Sofiyada Azərbaycan-Bolqarıstan Müştərək Komissiyasının 5-ci iclası keçirilib
08.11.2018 [09:17]
Sofiyada Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri olan kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İclasda çıxış edən Müştərək Komissiyanın həmsədri, Bolqarıstanın energetika naziri Temenujka Petkova Komissiyanın beşinci iclasının gündəliyi barədə qısa məlumat verib.
Nazir Bolqarıstan-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. O, Bolqarıstanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Azərbaycan ilə Bolqarıstan arasında energetika sahələrində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb.
Energetika sahəsində əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu bildirən Temenujka Petkova Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası baxımından Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizinin önəmindən danışıb. Bu layihə çərçivəsində Azərbaycan qazının Avropaya nəqli və bu xüsusda Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə Bolqarıstanın təbii qazla təmin olunmasının əhəmiyyətini vurğulayıb.
İclasda çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Müştərək Komissiyanın həmsədri İnam Kərimov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi və sosial göstəriciləri ilə regionun lider dövlətinə çevrilib. Bu gün Azərbaycan özünün davamlı iqtisadi inkişafını qoruyub saxlayır, dünyaya bütün mədəniyyətlərin birgəyaşayış modelini və tolerantlıq nümunəsini təqdim edir. Kənd təsərrüfatı naziri deyib: “25 illik diplomatik əlaqələrə malik olduğumuz Bolqarıstan Azərbaycanın əməkdaşlığın bütün sahələrində strateji tərəfdaşlarından biridir. Ölkələrimiz arasında təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial imkanlar mövcuddur”.
Nazir İnam Kərimov hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini, Bolqarıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın beynəlxalq hüququn normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəklədiyini xüsusi vurğulayıb. Azərbaycanın Bolqarıstanın bu mövqeyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
İnam Kərimov Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların Bolqarıstan bazarına çıxarılmasının qarşısının alınmasının zəruriliyini vurğulayıb və ümumiyyətlə, Bolqarıstanın, o cümlədən Avropa İttifaqı ölkələrinin separatçı rejimlə əməkdaşlıq etməməli olduqlarını diqqətə çatdırıb.
Azərbaycan və Bolqarıstan arasında indiyədək müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə bir çox sənədlərin imzalandığı, ticarət dövriyyəsinin həcmində müsbət dinamikanın müşahidə edildiyi qeyd olunub. Bununla belə, bildirilib ki, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar var. Bu baxımdan, iş adamlarının iştirakı ilə müntəzəm olaraq biznes forumların və sərgilərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Sonra Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə ikitərəfli görüşü keçirilib.
Dövlətimizin başçısının apardığı iqtisadi islahatlar çərçivəsində həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur layihələrinin iqtisadi əhəmiyyətindən bəhs edən İnam Kərimov Bolqarıstanla sözügedən layihələr çərçivəsində əməkdaşlığın mümkünlüyünü ifadə edib.
Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokolun mətninin razılaşdırılması və tamamlanması məqsədilə hər iki tərəfin ekspertlərinin iştirakı ilə işçi qrupları şəklində müzakirələr aparılıb.
İclasda Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

