/ / Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
17.11.2018 [10:45]
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında kitabın Livanda ərəb dilinə tərcümə edilmiş nəşrinin təqdimatı keçirilib
Noyabrın 16-da AMEA-nın Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarix” kitabının Livanda ərəb dilinə tərcümə edilmiş nəşrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabda münaqişənin yaranma səbəblərini izah edən, habelə Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələrin əksini tapdığını söyləyib. Bildirib ki, tədqiqatda antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, həmçinin ermənilərin XIX əsrin əvvəllərində bu ərazilərə köçürülməsi məsələləri əhatə olunub.
Akademik qeyd edib ki, nəşrdə XIX əsrdən etibarən Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilərin sayca üstünlük təşkil etməyə başlamasının çar imperiyasının məqsədyönlü siyasətinin nəticəsi olduğu oxucuya çatdırılıb. İsa Həbibbəyli kitabda, eyni zamanda, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunduğunu deyib. O, əsərin ərəb dilində nəşrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, erməni yalanlarına qarşı mübarizədə əsaslı rol oynayacağını vurğulayıb.
İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin ölkəmizdə böyük rezonans doğurmuş “Dağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarix” kitabının bu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində “Delta” Dərin Araşdırmalar Mərkəzində nəşr edildiyini bildirib. Qeyd edib ki, bu qiymətli əsər bir çox dillərə, o cümlədən fransız, ingilis, türk, rus dillərinə tərcümə olunub. Kitabı ərəb dilinə əlcəzairli tədqiqatçı, professor Zəim Xənişlavi tərcümə edib. “Ərəb dilinə tərcümə olunmuş “Dağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarix” kitabını AMEA-nın Ədəbiyyat və Fəlsəfə institutlarının ərəb dili üzrə mütəxəssisləri redaktə ediblər. Onlar mənə dedilər ki, tərcüməçi coğrafi adlarda, faktlarda heç bir yanlışlığa yol verməyib”, - deyə AMEA-nın vitse-prezidenti bildirib. O, mükəmməl tərcüməyə görə Zəim Xənişlaviyə, eləcə də bu işdə əməyi olan hər kəsə təşəkkür edib.
AMEA-nın vitse-prezidenti kitabın çapında və ölkəmizə gətirilməsində Azərbaycanın Livan və Əlcəzairdəki səfirliklərinin müstəsna xidmətləri olduğunu bildirib.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə isə tərcümə prosesindən danışıb. Qeyd edib ki, professor Zəim Xənişlavi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və burada akademik Ramiz Mehdiyevlə görüşərək ondan bu kitabın tərcüməsinə və nəşrinə icazə alıb. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verir.
Sonra Zəim Xənişlaviyə Azərbaycan-ərəb əlaqələrinə verdiyi töhfəyə görə AMEA-nın Fəlsəfə İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.
Belə bir sanballı kitabı ərəb dilinə tərcümə etməsindən qürur duyduğunu vurğulayan Zəim Xənişlavi deyib: “Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarix” kitabını Fransada bir mağazadan alıb oxudum. Oxuduqca hiss elədim ki, bu kitab təkcə kitab deyil, həm də bütöv bir kitabxanadır. Azərbaycan həqiqətlərinin ərəb dünyasına çatdırmaq üçün kitabı ərəb dilinə tərcümə etmək qərarına gəldim və bu işi uğurla başa çatdırdım. Düşünürəm ki, bu kitabı tərcümə etməklə düzgün addım atmışam. Çünki bu kitab dünyanı xilas etmək üçün çox dəyərli bir vəsaitdir”.
Xalq yazıçısı, Milli Məclisin deputatı Elmira Axundovanın: “Livanda güclü erməni lobbisi var. Siz bu işi görərkən ermənilərin hücumlarına məruz qaldınızmı?” sualına cavabında Zəim Xənişlavi kitabda elmi dəlillərin tutarlı olmasına görə onların təzyiqləri ilə qarşılaşmadığını deyib.
Kitabın məziyyətlərindən söhbət açan Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev qeyd edib ki, kitabın ərəb dilinə tərcümə olunması çox böyük bir hadisədir. Kitab oxucuya problemin mahiyyətinə varmağa, münaqişənin səbəb və nəticələrini görməyə imkan verir. Diqqətə çatdırılıb ki, kitabda xarici mənbələrdən istifadə olunması onun sanbalını daha da artırır.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu isə “Dağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarix” kitabının həqiqətləri öyrənmək istəyənlər üçün mötəbər mənbə olduğunu bildirib. O, kitabın digər dillərə də tərcümə olunmasının vacibliyini vurğulayıb.
Tədbirdə, həmçinin Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, həmin müəssisənin aparıcı elmi işçisi Sənan Həsənov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İzzət Rüstəmov və başqaları nəşrin tərcüməsinin önəminə toxunub, kitabın oxucuya problemin mahiyyətinə varmağa, münaqişənin səbəb və nəticələrini görməyə imkan yaratdığını qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

