/ / Vladimir Solovyov: Rusiya və Azərbaycan prezidentlərinin həyata baxışı və baş verən hadisələrə münasibətləri çox cəhətdən oxşardır
Vladimir Solovyov: Rusiya və Azərbaycan prezidentlərinin həyata baxışı və baş verən hadisələrə münasibətləri çox cəhətdən oxşardır
01.12.2018 [11:14]
Məlum olduğu kimi, Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bu yaxınlarda Azərbaycana səfər edib. V.Solovyov AZƏRTAC-ın müxbirinə müsahibəsində həmin səfərin yekunları, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və iki ölkənin jurnalistləri arasında əməkdaşlığın perspektivləri barədə danışıb.
- Vladimir Gennadiyeviç, bu günlərdə siz Azərbaycanda səfərdə olmusunuz. Həmin səfərin yekunları barədə nə deyə bilərsiniz?
- Azərbaycana səfərimizin yekunları çox yaxşı oldu, çünki əvvələn, Azərbaycan Prezidenti ilə çox mühüm görüş oldu. İlham Heydər oğlu məni çox diqqətlə dinlədi və Özü çox maraqlı söhbətlər etdi. Düşünürəm ki, bu, həm Azərbaycanın, həm də qonşu ölkələrin jurnalistləri ilə əməkdaşlığın başlanğıcıdır. Cənab Prezidentlə görüşdə biz Xəzər regionunun və MDB-nin Jurnalist Təşkilatları İttifaqının yaradılması mövzusunu müzakirə etdik. Vaxtilə mənim sələfim bu mövzunu möhtərəm Heydər Əliyev ilə müzakirə etmişdi. Bu, çox vacib və maraqlı məsələdir. Ona görə ki, bu regionda vaxtilə Moskvada təhsil almış, rus dilində danışan və jurnalistlərin elə bir hərəkatında iştirak etmək istəyən həmkarlarımız var. Zənnimcə, biz çox sevinclə görüşər və ünsiyyətdə olarıq, ortaq mövzular taparıq, fikir mübadiləsi apararıq. Lap yaxın vaxtlarda biz həmkarlarımızla bərabər Afinada keçirilmiş “Aralıq dəniz - Qara dəniz regionunun jurnalist ittifaqlarının dialoqları” mövzusunda konqresin işində iştirak etmişik. Həmin konqresdə Beynəlxalq Jurnalistlər Federasiyası çərçivəsində jurnalistlərin subregional birlik və həmrəylik qrupunun yaradılması barədə qərar qəbul edildi. Bu, koalisiya komitəsinin rəhbərlik etdiyi 17 jurnalist ittifaqının birliyidir. Komitə Fransa, Yunanıstan, Portuqaliya, Fələstin və Rusiya jurnalistlər ittifaqlarının rəhbərlərindən ibarətdir. Jurnalistlərin Beynəlxalq Federasiyası bütün dünyada ən hörmətli, böyük jurnalist federasiyasıdır. Onun tərkibinə jurnalistlərin təxminən 187 birliyi daxildir. Onların Şərqlə praktiki əlaqəsi yoxdur. Biz onların Şərqə tərəf hərəkəti üçün aralıq pilləyik. Azərbaycanda daha sonra Xəzər dənizi barədə danışdıq. Bu, dənizlər mövzusunun bir növ davamı, yeni hərəkatın başlanğıcıdır.
- Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sizi qəbul edib. Bu görüşdən təəssüratınız necə oldu?
- Təəssüratım çox xoşdur. Görüş 15 dəqiqə olmalı idi, amma 40 dəqiqədən çox davam etdi. Prezidentə dedim ki, Azərbaycanda rus dilini necə qiymətləndirdiklərini, rus məktəblərinin necə inkişaf etdiyini, rus dilində mətbuatın necə sərbəst işlədiyini, Rusiyanın bütün telekanallarının translyasiya edildiyini bilirik. Bütün bunlar çox xoşagələn və vacibdir. Cənab Prezident dedi ki, O, Azərbaycan və Rusiya jurnalistlərinin ünsiyyət saxlaması ideyasını, əlbəttə ki, dəstəkləyir. O, belə ünsiyyətlərin tez-tez olmasını, Azərbaycanda, məsələn, staroverlərin necə yaşadığını, rus dilinin necə inkişaf etdiyini, Azərbaycan jurnalistlərinin necə işlədiklərini, respublikanın gözəlliklərini görmək üçün rusiyalı jurnalistlərin Azərbaycana press-turlarının və cavabında Azərbaycan jurnalistlərinin Rusiyaya səfərlərinin təşkil olunmasını təklif etdi. Mən bildirdim ki, Rusiyada, Soçidə jurnalistlərin “Vsya Rossiya” adlı böyük forumu keçirilir. 22-ci foruma Azərbaycan nümayəndələri də gəlmişdi, çünki bundan əvvəl biz həmkarımız, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov ilə birlikdə hörmətli səfir Polad Bülbüloğlunun qəbulunda olduq, bu foruma Azərbaycan nümayəndələrinin göndərilməsini ona təklif etdik. Zənnimcə, biz bu cür əməkdaşlığı inkişaf etdirəcəyik, Azərbaycandan olan həmkarlarımız bundan sonra da bizim forumlarda iştirak edəcəklər.
- Siz Prezident İlham Əliyevlə görüşdən sonra demisiniz: Azərbaycan və Rusiya prezidentlərinin xarakterində oxşar cəhətlər var. Bu, hansı cəhətlərdir?
- İlham Heydər oğlu peşəkar diplomat, Vladimir Vladimiroviç peşəkar hüquqşünasdır. Hər ikisinin Prezident vəzifəsində zəngin iş təcrübəsi var. Mənə belə gəlir ki, onların həyata baxışları və baş verən hadisələrə münasibətləri çox cəhətdən oxşardır. Bu oxşarlıq, o cümlədən, dünyada, planetdə iri aktorların qarşılıqlı münasibətləri ilə bağlıdır. Məncə, onlar baş verən proseslərə eyni şəkildə baxırlar.
- Siz iki ölkənin KİV-ləri arasında gələcək əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
- Biz razılığa gəldik ki, yazda rusiyalı jurnalistlərin və mədəniyyət xadimlərinin böyük bir qrupu Azərbaycana Novruz bayramına gələcək. Mən də həmin qrupun tərkibində olmağa çalışacağam. Biz bu heyrətamiz bahar bayramının necə keçdiyini görmək istəyirik. Novruz günlərində Azərbaycanda olmağı çoxdan arzu edirdim. Bu barədə çox eşitmişəm. Bu, ilk addım olacaq. Azərbaycana səfər etməyə, həmkarlarımızla ünsiyyətdə olmağa ümid bəsləyirik. Bundan əlavə, biz Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıq haqqında Memorandum imzaladıq. Həmkarlarımızla çox maraqlı söhbətimiz oldu və düşünürəm ki, bu ünsiyyəti inkişaf etdirəcəyik. Hesab edirəm ki, bizim əməkdaşlığımız həmin görüşdə imzalanmış Memorandumdan başlayacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Sosial
23 Sentyabr 12:33
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19

