişikliklərdən mühafizə etmiş, demək olar ki, Azərbaycanı yenidən qurmuş, qətiyyətli və aydın xətt yürütmüş siyasi xadim idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov söyləyib. O vurğulayıb ki, ölkənin indiki Prezidenti İlham Əliyev Ulu öndərin kursunu davam etdirir: “Mənə çox xoşdur ki, Azərbaycan Prezidenti məni həmkarım - Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovla birlikdə qəbul etdi. Bu, hətta gözlənilmədən oldu, çünki hər halda respublika Prezidenti ilə Jurnalistlər İttifaqı sədrinin səviyyələri arasında böyük fərq var. Bilirəm ki, sələfim Vsevolod Boqdanov Heydər Əliyevlə sıx ünsiyyət saxlayıb. Onlar hələ o dövrdə Xəzər regionu ölkələrinin jurnalistlərini birləşdirmək barədə düşünüblər. Prezidentlə söhbət əsnasında mən bunu ona xatırlatdım. O, bu ideyanı böyük maraqla qarşıladı. Görüş çox maraqlı keçdi, biz bir çox ümumi mövzu tapdıq. Prezident tapşırdı ki, Azərbaycana mümkün qədər çox rusiyalı jurnalist gəlsin. Gəlib Azərbaycanda rus dilinin necə inkişaf etdiyini, rusların necə yaşadıqlarını, respublikanın gözəlliklərini görsünlər. Biz jurnalistlərdən, yazıçılardan və şairlərdən ibarət qrup yaradırıq. Ümidvaram ki, onlar Novruz bayramında ölkənizə səfər edəcəklər”.
V.Solovyov Azərbaycan paytaxtı barədə təəssüratlarını bölüşərək deyib: “Mən demək olar ki, bütün qitələrdə, hətta Antarktidada, ümumən dünyanın 80 ölkəsində olmuşam. Bakı, sözün həqiqi mənasında, güclü təəssürat yaradır. O, qeyri-adi memarlıq abidələri ilə fantastik dərəcədə gözəl şəhərdir. Yeraltı keçidlərin mərmərlə işlənməsi heyrətləndirir. Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Şirvanşahlar sarayı, İçərişəhər, Qız qalası görənləri mat qoyur. Sizdə yeni xalça ustaları nəsli yetişib. Onlar xalça üzərində fantastik şəkillər yaradırlar. İnsanın belə bir kompozisiyanı necə düşündüyünü təsəvvürə belə gətirmək çətindir. Bakı heyrətamiz şəhərdir. Düşünürəm ki, biz indi Azərbaycana tez-tez gələcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50

